Axtarış: 
QHT Qəbələdə “İcmalarda Texnologiyalardan İstifadə İmkanları” layihəsinin açılış mərasimini həyata keçirib
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 155
qhtxeber.az// Qəbələ rayonunda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan ofisinin maliyyə dəstəyi ilə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlər üçün “İcmalarda Texnologiyalardan İstifadə İmkanları” layihəsinin açılış mərasimini həyata keçirib.

Açılış mərasimini giriş sözü ilə açan Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev layihə haqqında məlumat verib. O, yeni layihə çərçivəsində hər ay mərkəzdə 50-dən artıq gəncin kompüter biliyi, ən müasir səviyyədə texnologiyadan istifadə imkanları əldə edə biləcəyi barədə söhbət açıb.

Nəbiyev layihə çərçivəsində biliklər əldə edəcək məcburi köçkünlərin yeni iş əldə etmək imkanlarından, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan ofisinin 2003-cü ildən regiondakı fəaliyyətindən, məcburi köçkünlərə verilən qeyri-ərzaq yardımının əhəmiyyətindən və birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən aksiyaların əhəmiyyətindən danışıb. O, bu fəaliyyətə görə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan ofisinin rəhbərliyinə təşəkkürünü bildirib.


Tədbirdə rayon icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Qüdrət Səmədov, rayon icra hakimiyyətinin mülki müdafiə şöbəsinin müdiri, qaçqınlar üzrə təlimatçısı Tahir Hacıyev, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan ofisinin rəsmisi Ahmad Calal Sahabzada çıxış ediblər.

Layihə ilə tanışlıqdan sonra Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan ofisinin nümayəndələri qeyri-ərzaq yardımının paylanışını müşahidə etmək üçün paylanış yerinə baş çəkiblər. Paylanış yerində olan məcburi köçkünlər bu fəaliyyətə görə qonaqlara öz minnətdarlıqlarını bildiriblər.




Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo