Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Beynəlxalq təcrübə » Dünya QHT-ləri Assosiasiyası haqqında
24.04.10 16:39

yeni. Dünya QHT-ləri Assosiasiyası (VANQO) dünyada fəaliyyət göstərən QHT-ləri sülhün və qlobal rifahın inkişafı üçün birləşdirən beynəlxalq təşkilatdır. VANQO QHT-lərin birgə fəaliyyət göstərməsi, əməkdaşlıq etməsi, bəşəriyyətin əsas problemlərinin həllinə öz töhfələrini vermələri üçün mexanizmləri tətbiq etməyə və bu işdə onlara lazımı dəstəyi göstərməyə çalışır.

2000-ci ildə bir sıra beynəlxalq QHT-lərin təşəbbüsü ilə fəaliyyətə başlayan VANQO qısa bir müddətdə sülh, ədalət və bəşəriyyətin rifahı üçün çalışan əhəmiyyətli beynəlxalq təşkilata çevrilmişdir.

QHT-lərlə birgə qlobal şəbəkə kimi fəaliyyət göstərdiyi üçün bu təşkilat ciddi qlobal əhəmiyyətli məsələlərin həllində mühüm beynəlxalq liderə çevrilmişdir.         

 

 


İdarəetmə


Assosiasiyanın ümumi iş istiqamətinə görə üzvlər tərəfindən seçilən və təşkilatın məqsədlərə təsir göstərən qərarları, planları və proqramları təsdiq edən Beynəlxalq Şura məsuliyyət daşıyır. Beynəlxalq Şura üzvləri üç il müddətinə  seçilir. Beynəlxalq Şuranın görüşləri keçirilən müddətə qədər Assosiasiyanın idarə edilməsi və  Beynəlxalq Şuranın qəbul etdiyi qərarlarının yerinə yetirilməsinə görə Beynəlxalq İcra Komitəsi məsuliyyət daşıyır. Beynəlxalq Şuranın Baş Katibi icraçı direktor vəzifəsini icra edir və Assosiasiyanın işlərinə ümumi nəzarət edir.

 


Missiya

 


Dünya QHT-ləri Assosiasiyasının qlobal təşkilat olaraq əsas missiyası üzv təşkilatlara xidmət etmək, bütövlükdə qeyri-hökumət sektorunu gücləndirmək və qeyri-hökumət təşkilatlarının cəmiyyətdə ətraflı şəkildə təbliğ olunmasına çalışmaqdır.

 

 


Milli təşkilat


VANQO-nun beynəlxalq təşkilat olmasına baxmayaraq, regional problemləri həll etmək, regiondaxili şəbəkələrin inkişafı və milli məsələləri koordinə etmək məqsədilə bu Assosiasiyaya üzv olan təşkilatlar milli filial yarada bilərlər. Yalnız Assosiasiyanın üzvü olan təşkilatlar və şəxslər bu prosesdə iştirak etmək hüququna malikdirlər. Hər millətə yalnız bir filial yaratmaq hüququ verilir. VANQO-nun bu millətdən olan bütün üzvləri avtomatik olaraq həmin filialın üzvünə çevrilirlər və yaradılan milli təşkilatın icraçılarını seçmək hüququna malik olurlar.


Milli və sub-regional filiallar müstəqil olmalarına baxmayaraq, onlar təlimatda qeyd olunmuş müəyyən parametrlərə əməl etməlidirlər.

Milli filialı olmayan millətlərin beynəlxalq katiblik ilə daha sıx əlaqələrinin qurulması və üzvlük üçün müraciət edən şəxslərin və ya təşkilatların təsdiq olunması üçün milli nümayəndələr də təyin edilmişdir. Asiya, Avropa, Afrika, Qərbi Asiya, Şimali Afrika, Avropa, Şimali Amerika və Latın Amerikasında fəaliyyət göstərən regional koordinatorlar beynəlxalq təşkilat və onun  regionlardakı üzvləri arasında əlaqələrin gücləndirilməsinə yardım edirlər.


Aygün Əsgərova,
xüsusi olaraq QHTxeber.az üçün
URL / WWW
http://www.qhtxeber.az/news/a-1982.html