Axtarış: 
2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələri müəyyənləşdi
+  -  Çap 
Yerləşdirilib: 16.03.10 | Baxılıb: 1664
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələri bağlı press-reliz yayıb. Press-relizdə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 199 təşkilata 1.155.090 AZN maliyyə yardımı ayrılması haqda qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsini yekunlaşdırmışdır.

Maliyyə yardımı müsabiqəsi 08 dekabr 2009-cu ildə elan edilmiş və aşağıdakı fəaliyyət istiqamətləri üzrə layihələrin maliyyələşdirilməsini nəzərdə tutmuşdur

1. İnsan hüquqları və demokratiya

2. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

3. Azərbaycanın dünya birliyinə inteqrasiyası

4. Ətraf mühitin mühafizəsi

5. Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi

6. Təhsil və mədəniyyət

7. Sosial və iqtisadi məsələlər


Müsabiqəyə 489 layihə daxil olmuşdur. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 82 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkar edilmiş və bu layihələr ekspertizaya göndərilmədən geri qaytarılmışdır. 1 təşkilat eyni layihəni iki dəfə verdiyi üçün layihələrdən biri müsabiqədən kənarlaşdırılmışdır. 406 layihə ekspertizaya təqdim edilmişdir. Hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilmişdir.

Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim etmişdir. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, təşkilatın potensialını, layihənin aktuallığını və ictimai əhəmiyyətini, habelə tərtib edilmiş büdcənin reallığa uyğunluğunu və əvvəlki müsabiqələrdə QHT-nin Şura ilə münasibətlərinin vəziyyətini nəzərə almışdır.

Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim etmişdir. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, təşkilatın potensialını, layihənin aktuallığını və ictimai əhəmiyyətini, habelə tərtib edilmiş büdcənin reallığa uyğunluğunu və əvvəlki müsabiqələrdə QHT-nin Şura ilə münasibətlərinin vəziyyətini nəzərə almışdır.


Beləliklə, 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi olaraq, 199 təşkilat seçilmişdir.
Qeyd etmək lazımdır ki, QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsi üçün ilkin mərhələdə 903.000 AZN vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin Şura bir sıra layihələrin ictimai əhəmiyyətini və davamlı xarakterini nəzərə alaraq, bu vəsaitin daha 252.000 AZN həcmində artırılmasını mümkün saymışdır.


Müsabiqə qaliblərinin siyahısı bu gün Şuranın WWW.QHTXEBER.AZ saytına yerləşdiriləcəkdir.
Müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri 19 mart 2010-cu il saat 16.00-dək Şuranın müvafiq komissiyası tərəfindən qəbul edilir.


Maliyyə yardımı ayrılmış QHT-lər müqavilə bağlamaq üçün 1 aprel 2010-cu ilədək (bayram günləri istisna olmaqla) Şuranın katibliyinə müraciət etməlidirlər. Bu müddətə qədər QHT-nin Şuraya müraciət etməməsi ayrılmış maliyyə vəsaitindən imtina kimi qəbul olunacaqdır.



Şuranın ünvanı: Bakı, Fikrət Əmirov küç.-1 (2-ci mərtəbə) Tel.: 012 493-17-3282
fgurbanov@cssn.gov.az ; Məsul şəxs: Fərasət Qurbanov


Âêîíòàêòå Ìîé Ìèð FaceBook Twitter

Son şərhlər - 11
Səhifələr : # « 1 2
qht rehberi



 16.03.10 14:09
cox qeribedir. musabiqeden kecenler de naraziliq edir, kecmeyenler de
REDAKSIYADAN



 16.03.10 14:11
təklif edirik ki, müsabiqə ilə bağlı fikirlərinizi sərh bölməsində bildirəsiniz. müzakirə açaq, rəy və təkliflərinizi öyrənək
jurnalist



 16.03.10 15:25
KIV-e DDF fealiyyeti ile ozunu biabir edir. QHT-lere Dovlet Desteyi Surasina islerinde oqrlar arzulayiram
ali



 17.03.10 13:21
maliyye yardimi vermediyiz qht yazili melumat verseniz daha ela ve obyektiv olar
Səhifələr : # « 1 2
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


QHT çempionatı
 
Müzakirə
 
QHT TV
 
Köşə
Əkbər Həsənov

Bir qədər də dövlət rəmzlərinə hörmət barədə 


Etibar Əliyev «XXI Əsr» Təhsil Mərkəzinin sədri

Bir yəhudi ilə bir türkün Nobel nitqi



Ülkər Abdullayeva

Azərbaycanda kişilər qadınları necə məhv eləyir?


Jalə Tofiqqızı

Tarix yazan tarixi şəxsiyyət!


 
Arxiv
« May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
Online hüquq məsləhətxanası
 
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo