Axtarış: 
Beynəlxalq Bakı Tələbə Klubunun sədri Aysəba Mirzəyeva: “Əsas hədəfimiz Azərbaycanda fəaliyyət göstərən əcnəbi gənclərin şəbəkəsini formalaşdırmaqdır”
+  -  Çap 
Yerləşdirilib: 09.03.10 | Baxılıb: 401
Əvvəlcə diqqətinizə çatdırım ki, Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) 2006-cı ilin sonlarında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi və könüllüləri tərəfindən formalaşdırılmışdır. BBTK Azərbaycanda məhz əcnəbi tələblərlə işləyən bir qurumun olmamağı zərurətindən Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin bir qrup tələbəsinin və eyni zamanda, bir neçə əcnəbi tələbənin təşəbbüsü ilə yaradılıb.

- Təşkilatınızın diqqət mərkəzində dayanana əsas problemlər hansılardı? 

- Əvvəlcə diqqətinizə çatdırım ki, Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) 2006-cı ilin sonlarında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi və könüllüləri tərəfindən formalaşdırılmışdır. BBTK Azərbaycanda məhz əcnəbi tələblərlə işləyən bir qurumun olmamağı zərurətindən Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin bir qrup tələbəsinin və eyni zamanda, bir neçə əcnəbi tələbənin təşəbbüsü ilə yaradılıb. Ölkələrarası mədəni və mənəvi dəyərlərin inteqrasiyası, ictimai-siyasi həyatda baş verən hadisələr, ölkənin sosial-iqtisadi inkişafı haqqında real və dolğun informasiyaların Azərbaycanda təhsil alan xarici tələbə-gənclərə çatdırılması, qloballaşan dünyada terrora qarşı mübarizə və sair bu kimi istiqamətlərdə müxtəlif layihələr həyata keçirilməsi məqsədilə Bakı Beynəlxalq Tələbə Klubu fəaliyyətə başlamışdır. Təşkilatımız 2007-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün bu az zaman kəsiyində xeyli işlər görmüşük, bir çox universitetlərlə yüksək səviyyədə əməkdaşlıq edirik. Lakin təşkilatımızın əsas diqqət mərkəzində dayanan problemlərindən biri də bəzi universitetlərlə hələ də tam olaraq əməkdaşlıq edə bilməməyimizdir. Eyni zamanda Təhsil Nazirliyi ilə birbaşa əməkdaşlığa nail olmamışıq. Ən əsas problemimiz kimi maliyyə mənbələrinin az olduğunu  qeyd edə bilərəm. Biz düşünürük ki, gələcək fəaliyyətlərimizdə bu problemləri yavaş-yavaş həll edəcəyik.


- Ötən ilki layihənizdə qaçqın və məcburi köçkünlərin problemlərinə hansı aspektdən yanaşmışınız?

- Bizim ötən ilki layihəmiz Prezident yanında QHT-lərə Dövlət Dəstək Şurasının maliyyə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə reallaşdırdığımız qaçqın və məcburi köçkün problemilə bağlı layihə idi. Bu layihə çərçivəsində  Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Azərbaycanda Almaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Pakistan, İraq, Misir, Banqladeş və Nigeriyadan olan əcnəbi gənclərin qismən işğalda olan bölgələrə səfərlərini, öz yurd yuvalarından didərgin düşmüş həmvətənlərimizlə görüşlərini təşkil etdik. Bu layihədə “yeni yanaşma” deyərkən ,biz bir Azərbaycan vətəndaşının yanaşmasını deyil, dünyanın dörd bir yanından Azərbaycan gəlmiş əcnəbi tələbələrin gözü ilə problemə yanaşmanı göstərməyə çalışmışıq. Və bütün bu yanaşmalar layihə sonrası “Həqiqətlə üzbəüz” kitabında yer almışdır.


- Siz əcnəbi tələbələri məcburi köçkünlər yaşayan sərhəd bölgələrinə müşahidəyə aparmışsınız. Onların bu barədə təəssüratlarını qeyd edə bilərsinizmi?

- Bildiyimiz kimi, bir çox ölkələr Qarabağ problemindən hələ də xəbərsizdirlər. Və yaxud problemin mahiyyətini bilmirlər. Eləcə də bizimlə səfərdə olan əcnəbi gənclər bu problemlə tam tanış deyildilər. Yəni onların çoxu bu məsələ ilə bağlı kifayət qədər məlumatlı deyildilər. Mən ən əsas onu qeyd etmək istərdim ki, əcnəbi gənclər Qarabağ reallıqlarını öz gözləri ilə gördülər. Oradakı insanlara hər cür şəraitin yaradılmasına baxmayaraq, yenə torpaq, vətən acısından rahat olmadıqlarını, düşmənlə çox az məsafədə sərhəddə qorxmadan yaşadıqlarını, düşmənlərin bizim babalarımızın, şəhidlərimizin uyuduqları qəbirlərin, tarixi abidələrin dağıdıldığını gördülər və onların hər biri gördüklərini müxtəlif cür qələmə almışdır.


- Təşkilatınızın gənclər arasında inteqrasiya və şəbəkələşmənin gücləndirilməsi sahəsində gördüyü işlər barədə nə deyə bilərsiniz?

- Təşkilatımız gənclər arasında inteqrasiya və şəbəkələşmənin gücləndirilməsi məqsədi ilə bir çox fəaliyyətlərdə bulunub. Deyərdim ki, təşkilatımızın gördüyü tədbirlərin hər biri elə inteqrasiyaya yönəlik tədbirlərdir. Bu kimi layihələrimizdən biri də Gənclər arasında inteqrasiya və şəbəkələşmənin güclənməsi məqsədi ilə qeyri-formal məşğələlərin təşkili adlanır. Bu layihə çərçivəsində  Azərbaycanın gözəl guşələrindən biri olan Qubaya səfər təşkil olunmuşdur. Bu layihənin əsas məqsədi əcnəbi, Bakı və region gənclərinin inteqrasiyasına nail olmaq və eyni zamanda onları tələbə hüquqları ilə bağlı məlumatlandırmaq üçün qeyri-formal məşğələlərin təşkili idi. Hal-hazırda isə təşkilatımız qarşısında duran əsas hədəflərdən biri də məhz Azərbaycanda təhsil almağa gələn və ya könüllü kimi fəaliyyət göstərən  əcnəbi gənclərin şəbəkəsini formalaşdırmaqdır.


- Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda tələbələrin təhsil səviyyəsi və dünyagörüşü barədə nə deyə bilərsiniz?

- Heç kəsə sirr deyil ki, demokratik dövlətlərin əsas göstəricilərindən biri də məhz vətəndaş cəmiyyətinin səviyyəsi ilə ölçülür. Bu prosesin önündə isə əsasən  gənclər, tələbələr gedir. Bəzi çatışmazlıqlara baxmayaraq, Azərbaycan gənclərinin vətəndaş cəmiyyəti istiqamətində olan fəaliyyəti, baxışları və səviyyəsi bütövlükdə məni qane edir.


- Beynəlxalq tələbə mübadiləsinə təşkilatınız hansı səviyyədə yardımçı ola bilib?

- Klubumuz  həm də Avropanın ən nüfuzlu gənclər təşkilatlarından biri olan Erasmus Tələbələri Şəbəkəsinin Azərbaycanda nümayəndəliyidir. Bu təşkilat Avropada mübadilə olunan tələbələrlə işləyir. Xüsusən də, Erasmus və Erasmus mundus proqramı ilə mübadilə olunan tələbələrlə işləyir. Ancaq bu proqram Azərbaycanda olmadığına görə, bizim ölkədə bu proqramla gənclər mübadilə oluna bilmirlər. Bəzən bizə zənglər olur ki, biz tələbə mübadiləsi edirikmi, ancaq Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan üzrə milli nümayəndəsi olaraq deyə bilərəm ki, bizim təşkilat hələlik tələbə mübadiləsini etmir. Lakin Erasmus Tələbə Şəbəkəsi Beynəlxalq Bakı Tələbə Klubu ilə eyni məqsədlərə yönəlik işlər gördüyü, Avropa gənclərinə açılan bir təşkilat olduğu üçün bizim təşkilat onların üzvlüyünə nail olmuşdur.


- Sizin fikrinizcə, ölkələrarası mədəni əlaqələrin genişləndirilməsi istiqamətində tələbələrin rolu nədən ibarətdir?

- Ölkələrarası mədəni əlaqələrin qurulmasında ən əsas rolu gənclər oynayır desək, yəqin ki,  yanılmarıq. Klubumuzun bütün fəaliyyətlərində bu özünü qismən də olsa büruzə verir. Lakin layihələrimizdən bir neçəsi var ki, onlar məhz ölkələrarası mədəni əlaqələrin inkişafına istiqamətlənmişdir. Belə layihələrimizdən biri də “Ölkələrin Tanıdım Günləri” adlanır ki, bu layihə çərçivəsində ilk olaraq Pakistan konsulluğu ilə bərabər təşkil etdiyimiz Pakistanın tanıdım günü idi. Bu layihənin davamı da nəzərdə tutulur. Ölkəmizə gələn hər bir əcnəbi gənc gəldiyi ölkənin Azərbaycandakı nümayəndəsi, sabahın bu ölkələrdəki  iş adamı, dövlət xadimi, diplomatıdır. Bu baxımdan, əcnəbi tələbələrə maksimum dərəcədə ölkəmizi tanıtmaq, onlara da öz ölkələrini tanıtmaları üçün şans verməyin lazımlı olduğunu düşünürəm.


Hazırladı: Səbinə Mövsümova

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo