Axtarış: 
Avropa Birliyində Azərbaycanla bağlı alt komitələr yaradılacaq
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 120
Sentyabın 10-da Brüsseldə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçiriləcək. Lent.az-ın Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumları təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

İclas zamanı Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində qəbul edilmiş Azərbaycan-Avropa Birliyi Fəaliyyət Planının həyata keçirilməsi, xüsusən Fəaliyyət Planının 2009-cu ildə icrası ilə bağlı “Tərrəqi Hesabatına” dair Azərbaycanın mövqeyi, Şərq Tərəfdaşlığı çərçivəsində Assosiasiya Sazişi üzrə danışıqlar, insan hüquqları və demokratikləşdirmə, Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, ticarət, enerji sahələrində əməkdaşlıq və digər məsələlərin müzakirəsi gözlənilir.


Eyni zamanda iclasda Avropa Birliyi-Azərbaycan yeni “Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri” və “Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri” üzrə alt komitələrinin yaradılması barədə yekun qərarın qəbul olunması nəzərdə tutulur.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo