Müəllif hüququ
© WWW :
QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Xəbərlər
» BMT-nin Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentinin rəhbəri Tərtərdə olub
02.04.10 17:51
BMT-nin Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentinin rəhbəri Envera Selimoviç və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) direktoru Umud Mirzəyev Tərtərin Borsunlu kəndində səfərdə olublar. E. Səlimoviç yerli sakinlərlə görüşüb, onların yaşam tərzi ilə maraqlanıb, sakinlərin tez-tez üzləşdiyi mina problemi haqda danışıb.U. Mirzəyev mina təhlükəsizliyi ilə bağlı nitqində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin və BAMF-ın gördüyü işlərdən bəhs edib. Qonaqlar kəndin mərkəzi küçələrindən birində Mina Təhlükəsizliyinə dair lövhənin yerləşdirilməsi mərasimində də iştirak ediblər. Envera Səlimoviç APA-nın Qarabağ bürosuna bildirib ki, yerli əhali ilə görüşdə çox yaxşı təəssüratlar əldə edib. Onun sözlərinə görə, Azərbaycanda mülki vətəndaşların müharibədən qalma mina və partlamamış sursatlardan zərər çəkməməsi üçün BMT bundan sonra da layihələr həyata keçirəcək.
URL / WWW
http://www.qhtxeber.az/news/a-1381.html