Axtarış: 
QHT sədri Gülnarə İsmayılova: QHT-lərin normal fəaliyyətinə yardımçı olmaq inkişaf etmiş dövlətlərin əsas prioriteti sayılır
+  -  Çap 
Yerləşdirilib: 07.06.11 | Baxılıb: 437
- Gülnarə xanım, təşkilatınız haqda məlumat verməyinizi istərdik.

- «İnkişaf» Sosial və İqtisadi Araşdırmalar İctimai Birliyi 2006-cı ildə təsis olunub və 2007-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Təşkilatın məqsədi sosial və iqtisadi sahədə araşdırmalar aparmaq, vətəndaşların sosial problemlərinin həllinə yardım etmək, onların bu sahədə biliklərini artırmaqdır. Öncədən onu da qeyd edim ki, təşkilatın məhz sosial-iqtisadi profildə ixtisaslaşması təsadüfi deyil. Birincisi, mən ATU-nun müalicə-profilaktika fakültəsini, cərrah-onkoloq ixtisası üzrə bitirmişəm. İkinci təhsilimi isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində almışam. Hesab edirəm ki, təşkilatımızın qazandığı uğurlarda düzgün iqtisadi əsaslandırma və model böyük rol oynayıb.
Təşkilatımız fəaliyyət göstərdiyi qısa müddət ərzində 100-dən çox tədbir, konfrans, treninq, xeyriyyə aksiyası keçirmişik. Bu tədbirlərdən kütləvi xarakter alanlardan bəzilərini qeyd etmək istərdim. 2007 –ci ildə Azərbaycan Milli Akademik Dram Teatrında, Filarmoniyada və digər kütləvi tədbir üçün nəzərdə tutulan yerlərdə dövlət proqramı əsasında uşaq evləri və internat məktəblərində təhsil və tərbiyə alan uşaqlar arasında gənc istedadların araşdırılması məqsədi ilə “Səsimiz yayılsın Azərbaycana” adlı silsilə konsert proqramı və sərgi keçirmişik. Uşaq evləri və internat məktəblərinin şagirdlərinin müxtəlif festivallarda iştiraklarını təmin etmişik, 1 saylı Xüsusi internat məktəbdə şagirdlərdən ibarət nəfəsli alətlər orkestrini yaratmışıq, internatı bitirmiş kimsəsiz gənclər üçün dəfələrlə toy mərasimlərini yüksək səviyyədə təşkil etmişik. Dövlət Uşaq Müəssisələrində təlim-tərbiyə alan uşaqlar üçün stomatoloji, cərrahi və sair müxtəlif müayinə və müalicələr təşkili və bu qəbildən kifayət qədər işlər görmüşük ki, etik prinsipləri əsas götürərək bu haqda ətraflı danışmaq istəmirəm. Sadəcə belə deyim ki, saysız-hesabsız xeyriyyə aksiyalarını, auksionlar, sərgilər, konsertlər, moda nümayişlərini reallaşdırmışıq.
Qrant layihələrinə gəldikdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, BMT-nin Əhali Fondunun, Beynəlxalq Qadınlar Klubunun maliyyəsi ilə ciddi və ictimai-sosial əhəmiyyətli işlər görmüşük. Yeri gəlmişkən qeyd edim ki, BMT-nin Qadın Fondunun Regional Nümayəndəliyinin (UNİFEM) Azərbaycanda reallaşdırdığı layihə üzrə milli konsultant, bir çox beynəlxalq konfrans, qurultay və s. tədbirlərdə məruzəçi olmuşam, Azərbaycanı hər zaman yüksək səviyyədə təmsil etməyə çalışmışam. Yuxarıda qeyd etdiyimiz aksiyaların reallaşması üçün bir çox dövlət qurumları, Komitə və Nazirliklərlə əməkdaşlıq etmişik. Bunlardan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, İdman və Gənclər Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və bəzən özəl sektor təmsilçilərini qeyd edə bilərəm.

- Nəzəriyyəçilər belə hesab edirlər ki, vətəndaş cəmiyyəti nə qədər çox inkişaf etmiş olarsa, dövlətin demokratikliyi üçün bir o qədər geniş meydan açılar.

- Fikrinizi davam etdirim. Tarixən formalaşmış siyasi nəzəriyyələr göstərir ki, əsl demokratiya yalnız vətəndaş cəmiyyəti ideyasının gerçəkləşdiyi, eləcə də vətəndaş cəmiyyəti təsisatlarının mövcud olduğu dövlətlərdə özünə möhkəm dayaqlar tapa bilər. Hüquqi dövlət özünün formalaşması və qərarlaşması prosesində nəinki fərdi azadlığın və hüququn qanunvericiliklə təmin olunmasını işləyib hazırlamış və möhkəmlətmiş, eyni zamanda vətəndaş cəmiyyətinin normal mövcudluğu və fəaliyyəti, onun başlıca təsisatları, prinsipləri və dəyərləri üçün təminat yaradır. Vətəndaş cəmiyyəti dövlətdən fərqli elə bir sahədir ki, burada vətəndaşlar öz maraqlarından çıxış edərək birgə fəaliyyət göstərə bilərlər. Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir.

- Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesi qeyd etdiyiniz sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirə bilibmi?


- Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesi müstəqil dövlət quruculuğu ilə paralel başlayıb. Müstəqilliyin ilk illərində Azərbaycanda az sayda QHT-lər fəaliyyət göstərirdi. Çox maraqlı məqamdır ki, vətəndaş cəmiyyəti quruculuğu prosesində faktiki olaraq dövlət və vətəndaş cəmiyyətinin mühüm elementlərindən biri olan qeyri-hökumət təşkilatları birgə, müttəfiq kimi iştirak etmədilər. Ən maraqlısı budur ki, xarici donorların da Azərbaycan QHT-lərinə münasibəti obyektivlikdən uzaq olub. Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin sayının 2-3 dəfə az olması da bir məntiqi nəticə idi. Ölkədə milli maraqları əsas götürərək fəaliyyət göstərən QHT-lər dayanıqlığı üçün demək olar ki, minimal şərtlər belə olmayıb.

- Ölkə iqtisadiyyatında gedən sürətli inkişaf cəmiyyətin ayrı-ayrı sahələrinə necə təsir edir?

- Nə isə etmək çətin deyil, çətin özünü həmin işi görmək vəziyyətinə gətirməkdir. Azərbaycan müstəqilliyinin ən böyük nailiyyətlərindən biri, dünya dövlətlərinin də etiraf etdiyi, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmasıdır. Prezident İlham Əliyevin siyasi kursunun mühüm istiqamətlərindən biri də güclü iqtisadi sistemin yaradılmasıdır.
Təbii ki, sosial-iqtisadi sahədə ixtisaslaşmış QHT rəhbəri olaraq dövlətin iqtisadi artımının vətəndaş cəmiyyətinin inkişafına təsirini də qeyd etməliyəm. Müstəqil Azərbaycanda ictimai həyatın demokratikləşdirilməsinin əsas istiqamətlərindən biri məhz vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Bu istiqamətdə mühüm addımlardan biri də «üçüncü sektor»un – qeyri-hökumət təşkilatlarının formalaşması və inkişafı üçün münbit şəraitin təmin olunmasıdır. Sivil dövlətin vacib atributlarından biri kimi qeyri-hökumət təşkilatlarının genişmiqyaslı fəaliyyəti Azərbaycan cəmiyyəti üçün də vacibdir. Hazırda ölkəmizin sürətli iqtisadi və siyasi inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə də kömək göstərilməsində, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və inkişaf etdirmək sahəsində dövlətin imkanlarını genişləndirir. Vətəndaş cəmiyyəti öz-özünə inkişaf edən bir sistemdir. Bununla yanaşı, yüksək inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli şəkildə fəaliyyət göstərir, inkişaf edir. Belə bir şəraiti, dövlət vasitəsilə və ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin özü yaradır. Yeri gəlmişkən məşhur fransız aforizmini xatırlayaq: Kim ki bilir nə etməlidir, o bir dəfə, kim ki, nə üçün etdiyini bilirsə, həmişə udur.

- Səhv anlamadıqsa dövlətin QHT sektoruna qayğısına işarə vurursunuz?

-Bəli. Əslində, vətəndaş cəmiyyəti - dövlətin vətəndaşa qayğı göstərdiyi cəmiyyətdir. Bəli, cəmiyyət və dövlət naminə hansısa faydalı işin görülməsi üçün mütləq əməkdaşlıq lazımdır. Hələ müstəqilliyimizin möhkəmlənməsi dövründə, vətəndaş cəmiyyəti quruculuğu prosesində QHT-ləri öz müttəfiqinə çevirmək, onların siyasi maraqlardan uzaq, milli maraqlar zəminində fəaliyyət göstərmələrinə nail olmaq, eyni zamanda QHT-lərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının ifşa edilməsi prosesində aktiv iştirakını təmin etmək üçün dövlət yollar arayırdı. Vətəndaş cəmiyyəti institutlarının inkişaf məsələləri ilə məşğul olan, onlara maliyyə yardımları ayıran Azərbaycan Respublikasının Prezidenti yanında Şuranın yaranması məhz bu məqamlar nəzərə alınaraq həyata vəsiqə qazanmışdır.
Bir məqamı qeyd edim. QHT-lər istər yerli, istərsə də xarici donor təşkilatlarına layihə təqdim edərkən özlərinin formalaşdırdığı problemin həllində cavabdehlik daşıyırlar. Burada layihə təqdim edənlə onu maliyyələşdirən qurum arasında qarşılıqlı inam olmalıdır. Əks təqdirdə, layihələrin qiymətləndirilməsi və davamlılığını həyata keçirmək qeyri-mümkün olar. Əsas missiya vətəndaş cəmiyyətinin inkişafına, demokratik dəyərlərə, sahə dəyərlərinə sadiqlik nümayiş etdirməkdir. Bu ümumi prinsiplərdir. Lakin Şura tək bu liberal dəyərlərlə yekunlaşmadı. Yuxarıda qeyd etdiyimiz, dövlətin aradığı xətti tutaraq daha çox iş gördü. Artıq QHT-lər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni işğalının və yalanlarının ifşası istiqamətində beynəlxalq aləmdə ciddi səylər göstərir, ölkədə vətəndaş cəmiyyətinin inkişafına əhəmiyyətli töhfələr verirlər.

- Biznes qurumlarının, iri korporasiyaların QHT sektorunun fəaliyyətində rolu sezilirmi?

-Bilmirəm bu müsahibənin dəsti-xətti niyə belə quruldu, biz sanki ancaq yaralı söhbətlərə toxunmalı oluruq. Mən son illərdə Şuranın milli donor kimi fəaliyyətini QHT rəhbəri kimi diqqətlə izləyirəm. Şura sədri Azay Quliyevin müsahibələrini, mətbuata açıqlamaları da həmçinin böyük maraq kəsb edir. Azay müəllim artıq neçənci dəfədir ki, bu məsələyə toxunur. O bildirir ki, sahibkarlıq subyektləri də üçüncü sektorun önəmini o qədər anlamırlar və QHT-lərin layihələrinin maliyyələşdirilməsinə vəsait ayırmağa həvəsli deyillər. Nə edək ki, bu acı həqiqətdir. QHT-lərin lobbisi funksiyasını da yerinə yetirməyə çalışan Şura artıq Azərbaycanda fəaliyyət göstərən iri biznes qurumlarının da QHT-lərin layihələrini maliyyələşdirmələri üçün iş aparır və bu sahə də ciddi nəticələr əldə olunmaqdadır. “Qaradağ-Sement” şirkətinin və Şuranın birgə layihələr həyata keçirməyə başlaması buna sübutdur. Təəssüf ki, bu yeganə faktdır.

- Son vaxtlarda geniş vüsət alan korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının rolunu nədə görürsünüz?

- Azərbaycanda korrupsiya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və artıq öz müsbət nəticəsini verir. Cəmiyyətin fəallığının təmin edilməsi ilə korrupsiyaya qarşı mübarizə sahəsində daha ciddi nəticələr əldə etmək mümkündür.
Qeyd etməliyik ki, korrupsiyaya qarşı dövlət səviyyəsində aparılan ciddi mübarizəyə vətəndaşların da fəal qoşulması olduqca vacibdir. Əhali korrupsiyaya qarşı aparılan mübarizəni müsbət qarşılayır. Azərbaycanda bu sahədə problemlərin aradan qaldırılması ali məqsədlərdən biri kimi qarşıya qoyulub. Son olaraq Raden prinsipi deyilən bir fikir var. Ondan hansısa mütəfəkkirin abidəsi üzərində necə işlədiyini soruşanda belə cavab vermişdi: “Çox sadə, mərməri götürüb, artıq olan nə vardısa hamısını yonub atdım”. Bax, islahat da elə bu cür yanaşmadır. Bu məsələdə QHT təmsilçilərindən də çox şey asılıdır.
“Vətəndaş cəmiyyəti” jurnalı, N5,2011















































Âêîíòàêòå Ìîé Ìèð FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


QHT çempionatı
 
Müzakirə
 
QHT TV
 
Köşə
Əkbər Həsənov

Bir qədər də dövlət rəmzlərinə hörmət barədə 


Etibar Əliyev «XXI Əsr» Təhsil Mərkəzinin sədri

Bir yəhudi ilə bir türkün Nobel nitqi



Ülkər Abdullayeva

Azərbaycanda kişilər qadınları necə məhv eləyir?


Jalə Tofiqqızı

Tarix yazan tarixi şəxsiyyət!


 
Arxiv
« May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
Online hüquq məsləhətxanası
 
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo