Axtarış: 
DİQQƏT! QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistlər üçün müsabiqə elan edir
+  -  Çap 
Yerləşdirilib: 17.03.10 | Baxılıb: 708
Müsabiqə// Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edir. “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda olan müsabiqənin şərtlərinə görə, müsabiqədə  KİV-də çalışan jurnalistlər iştirak edə bilər.
Lakin hər jurnalistin yalnız bir məqaləsi qəbul edilir. Məqalə  7-10 000 kompyuter işarəsi həcmində olmalıdır. Məqalənin mətbuatda çap olunan və ya elektron saytda verilən variantında müəllifin imzası vacibdir.

Məqalələr 2010-cu ilin mart, aprel, may və iyun aylarında gündəlik qəzetlərdə, eləcə də media məkanının aparıcı informasiya saytlarında çap edilməli və aşağıdakı qeydlə müşayiət olunmalıdır: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılmasına həsr olunmuş jurnalistika müsabiqəsində iştirak üçün”.
Qeyd edək ki, başqa müsabiqələrdə iştirak etmiş yazılar qəbul olunmur.

Məqalə  müsabiqəyə aşağıdakı qaydada təqdim edilməlidir:

Məqalənin çap edildiyi mətbu orqanın 1 nüsxəsi və ya elektron saytdan çıxarılmış surəti –çap versiyası;
Məqalənin əlyazması (müəllif imzası olmadan) – 3 nüsxə, şrift Times News Roman – 12;
mətbuatda çap edilmiş varianta adekvat; 
Məqalənin elektron variantı;

Şəxsiyyət vəsiqəsinin surəti, jurnalistin KİV-də çalışması haqda müvafiq arayış və VÖEN surəti (əsas mükafatı alarkən jurnalist öz adına olan kassa-mədaxil orderi verməlidir) də məqaləyə əlavə edilməlidir.
Müsabiqə  üzrə 6 əsas mükafatın verilməsi nəzərdə tutulur. I yerin mükafatçılarının (2 mükafat) hər biri 1000 AZN, II yerin mükafatçılarının (2 mükafat) hər biri 800 AZN, III yerin mükafatçılarının (2 mükafat) hər biri 500 AZN qazanmaq şansı var. Bunlardan əlavə jurnalistlərə hər biri 100 AZN məbləğində  10 həvəsləndirici mükafat veriləcək. 
İddiaçılar məqalə və sənədlərini elanın mətbuatda verildiyi tarixdən etibarən 1 iyul 2010-cu ilədək Şuranın katibliyinə təqdim edə bilərlər. Müsabiqəyə məsul şəxs Səfər Alışarlıdır.
Münsiflər heyəti tərəfindən qiymətləndirmə peşəkar jurnalistika meyarları üzrə aparılacaqdır.
Əlavə məlumat üçün 012 493-17-32; 012 493-17-80; 050 640-10-06 nömrəli telefonlarla zəng vurmaq olar.
Şuranın ünvanı: Bakı, Fikrət Əmirov küçəsi -1 (2-ci mərtəbə).

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo