Axtarış: 
Azərbaycanın millət vəkilləri və Şura sədri Türkiyədən dünyaya səsləndi
+  -  Çap 
Yerləşdirilib: 01.04.11 | Baxılıb: 328
qhtxeber.az// 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Türkiyənin Iğdır şəhərində böyük bir konfrans keçirilib. Türkiyə Azərbaycan Dərnəyi (TAD) və Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Analizlər Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı və İğdır şəhər valisinin dəstəyi ilə keçirilən konfranda Azərbaycan millət vəkilləri də iştirak edib. Qhtxeber.az-ın məlumatına görə, Türkiyədə səfərdə olan millət vəkilləri Fəttah Heydərov, Azay Quliyev, Qənirə Paşayeva, Musa Qasımlı və Fazıl Mustafa öncə soyqırım muzeyində olub, İğdırda Heydər Əliyevin və Atatürkün büstlərini ziyarət ediblər. "Iğdır və bölgədə Azərbaycan türklərinə qarşı soyqırımlar və erməni iddiaları" mövzusunda keçirilən konfransda TÜRKSAM və TAD sədri Sinan Oğan çıxış edərək Azərbaycanın haqlı iddiasında göstərdiyi səyləri təqdirlə qarşıladıqlarını bildirib. O deyib: “Bu Şəhid Türklər abidə və muzeyini yıxmaq istəyənlər var. Lakin iğdırlılar buna icazə verməyəcək. Buranı yıxmaq tarixi yıxmaq deməkdir”.
Konfransda deputat Fəttah Heydərov Türkiyə və bütün dünyaya səslənib: “Türkiyə və bütün dünyaya ermənilərin bu vəhşiliklərinə dayan deməlidirlər ki, yeni vəhşiliklər edilməsin, yeni qan tökülməsin, insanlar ölməsin". Soyqırıma həsr olunan tədbirlərdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev isə yalnız keçmişdə bizə qarşı edilən soyqırımları xatırlamaqla kifayətlənməyib, bundan sonra edilməsi lazım olan işlər üzərində dayanıb. O, Azərbaycanın bu istiqamətdə görülən işlərə verdiyi əhəmiyyətdən danışıb. A.Quliyev Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bölgə üçün böyük təhlükə olduğunu, buna görə də onun bağlanmasının zəruriliyini vurğulayıb. A. Quliyev xüsusi ilə Yaponiyadakı baş verən məlum hadisədən sonra belə bir qəzalı vəziyyətdə olan Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasında dünya ictimaiyyətinin maraqlı olmasının vacibliyini önə çəkib.




Âêîíòàêòå Ìîé Ìèð FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


QHT çempionatı
 
Müzakirə
 
QHT TV
 
Köşə
Əkbər Həsənov

Bir qədər də dövlət rəmzlərinə hörmət barədə 


Etibar Əliyev «XXI Əsr» Təhsil Mərkəzinin sədri

Bir yəhudi ilə bir türkün Nobel nitqi



Ülkər Abdullayeva

Azərbaycanda kişilər qadınları necə məhv eləyir?


Jalə Tofiqqızı

Tarix yazan tarixi şəxsiyyət!


 
Arxiv
« May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
Online hüquq məsləhətxanası
 
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo