Müəllif hüququ
© WWW :
QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Sənəd
» QHT-lərə məsləhət qrupunun tərkibi, fəaliyyət ünvanları və məsləhət saatlarının qrafiki hazırdır
19.02.10 16:02
qhtxeber.az/ 2010-cu il aprel ayının 1-dək QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi 2009-cu ilin yekunlarına dair maliyyə hesabatlarının tərtibi işində onlara məsləhətçi kimi köməklik göstərəcək mütəxəssislərin siyahısı müəyyənləşdirilmişdir. Bu işə 16 nəfərin cəlb edilməsi nəzərdə tutulur. qhtxeber.az/ 2010-cu il aprel ayının 1-dək QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi 2009-cu ilin yekunlarına dair maliyyə hesabatlarının tərtibi işində onlara məsləhətçi kimi köməklik göstərəcək mütəxəssislərin siyahısı müəyyənləşdirilmişdir. Bu işə 16 nəfərin cəlb edilməsi nəzərdə tutulur. Məsləhət qrupunun üzvlərinə 18 fevral 2010-cu il tarixdə Maliyyə Nazirliyinin mütəxəssisləri son təlimi keçəcəklər. Fevral ayının 22-dən məsləhətçilər bu məqsədlə təyin edilmiş ünvanlarda fəaliyyətə başlayacaqlar. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamənin II bəndinin 2.3.5. maddəsinə uyğun olaraq, (qeyri-hökumət təşkilatlarına konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və digər formalarda yardım göstərmək), Şura QHT mühasibatlığı üçün yeni olan bu işdə təşkilatlara konsultativ xidməti təşkil edir. Məsləhət verilən ünvanlar və vaxt qrafiki Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarına yerləşdirilmişdir. Arzu edən QHT-lər bu ünvanlarda pulsuz məsləhət ala bilərlər. Region QHT-ləri isə qrafikdə göstərilən günlərdə yaşadıqları əraziyə yaxın olan rayon mərkəzlərində, həmçinin Bakıdakı ünvanlara müraciət edə bilərlər. Göstərilən saytlarda "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 saylı qərarı da yerləşdirilmişdir. Təqdim ediləcək maliyyə hesabatlarının formasını adı çəkilən qərara əlavədən götürmək olar.
URL / WWW
http://www.qhtxeber.az/news/a-281.html