Tovuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildirmişlər ki, cari ilin ötən dövründə ünvanlı dövlət sosial yardımı almaq üçün mərkəzə 1081 ailə müraciət etmişdir. Onların 1061 nəfərinin sənədləri qeydiyyata alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AzərTAc-a verilən məlumata görə, avqustun 14-də saat 14:00 radələrində Astara rayonunun Hamuşam kəndi bələdiyyəsinin ərazisində torpaq mülkiyyətçisinin öz pay torpağında yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi nəticəsində yanğın hadisəsi baş verib.
"İctimai Dəyərlərin Təbliği Mərkəzi" İctimai Birliyi (İDTM İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tullantı kağızlarının təkrar emala cəlb edilməsi” adlı maarifləndirici layihə həyata keçirib.