Axtarış: 
Masallı və Lənkəran rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş
+  -  Çap 
Yerləşdirilib: 15.04.11 | Baxılıb: 237
Aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Nizamı Gəncəvi parkı ilə tanışlıqdan sonra Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:


-Sizi ürəkdən salamlayıram, Nizami parkının yenidən qurulması münasibətilə təbrik edirəm. Çox gözəl park yarandı, yenidən quruldu. Dahi Nizaminin abidəsi qoyulubdur. Bütün bu işlər məni çox sevindirir. Çox şadam ki, yenidən Masallıdayam, sizinlə görüşürəm.
Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq. Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülmüşdür. Rayonun inkişafına daim diqqət göstərilir. Bildiyiniz kimi, əvvəlki illərdə Olimpiya İdman Kompleksi tikilmişdir, göz xəstəxanasının filialı açılmışdır, digər layihələr icra edilmişdir. Şəhərdə abadlaşdırma, abadlıq-quruculuq işləri gedir. Ancaq indiki mərhələdə uzun illər həllini gözləyən məsələlər də artıq həll olunur. İlk növbədə qazlaşdırma layihəsi. Gələn ilin sonuna qədər Masallının bütün yaşayış məntəqələri qazlaşdırılacaqdır. Bu, tarixi bir nailiyyət olacaqdır. Çünki heç vaxt Masallı kəndlərində qaz olmamışdır. Masallıya qazın verilməsinin bərpası bir neçə il bundan əvvəl başlamışdır. Şəhərin müəyyən hissəsini əhatə edirdi. İndi isə layihə hazırlanıb ki, nəinki şəhər, - mənə indi deyirlər, şəhərdə məsələ artıq həll olunub,- bütün kəndlərdə qaz təchizatı təşkil ediləcəkdir. Gələn ilin sonuna qədər bu layihə başa çatmalıdır. Beləliklə, hesab edirəm ki, biz böyük bir məsələnin həllinə nail olacağıq.
Elektrik enerjisi ilə təchizatda heç bir problem, məhdudiyyət yoxdur. Ölkə üzrə bu məsələ öz həllini tapıb. Ona görə bu barədə heç məsələ qaldırılmır. Qarşımızda qazlaşdırma məsələsi dayanır. Biz bunu həll edirik. İçməli su, kanalizasiya problemlərinin həlli də çox vacib məsələlərdir. Bu məsələlər də demək olar ki, ölkə miqyasında hazırda kompleks şəkildə öz həllini tapır. Hər bir şəhərdə, hər bir rayonda su, kanalizasiya xətləri çəkilir, o cümlədən Masallının su, kanalizasiya layihələri də yəqin ki, bir neçə aydan sonra icra olunmağa başlanacaqdır. Görüləcək işlər nəticəsində bu tarixi problem öz həllini tapacaqdır.
Biz bütün bu məsələlərə kompleks şəkildə yanaşırıq ki, sosial və iqtisadi inkişaf məsələləri öz həllini tapsın, konkret layihələr icra olunsun. Bu, konkret işin nəticəsidir. Ümid edirəm ki, su, kanalizasiya problemi nəinki Masallıda, bütövlükdə ölkədə bir neçə ildən sonra öz həllini tapacaqdır. Bununla bərabər, hətta sosial infrastrukurun yaradılmasına diqqət göstərilir. Mənə verilən məlumata görə, son illərdə Masallıda iyirmidən çox məktəb tikilib, məktəblər təmir edilir. Bu da çox vacibdir. Amma hələ yenə də qəzalı vəziyyətdə məktəblər vardır. Biz onların da təmiri ilə məşğul olacağıq. Kənd yollarının tikintisi layihələri gündəlikdə dayanır. Bu məsələ ilə də məşğul oluruq.
Son yeddi ildə Masallıda ümumi məhsulun buraxılışı iki dəfə artmışdır. Yəni, bu, onu göstərir ki, iqtisadi sahədə də irəliləyiş vardır, iş yerləri açılır, yeni müəssisələr yaradılır və kənd təsərrüfatının inkişafı üçün kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, istənilən sahədə konkret proqramlar icra olunur və Masallının inkişaf proqramı əlbəttə ki, xüsusi diqqət altındadır.
Ölkəmizdə bütövlükdə bütün bölgələrdə regional inkişaf proqramı icra edilir, o cümlədən Masallı rayonunda. Bütün ölkə əhəmiyyətli layihələr Masallı üçün də əhəmiyyətlidir. Onların arasında mən üç il bundan əvvəl Lənkəran aeroportunun açılışını qeyd etmək istəyirəm. Çünki Masallı rayonunun əhalisi də bu imkanlardan istifadə edir. İndi beynəlxalq uçuşlar da təşkil edilir. Bakı-Astara avtomobil yolunun tikintisi gedir. Bu da Masallıya yeni imkanlar yaradacaqdır. Yəni, ölkə əhəmiyyətli layihələr, o cümlədən bu rayonlara da öz müsbət təsirini göstərəcəkdir. Nəticə etibarilə 2013-cü ilə qədər ikinci regional proqramın icrası sayəsində ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır.
Mən bu gün Masallıda olarkən bir daha qeyd etmək istəyirəm ki, cənub bölgəsinin inkişafına xüsusi diqqət göstərilir. Bu bölgənin böyük potensialı vardır. Həm kənd təsərrüfatının, sənayenin, həm də turizmin inkişafı üçün şərait yaradılmalıdır və yaradılır. Bütün sosial, iqtisadi məsələlər öz həllini tapır və tapacaqdır.
Sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, Masallı rayonu öz inkişafını sürətlə davam etdirsin və burada işlər həmişə olduğu kimi yaxşı getsin.
**
Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanışlıqdan sonra Astaraya gedərkən yolüstü Lənkəran sakinləri ilə görüşmüşdür.
Lənkəranlılar dövlətimizin başçısını hərarətlə qarşılayaraq xoş arzularını bildirmişlər.

AzərTac



Âêîíòàêòå Ìîé Ìèð FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


QHT çempionatı
 
Müzakirə
 
QHT TV
 
Köşə
Əkbər Həsənov

Bir qədər də dövlət rəmzlərinə hörmət barədə 


Etibar Əliyev «XXI Əsr» Təhsil Mərkəzinin sədri

Bir yəhudi ilə bir türkün Nobel nitqi



Ülkər Abdullayeva

Azərbaycanda kişilər qadınları necə məhv eləyir?


Jalə Tofiqqızı

Tarix yazan tarixi şəxsiyyət!


 
Arxiv
« May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
Online hüquq məsləhətxanası
 
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo