qhtxeber.az // “Gənclər İnkişaf Naminə” İctimai Birliyi Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Mərkəzi ilə birgə yeni layihənin icrasına başlamışdır. Layihənin məqsədi aran regionundan olan gənclərə gənclər mərkəzlərinin yaradılması ilə bağlı metodiki və praktiki yardımın göstərilməsidir.
qhtxeber.az//İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət
Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “nativ inflyasiya
səviyyəsinin hesablanması və modellərin işlənilməsi” layihəsi çərçivəsində
Azərbaycanın 22 regionunda 2010-cu ilin iyun ayı ərzində apardığı qiymətlərin
statistik müşahidəsinin nəticələrini təqdim edib.
“Azərbaycanda bütövlükdə bu il də keçən ildəki kimi uğurlu iqtisadi inkişaf davam edib. Baxmayaraq ki, keçən il maliyyə və iqtisadi böhran dünyada gedən proseslərə çox güclü təsir göstərib”. AzərTac agentliyinə istinadən verilən xəbərə görə,
Azərbaycan
nəinki etibarlı enerji ixracatçısı, eləcə də energetika sahəsində müasir
biliklər mərkəzi hesab olunur. Bunu Azərbaycan Diplomatik Akademiyasının (ADA)
rektoru Hafiz Paşayev deyib.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iyulun
18-dən 22-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək parlament spikerlərinin
3-cü Ümumdünya konfransında iştirak edəcək. Bu barədə jurnalistlərə Milli
Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi
(ETSN) tərəfindən ətraf mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik və
məlumatlılığının artırılması məqsədi ilə avqustun 3-dən etibarən "Jurnalistlərin
ekologiya məktəbi" fəaliyyətə başlayır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti
bu cür tədbiri Ağdaş rayonunda keçirib.
Azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı qaldırdığı məhkəmə iddiasına nəhayət ki, Avropa Məhkəməsi cavab verib. Bu barədə Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib. Onun sözlərinə görə, işə sentyabın 15-də baxılacaq.
qhtxeber.az// “Azərbaycan Ağsaqqallar Şurası” Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu” layihəsi çərçivəsində bölgələrə səfərlərə başlayıb.
Rəsmi Bakı Edvard Nalbandyanın fikirlərinə münasibət bildirib.Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanın “Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Laçın və Kəlbəcər məsələsinin heç vaxt müzakirə olunmamasına”
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında assosiasiya sazişi üzrə danışıqlar başlayıb. APA-nın məlumatına görə, danışıqların birinci plenar iclasına Aİ-nın və Azərbaycan hökumətinin təmsilçiləri qatılıblar.
İyulun 15-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Praqa-Bakı marşrutu ilə ilk sərnişin aviareysini yerinə yetirib. Bakıdan gələn ilk təyyarədə olan 80 sərnişini və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələrini Praqanın “Ruzıne” Beynəlxalq hava limanında Çexiyanın hökumət təmsilçiləri, Senatın üzvləri və aeroportun rəhbərliyi qarşılayıb.
qhtxeber.az//Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası QHT mövzusu üzrə ölkə jurnalistləri üçün elan etdiyi yazı
müsabiqəsinin nəticələrinin açıqlanması və qaliblərin mükafatlandırılması mərasimini
keçirəcəkdir.
qhtxeber.az// İyulun 17-də “Tələbələrin Beynəlxalq Əməkdaşlığı“ İctimai Birliyi və “Gənclərin Mənəvi İnkişafı“ İctimai Birliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (Rəşid Behbudov küç. 8, mənzil 85/86) tələbələr üçün
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Ekologiya İli” çərçivəsində “Təmiz Şəhər” ASC yeniyetmələrin diqqətini ətraf mühitin mühafizəsinə cəlb edilməsi və ekoloji maarifləndirilməsi məqsədilə iyulun 26-dan 31-dək məktəblilər üçün “Təmiz şəhər naminə” adlı yay məktəbi təşkil edəcək.
Qarabağ İctimai Forumunun (QİF) növbəti toplantısı keçirilib. Fonddan Milli.Az xəbər portalına daxil olan məlumata görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, QİF-in rəhbəri Umud Rəhimoğlunun rəhbərliyi ilə keçirilən toplantıda geniş müzakirədən sonra Forumun yarım illik fəaliyyət planı qəbul edilib.
Ağdamın “Qarabağ” futbol klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Şimali İrlandiyanın “Portdaun” komandasına qalib gəlib. İyulun 15-i səfərdə keçirilən oyunda ağdamlılar 2:1 hesabı ilə üstün olublar.
qhtxeber.az// “İnam” Plüralizm Mərkəzi iyulun 30-dək “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı sərgi keçirəcək. Ağdamın işğaldan əvvəl və işğaldan sonrakı mənzərələri əks olunan 60 fotonun təqdim ediləcəyi sərginin açılış mərasimi Ağdamın işğal gününə - iyulun 23-nə təyin olunub.