Axtarış: 
Azay Quliyev : Naxçıvanla Xankəndi arasında paralellik cəhdi yanlışdır
+  -  Çap 
Yerləşdirilib: 08.04.11 | Baxılıb: 407
qhtxeber.az// Milli Məclisin (MM) bu gün keçirilən iclasında millət vəkilləri Azərbaycanın işğal altında olan Xankəndi şəhərində aeroportun açılması və ora aviareyslərin təşkil olunması məsələsinə münasibət bildiriblər.Qhtxeber.az-ın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev parlamentdə çıxışı zamanı deyib ki, Azərbaycan tərəfi ermənilərin bu addımına adekvat cavab versə də, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın bununla bağlı mövqeyi adekvat olmayıb: “Əksinə, səfir açıqlamalarında Azərbaycan təyyarələrinin Naxçıvana uçuşları ilə Ermənistandan işğal altında olan ərazilərə uçuşlar arasında paralel aparmağa cəhd edib. ABŞ administrasiyasının nümayəndələri öz açıqlamalarında bu kimi yanlışlıqlara yol verməməlidirlər”.
Millət vəkili Elman Məmmədov isə deyib ki, bu aeroport əslində Xankəndi şəhərində deyil, işğal altındakı digər ərazidə - Xocalıda yerləşir: “Ermənilər Xocalıdakı mövcud aeroportu genişləndirərək onu beynəlxalq səviyyəli aeroport kimi təqdim etmək istəyirlər”.

Deputat Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı ermənipərəst mövqe tutmaqda ittiham edib: “O hələ də ermənipərəst mundirini əynindən çıxarmayıb. Hesab edirəm ki, Metyu Brayza öz açıqlamalarına diqqət yetirməlidir”.



Âêîíòàêòå Ìîé Ìèð FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


QHT çempionatı
 
Müzakirə
 
QHT TV
 
Köşə
Əkbər Həsənov

Bir qədər də dövlət rəmzlərinə hörmət barədə 


Etibar Əliyev «XXI Əsr» Təhsil Mərkəzinin sədri

Bir yəhudi ilə bir türkün Nobel nitqi



Ülkər Abdullayeva

Azərbaycanda kişilər qadınları necə məhv eləyir?


Jalə Tofiqqızı

Tarix yazan tarixi şəxsiyyət!


 
Arxiv
« May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
Online hüquq məsləhətxanası
 
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo