Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələri bağlı press-reliz yayıb. Press-relizdə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 199 təşkilata 1.155.090 AZN maliyyə yardımı ayrılması haqda qərar qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsini yekunlaşdırmışdır.
Maliyyə yardımı müsabiqəsi 08 dekabr 2009-cu ildə elan edilmiş və aşağıdakı fəaliyyət istiqamətləri üzrə layihələrin maliyyələşdirilməsini nəzərdə tutmuşdur
1. İnsan hüquqları və demokratiya
2. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
3. Azərbaycanın dünya birliyinə inteqrasiyası
4. Ətraf mühitin mühafizəsi
5. Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi
6. Təhsil və mədəniyyət
7. Sosial və iqtisadi məsələlər
Müsabiqəyə 489 layihə daxil olmuşdur. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 82 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkar edilmiş və bu layihələr ekspertizaya göndərilmədən geri qaytarılmışdır. 1 təşkilat eyni layihəni iki dəfə verdiyi üçün layihələrdən biri müsabiqədən kənarlaşdırılmışdır. 406 layihə ekspertizaya təqdim edilmişdir. Hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilmişdir.
Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim etmişdir. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, təşkilatın potensialını, layihənin aktuallığını və ictimai əhəmiyyətini, habelə tərtib edilmiş büdcənin reallığa uyğunluğunu və əvvəlki müsabiqələrdə QHT-nin Şura ilə münasibətlərinin vəziyyətini nəzərə almışdır.
Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim etmişdir. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, təşkilatın potensialını, layihənin aktuallığını və ictimai əhəmiyyətini, habelə tərtib edilmiş büdcənin reallığa uyğunluğunu və əvvəlki müsabiqələrdə QHT-nin Şura ilə münasibətlərinin vəziyyətini nəzərə almışdır.
Beləliklə, 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi olaraq, 199 təşkilat seçilmişdir. Qeyd etmək lazımdır ki, QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsi üçün ilkin mərhələdə 903.000 AZN vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin Şura bir sıra layihələrin ictimai əhəmiyyətini və davamlı xarakterini nəzərə alaraq, bu vəsaitin daha 252.000 AZN həcmində artırılmasını mümkün saymışdır.
Müsabiqə qaliblərinin siyahısı bu gün Şuranın WWW.QHTXEBER.AZ saytına yerləşdiriləcəkdir. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri 19 mart 2010-cu il saat 16.00-dək Şuranın müvafiq komissiyası tərəfindən qəbul edilir.
Maliyyə yardımı ayrılmış QHT-lər müqavilə bağlamaq üçün 1 aprel 2010-cu ilədək (bayram günləri istisna olmaqla) Şuranın katibliyinə müraciət etməlidirlər. Bu müddətə qədər QHT-nin Şuraya müraciət etməməsi ayrılmış maliyyə vəsaitindən imtina kimi qəbul olunacaqdır.
Şuranın ünvanı: Bakı, Fikrət Əmirov küç.-1 (2-ci mərtəbə) Tel.: 012 493-17-3282 fgurbanov@cssn.gov.az ; Məsul şəxs: Fərasət Qurbanov