Axtarış: 
“Fotojurnalistika vasitəsilə gənclərin vətəndaş iştirakçılığı” necə olur?
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 113
qhtxeber.az// “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən “Fotojurnalistika vasitəsilə gənclərin vətəndaş iştirakçılığı” adlı layihə çərçivəsində Zaqatalada Balakən, Zaqatala və Qax rayonlarından olan 15-20 yaş arası 15 nəfər gənc üçün 4 günlük təlim həyata keçirilib. Bu barədə qhtxeber.az-a “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin sədri İlqar İlyaslı məlumat verib. Onun sözlərinə görə, təlim zamanı gənclərə fotojurnalistikanın əsasları, fotoqurğulardan düzgün istifadənin yolları, fotolayihə üçün mövzu seçimi, ərazinin müəyyənləşdirilməsi və s. haqda məlumatlar verilib. Təcrübəli trener tərəfindən fotojurnalistika sahəsində təqdim edilən materiallar əsasında iştirakçıların əldə etdikləri biliklər təcrübi məşğələlər zamanı daha da gücləndirilib.
QHT sədri deyib ki, bundan başqa iştirakçılara gələcəkdə hazırlayacaqları fotolayihələri ictimaiyyətin diqqətinə çatdıra bilmələri üçün fərdi bloqların yaradılması və idarə olunması sahəsində də bilik və bacarıqlar verilib. Nəticə olaraq iştirakçıların 80 %-i artıq öz bloqlarını yaradır, bloqların tanıdılması istiqamətində işlər aparırlar.
Qeyd edək ki, layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı tərəfindən maliyyələşdirilir və 6 ay müddətində həyata keçiriləcək.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo