Xəbərlər / 15.8.2010
Səhifələr : 1
Şuranın maliyyə dəstəyilə Azərbaycanda ilk dəfə olaraq leykozlu uşaqlar üçün yay sağlamlıq düşərgəsi təşkil olunub
Azərbaycanda ilk dəfə olaraq leykozdan (qan xərçəngi) əziyyət çəkən uşaqların valideynləri ilə birgə istirahət yay düşərgəsi keçirilib. “Leykemiya ilə mübarizə” İB-nin direktoru Mehriban Bağırovanın SİA-ya verdiyi xəbərə görə, düşərgədə psixoloji gərginliyi olan uşaqlar və valideynlər xəstəlik haqqında daha ətraflı məlumatlar alıblar, biri biri ilə təmasda olublar və öncədən olan psixoloji gərginlik aradan götürülüb.
Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
Rus kəşfiyyatı Saakaşvilini öldürməkdən son anda imtina edib
Rus hərbi kəşfiyyatı Baş Kəşfiyyat İdarəsinin (QRU) Gürcüstan prezidenti Mixeil Saakaşvilini qaçırmaq və ya öldürməkdən son anda imtina etdiyi iddia edilib. İddialara görə, Moskva ABŞ ilə razılaşaraq Saakaşviliyə son anda toxunmaqdan imtina edib. SİA-nın məlumatına görə, bunun qarşılığında Vaşinqtonun da Ukraynada Rusiya tərəfdarı Viktor Yanukoviçin iqtidara gəlməsinə yaşıl işıq yandırdığı fikirləri səslənib.
Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
Regionlarda Gənclərə dəstək layihəsi davam edir
“ Demokratik Gənclər” İctimai Birliyi 05.07.2010-cu ildə Aztechno/Mega Soft LTD ilə birgə ile "Regionlarda Gənclərə dəstək" layihəsini həyata keçirmək üçün əməkdaşlıq müqaviləsi imzalamışdır. Bu müqavilə çərçivəsində çərçivəsində Sumqayıt şəhərində artıq 250 nəfər şəhər sakininə  pulsuz kompüter və ingilis dili  kursları  keçirilmişdir.
Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
Gənclər bu gün...
Bakıda yerli və əcnəbi yaradıcı gənclərin iştirakı ilə "Gənclər bu gün" mövzusunda beynəlxalq görüş-seminar öz işinə başlayacaq. ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Belarusun teatr, kino və moda sahələrində fəaliyyət göstərən yaradıcı gəncləri iştirak edəcək.

Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
Səfalətin görünməyən üzü: “Uşaq Əməyinə Yox!...” adlı fotosessiya
Banqladeşli fotoqraf Şekzad Nurani “Uşaq Əməyinə Yox!...” adlı fotosessiya ilə ürək ağrıdan mənzərələri göz önünə gətirib. Dözülməz şəraitdə pul qazanmaq üçün işləyən qadınlar bir gün üçün 40-70 sent qazana bilirlər. Onların işi isə zibilliklərdən,
Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
ABŞ Federal Məhkəməsi “soyqırım”ın tədrisi barədə qərar verib: Erməni soyqırımı”nı inkar edən dərsliklər proqramdan çıxarılır
ABŞ Federal Appelyasiya Məhkəməsinin çıxardığı qərara əsasən Massaçusets ştatındakı ictimai məktəblərdə I Dünya müharibəsi zamanı ermənilərə qarşı “soyqırım” törədildiyini inkar edən dərsliklər tədris proqramından çıxarıla bilər. Beləliklə bu qərar aşağı instansiyalı məhkəmənin 1999-cu ildə çıxardığı qərarı təsdiq etmiş olur.
Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
Müsabiqə elan olunub: Mənim ən yaxşı səyahət şəklim
bmi, British Midland International, və Photoclub Azərbaycan fotojurnalistlər üçün “Mənim ən yaxşı səyahət şəklim” müsabiqəsini keçirir. Müsabiqəyə qatılmaq üçün iştirakçılar səyahət zamanı çəkdikləri ən yaxşı fotoşəkli müsabiqəyə təqdim etməlidirlər. bmi şirkəti və Photoclub Azərbaycan fotojurnalistlər və media ilə əməkdaşlıq edən ştatdankənar fotoqraflar üçün “Mənim ən yaxşı səyahət şəklim” müsabiqəsini keçirirlər. Müsabiqəyə qatılmaq üçün iştirakçılar səyahət zamanı çəkdikləri ən yaxşı fotoşəkli müsabiqəyə təqdim etməlidirlər.
Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
İnsan hüquqları üzrə milli fəaliyyət planının icra vəziyyəti Mingəçevirdə müzakirə olunmub
İnsan hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP) icra vəziyyətinə həsr olunmuş növbəti ictimai dinləmələr Mingəçevir şəhərində keçirilmişdir. Ombudsman aparatından AzərTAc-a bildirmişlər ki, tədbirdə şəhər icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının, KİV-lərin və icmaların nümayəndələri iştirak etmişlər.
Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
Azərbaycan deputatları ABŞ Senatının nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri ABŞ Senatının Xarici əlaqələr komitəsinin əməkdaşı Marik Strinqlə görüşdə antiterror fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Bu barədə Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Görüş zamanı Parlamentin komitə üzvü Səyavuş Novruzov Azərbaycanla ABŞ arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirərək qeyd edib ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda əsas strateji tərəfdaşlarından biridir.

Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
Bakıda Svarovski daşları ilə bəzədilən Qurani-Kərim nəşr olundu
Müqəddəs Qurani–Kərimin dünya dillərinə tərcüməsi ilə bərabər, kitabın müxtəlif ölçülərdə, tərtibatda və mükəmməl poliqrafik icrada nəşri də daim diqqət mərkəzində olub. Dünyanın qabaqcıl ölkələri, nüfuzlu nəşriyyatlar Quranın yüksək peşəkarlıq, orijinal tərtibat və klassikliyin müasirliklə vəhdətindən yaranmış çalarlar əsasında nəşri işinə xüsusi önəm verirlər.
Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
Naxçıvanda Azərbaycan və ABŞ arxeoloqlarından önəmli tapıntı
“Oğlanqalada tapılan nümunələrin heç birinin Urmiya, Van gölü, Göycə gölü ətrafındakı abidələrlə əlaqəsi yoxdur. Bu nümunələr tam yerlidir”. Bu sözləri apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşrlər və elmi əlaqələr sektorunun rəhbəri, tarix elmləri namizədi, Şərur arxeoloji ekspedisiyasının rəisi Səfər Aşurov Oğlanqalada aşkar edilən nümunələrin Midiya dövlətinə məxsus olması barədə İran mətbuatının yaydığı məlumatlara aydınlıq gətirərkən deyib.

Oxumaq
15.08.10   Şərhlərin sayı : 0
 
Səhifələr : 1
Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Avq.2010
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo