Axtarış: 
Heydər Əliyev Fondu yay düşərgəsi keçirəcək
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 105
Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, Xaçmaz rayonunun Nabran qəsəbəsində uşaq hüquqları, sağlam həyat tərzi, yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaşıddan-həmyaşıda bacarıqlarının artırılmasına töhfə verəcək yay düşərgəsi keçiriləcək.


Nabran qəsəbəsindəki "Atlant" istirahət mərkəzində sentyabrın 10-dan 14-dək keçiriləcək 5 günlük düşərgənin təşkilində məqsəd təlim bacarıqları öyrədilməklə əlil uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və həmyaşıdları arasında ünsiyyət vasitələrinə yiyələnmək vərdişlərinin artırılmasıdır.

Yay düşərgəsi Xaçmaz rayonu və Bakı şəhərinin rayonlarından olan 13-17 yaşlarında 45 uşağı əhatə edəcək. Bu uşaqların 50%-ni qızlar, 60%-ni isə əlilliyi olan uşaqlar (fiziki əlilliyi olan uşaqlar) təşkil edəcək. Düşərgənin həyata keçirilməsinə 14 valideyn, 14 texniki işçi və dəvət edilmiş mütəxəssislər cəlb olunacaqlar. 

Uşaqlar üç qrupa bölünəcək və hər qrupda diqqət-uşaq hüquqları, sağlam həyat tərzi, yaşam bacarıqları və əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası kimi üç əsas mövzuya veriləcək.
Yay düşərgəsi müxtəlif canlandırıcı tədbirlər və idman oyunları ilə müşayiət ediləcək və təlimlərdən sonra axşamlar film nümayişləri və müzakirələr olacaq.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo