Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Analitika » Xocalı soyqırımı Beynəlxalq Ədalət Məhkəməsi perspektivində
25.02.10 16:58

Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri kontekstində beynəlxalq hüquqi təhlilin və beynəlxalq ədalət mühakiməsinin predmeti ola bilməsi perspektivi ilə bağlı çox saylı araşdırmalar aparılmışdır. Lakin Xocalı soyqırımının beynəlxalq ədalət mühakiməsinin predmet ola bilməsi imkanları ilə bağlı təhlillər azdır.

Bu baxımdan Xocalı soyqırımının beynəlxalq məhkəmə perspektivini nəzərdən keçirmək Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri kontekstində beynəlxalq hüquqi təhlilin və beynəlxalq ədalət mühakiməsinin predmeti ola bilməsi perspektivi ilə bağlı çox saylı araşdırmalar aparılmışdır. Lakin Xocalı soyqırımının beynəlxalq ədalət mühakiməsinin predmet ola bilməsi imkanları ilə bağlı təhlillər azdır. Bu baxımdan Xocalı soyqırımının beynəlxalq məhkəmə perspektivini nəzərdən keçirmək maraqlı olardı.

 **

 «Genosid» termini yunanca «genos» (irq, tayfa) və latınca «cide» (qətl) sözlərindən ibarətdir. Bu termin 1944-cü ildə polyak hüquqşünası və Nürenberq prosesində Amerikanın gələcək prokuroru Rafael Lemkin tərəfindən nasist Almaniyasının yəhudilərə münasibətdə Barbar hərəkətlərin tövsüfü üçün daxil edilmişdir. 1933-cü ildə məhz R.Lemkin ilk dəfə olaraq milli, dini və ya etnik qruplara qarşı aqressiv hərəkətləri beynəlxalq cinayət elan edən müqavilənin işlənib hazırlanmasını təklif etmişdi.

Nürenberq tribunalının qərarında genosid haqqında heç nə deyilməsə də, ittiham aktında qeyd olunurdu ki, təqsirləndirilən şəxslər «genosid» həyata keçirmişlər, yəni irqi, dini qrupları məhv etmişlər, müəyyən xalqları və sinifləri, milli, etnik və dini qrupları məhv etmək məqsədilə işğal olunmuş ərazilərin bir hissəsinin mülki əhalisini məhv etmişlər…..»

1946-cı il dekabrın 11-də BMT Baş Assambleyası birinci sessiyada qətnamə qəbul edərək bəyan edir ki, «genosid bütöv insan qruplarının yaşamaq hüququnun inkar edilməsidir, yaşamaq hüququnun belə inkar edilməsi insan düşüncəsini dəhşətə gətirir, bütövlükdə bəşəriyyətin böyük itkilərinə, bu qrupların mədəniyyət və digər sferalarına verdiklərinin itirilməsinə gətirib çıxarır, BMT-nin mənəvi normalarına, ruhuna və məqsədlərinə ziddiyyət təşkil edir». …

Baş Assambleyanın tapşırığı ilə BMT-nin İqtisadi və Sosial Şurası genosid haqqında konvensiya layihəsi üzərində işləyir. 1948-ci ildə qəbul olunan və 1951-ci ildə qüvvəyə minən Genosid cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında Konvensiya «genosid cinayətinin leqal anlayışını verir.

Konvensiyanın II maddəsinə görə

«genosid» dedikdə, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər başa düşülür:

a) hər cür qrupun üzvlərinin öldürülməsi;

b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi;

c) hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

d) bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi;

Genosidin bu anlayışı «genosid» sözünün etimoloji mənası ilə ziddiyyət təşkil edir, çünki birinci yalnız qətl deyil, digər hərəkətləri də əhatə edir, lakin II maddədə sadalan hərəkətləri əhatə edən daha uğurlu termin hələ tapılmamışdır.

Konvensiyanın II maddəsində verilən anlayış sonradan 1996-c il tarixli «Sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlər Məcəlləsi» layihəsinin 17-ci maddəsində, keçmiş Yuqoslaviya və Ruanda üzrə Tribunalların Nizamnaməsində və Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda öz əksini tapır. Sonuncular genosidi hərbi və insanlıq əleyhinə cinayətlərdən fərqləndirərək müstəqil beynəlxalq cinayət kimi müəyyən etmişlər.

Burada belə bir sual yaranır. Xocalı soyqırımı ilə əlaqədar Genosid haqqında Konvensiya Azərbaycan üçün Sovet İttifaqı dağılan andan, yəni 1991-ci ilin 8-21 dekabrından 1996-cı ilin avqustun 16-dək, Ermənistan üçün isə Sovet İttifaqı dağılan andan 1993-cü ilin iyunun 23-nə qədər qüvvədə olmuşdurmu?

1. Müqavilələrə münasibətdə dövlətlərin hüquq varisliyi.

Beynəlxalq hüquq varisliyi beynəlxalq hüququn son zamanlar məcəllələşdirilən sahələrindən olmasına baxmayaraq BMT-nin Beynəlxalq hüquq üzrə Komissiyası bəzi müqavilə layihələri hazırlamışdır. Belə ki, görülən işin nəticəsi kimi Vyana diplomatik konfransında 1978-ci il avqustun 23-də qəbul olunan Müqavilələrə münasibətdə dövlətlərin hüquq varisliyi haqqında Konvensiya, 1983-cü il aprelin 8-də Dövlət mülkiyyətinə, dövlət arxivlərinə və dövlət borclarına münasibətdə dövlətlərin hüquq varisliyi haqqında Konvensiya qəbul olunur.

 

Lakin Azərbaycan və Ermənistan 1978 və 1983-cü il Vyana Konvensiyalarına qoşulmamışdır. Buna baxmayaraq 1978 və 1983-cü il Vyana konvensiyalarının bir sıra müddəaları heç şübhəsiz adət xarakteri daşıyır və bu mövcud beynəlxalq təcrübə ilə təsdiq olunur. Məsələn, bu 1978-ci il Konvensiyasının « 

Və ya bu Konvensiyanın 34-cü maddəsinə görə

a) dövlətlərin hüquq varisliyi (qəbulluğu) zamanı sələf dövlətin bütün ərazisinə münasibətdə qüvvədə olan istənilən müqavilə beləliklə hər bir yaranmış varis dövlətə münasibətdə qüvvədə qalmaqda davam edir;…

2. 1-ci bənd tətbiq olunmur, əgər:

a) müvafiq dövlətlər başqa razılığa gəlmişlərsə, və ya

Deməli, bu kontekstdə Xocalı soyqırımı ilə əlaqədar Genosid haqqında Konvensiyanın Azərbaycan üçün Sovet İttifaqı dağılan andan 1996-cı ilin avqustun 16-dək, Ermənistan üçün isə Sovet İttifaqı dağılan andan 1993-cü ilin iyunun 23-nə qədər qüvvədə qalma məsələsi açıq qalır.

la Cour indiquant des mesures conservatoires , Comme suite au communiqué de presse 93/9 du 8 avril 1993) Məhkəmə qeyd edir ki, keçmiş Yuqoslaviya Federativ Sosialist Respublikası Genosid haqqında Konvensiyanı 1948-ci il dekabrın 11-də imzalamış və ratifikasiya alətlərini qeyd - şərt etmədən 1950-ci il avqustun 29-da təqdim etmişdir; Daha sonra Məhkəmə 2 aləti yoxlayır: Yuqoslaviyanın keçmiş Yuqoslaviyanın üzvü olduğu beynəlxalq müqavilələrə riayət etmək niyyətini ifadə edən 27 aprel 1992-ci il tarixli deklarasiya və Bosniya – Herseqovina tərəfindən təqdim olunan Genosid haqqında Konvensiyaya münasibətdə 29 dekabr 1992-ci il tarixli «varislik haqqında bildiriş».

Yuqoslaviya iddia edirdi ki, Bosniya-Herseqovina konvensiyaya qoşulan tərəf kimi (varis kimi deyil) nəzərdən keçirilməlidir, konvensiyanın XI maddəsinin doğurduğu nəticəyə görə alət yalnız saxlanılmaya verildiyi gündən sonrakı doxsanıncı gün qüvvəyə minir (maddə XIII), əgər bu hal olubsa, zaman çərçivəsi şərti baxımından Məhkəmə səlahiyyətə malik olmayacaq. Məhkəmə Bosniya-Herseqovinaya görə işdə Məhkəmənin səlahiyyəti üçün əlavə əsas olan sənədi də nəzərdə keçirir. Bu Çernoqoriya Respublikasının Prezidenti və Serbiya Respublikasının Prezidenti tərəfindən Yuqoslaviyada sülh üçün beynəlxalq konfransının arbitraj komissiyasının sədrinə ünvanladıqları 1992-ci il 8 iyun tarixli məktubdur.  

Bundan əlavə, Lakin Məhkəmə yekunda dəqiqləşdirir ki,  

Lakin, 1948-ci il Konvensiyasının beynəlxalq adət hüququnun tərkib hissəsi olduğunu unutmaq olmaz. Beləki, Genosid haqqında Konvensiya bəyan edir ki, «Konvensiyada nəzərdə tutulan hüquq və vəzifələr erga omnes öhdəliyidir» (CIJ, Application of Convention for the prevention and the repression of the crime of genocide (Bosnia-Herzégovine against Yugoslavia), preliminary exceptions of July 11, 1996, Rec., 1996, p. 616.), yəni hamı üçün nəzərdə tutulan öhdəlikdir, başqa sözlə, ümumi xarakter daşıyır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmənin şikayətlə bağlı rationae temporis  

Onun məqsədi, bir tərəfdən, bir qrup insanın mövcudluğunun təmin edilməsi, digər tərəfdən isə ən əsas mənəvi prinsiplərin təsdiq edilməsidir.  

Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 36-cı maddəsində deyilir ki,

3. Konvensiyanın geriyə qüvvəsi

Azərbaycan qanunvericisi bu problemi həll etmək üçün «Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununu qəbul edir (12 may 2006-cı il).

Qanunun 1-ci maddəsində deyilir ki:

Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırım və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın və «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir.

Avropa İnsan hüquqları Konvensiyasının 7-ci maddəsinin 2-ci hissəsinə görə

Bu maddə sivil dövlətlər tərəfindən tanınan ümumi hüquq prinsiplərinə uyğun olaraq törədildiyi zaman cinayət əməli olan hər hansı hərəkət və ya hərəkətsizliyin törədilməsinə görə istənilən şəxsin mühakimə olunmasına və cəzalandırılmasına mane olmur.

Eyni müddəadan çıxış edən 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci hissəsində deyilir ki,

4. Genosid cinayəti ilə əlaqədar məsuliyyətə cəlb etmə müddəti

Başqa sözlə, bu cinayət məsuliyyətə cəlb etmə müddətini tanımadığından beynəlxalq və milli səviyyədə müvafiq tədbirlər görüldüyü zaman gözlənilən nəticələr doğura bilməsi ehtimal olunandır.

Genosid haqqında Konvensiyanın IX maddəsində deyilir ki,

«Bu Konvensiyanın təfsiri, tətbiqi, yaxud yerinə yetirilməsi məsələsində Razılığa gələn Tərəflər arasındakı mübahisələr – genosiddə, yaxud 3-cü maddədə sadalanan əməllərdən birində bu və ya digər dövlətin məsuliyyəti barədə mübahisələr daxil olmaqla - mübahisə edən tərəflərdən hər hansı birinin tələbi ilə Beynəlxalq Məhkəməyə verilir»

la Cour indiquant des mesures conservatoires , Comme suite au communiqué de presse 93/9 du 8 avril 1993Məhkəmə daha sonra o fakta istinad edir ki, Bosniya və Herseqovina öz müraciətində göstərir ki, Yuqoslaviya və BMT üzvü olan keçmiş Federativ Sosialist Respublikası olan Yuqoslaviya arasında «varislik» beynəlxalq birlik tərəfindən, o cümlədən BMT Təhlükəsizlik Şurası (777 saylı Qətnamə), eləcə də Baş Assambleya (Qətnamə 47/1) tərəfindən mübahisələndirilmişdir. Məhkəmə Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qeyd olunan qətnamələrinə, eləcə də BMT-nin Hüquq Müşavirinin BMT yanında Bosniya – Herseqovina və Xorvatiyanın daimi nümayəndələrinə ünvanladığı məktubun mətninə istinad edir. Məktubda bildirilir ki, «BMT Katibliyinin 47/1 saylı Qətnamənin BMT Baş Assambleyası tərəfindən qəbulunun praktik nəticələri ilə bağlı mövqeyi və müvafiq olaraq qəbul olunmuş qətnamə hazırkı mərhələdə Yuqoslaviyanın BMT-nin üzvü olub-olmaması və bu keyfiyyətdə Məhkəmənin Nizamnaməsinə Tərəf olub-olmaması sualı ilə bağlı prosedur məsələsi barədə qəti qərar qəbul etməmək üçün Məhkəməyə hüquqi çətinlik yaratmır. Nizamnamənin 35-ci maddəsi Məhkəmənin bu Nizamnamənin iştirakçılarına açıq olduğunu bildirir, daha sonra:

«Digər dövlətlərə Məhkəmənin açıq olması şərtləri Təhlükəsizlik Şurası tərəfindən qüvvədə olan müqavilələrdə nəzərdə tutulan xüsusi müddəaların yerinə yetirilməsi ilə müəyyən olunur, bu şərtlər heç bir halda tərəfləri Məhkəmə qarşısında qeyri-bərabər vəziyyətə qoya bilməzlər»;

nəticədə Məhkəmə hesab etmişdir ki, bir Dövlət tərəfindən qüvvədə olan müqavilənin bu cür xüsusi müddəasının iştirakçısı olan digər dövlətə qarşı Nizamnaməyə üzv olmadan belə müvafiq qaydada iş qaldırıla bilər və bu Təhlükəsizlik Şurasının tənzimlədiyi şərtlərdən müstəqildir; nəinki çoxtərəfli konvensiyanın məhkəmə baxışına təqdim etmək şərti, məsələn Genosid haqqında Konvensiyanın IX maddəsi. Nəzərdən keçirilən işdə Bosniya – Herseqovinanın istinad etdiyi IX maddə qüvvədə olan müqavilənin prima facie «xüsusi müddəası» kimi nəzərdən keçirilə bilər; nəticədə əgər Bosniya – Herseqovina və Yuqoslaviya Genosid haqqında Konvensiyanın iki üzvüdürsə,  

Məsələ ilə bağlı qeyd edilməlidir, nə Azərbaycanın, nə də Ermənistanın beynəlxalq hüquq subyektliyi mübahisə obyekti deyil. Hər ikisi BMT və onun üzvləri tərəfindən tanınmış müstəqil dövlətlərdir.

Genosid cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında Konvensiyasının tətbiqi (Bosniya – Heseqovina Serbiya və Çernoqoriyaya qarşı) üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında deyilir:

İşin faktiki məlumatları həddindən artıq çoxdur. Hər bir tərəf min səhifədən artıq sənədli sübutlar təqdim etmişdir. Qərarın təxminən üçdə bir hissəsi sübutların təhlilinə həsr olunmuşdur. Məhkəmə iddia olunan vəhşiliklərin doğrudanmı törədildiyini və təsdiqləndiyi halda onun müəlliflərinin Məhkəmə tərəfindən Bosniya müsəlmanları kimi identifikasiya edilən qorunan qrupun bütövlükdə və ya bir hissəsini məhv etmək üçün xüsusi niyyətə malik olmaları ilə bağlı məsələlər üzrə öz nəticələrini təfsilatı ilə təqdim edir.  

Buradan belə nəticəyə gəlmək olar ki,  

Məhkəməyə görə genosid cinayətinin müstəsna ağırlığını nəzərə alaraq Məhkəmə tələb etdi ki, ittihamlar «tam sübutedici qüvvəyə» malik elementlərlə sübut edilsin. Məhkəmə deyir ki, biz özümüz bizə təqdim olunan sübut elementləri kontekstində faktları müəyyən etdik, lakin bizə həmçinin fərdlərlə bağlı prosedurlar çərçivəsində keçmiş Yuqoslaviya üçün Beynəlxalq Tribunalın (TPIY) faktları əsasında formulə edilmiş nəticələr (rəylər) əhəmiyyətli dərəcədə kömək etdi. 

Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal olmasa da, ölkə daxilində aparılan istintaqın faktoloji materiallarından, məcburi köçkünlərin şikayətləri ilə bağlı Avropa Məhkəməsinin qəbul edəcəyi qərarlardan istifadə oluna bilər.(?)

Məhkəmə hesab edir ki, Bosniya-Herseqovinanın bütün ərazisində dəqiq yerləşən saxlanma (həbsxana) zona və düşərgələrində  

Deməli,  

Lakin bu nəticələrdən vacib istisna da mövcuddur.  

«Scorpions» yarımhərbi bölməsinə gəlincə, iddiaçı 1995-ci ilin iyulunda Srebrenikanın yaxınlığındakı zonada yerləşən Trnovoda 6 Bosniya müsəlmanının hərbiçilər tərəfindən edam edilməsini göstərən videoyazını Məhkəməyə təqdim etdi. Bu yazı əvvəlcə serb televiziyasında və TPIY (keçmiş Yuqoslaviya üçün Tribunal) qarşısında Miloşeviçin işi üzrə prosesdə yayımlanmışdır. Bu videoyazıdan başqa, cavabdehin «Scorpions»-ların hərəkətlərinə görə məsuliyyət daşıdığını hesab edən iddiaçı Məhkəməyə digər sübutlar təqdim etmişdir. Məhkəmə ona təqdim olunan bütün məlumatları sistematik nəzərdən keçirmişdir. Lakin o, yalnız ona təqdim olunan dəlillər əsasında fikrini bildirə bilər.  

Genosid haqqında Konvensiyada göstərilən iştirakçılıqla əlaqədar Məhkəmə müəyyən etməli idi, doğrudanmı cavabdeh Srebrenikadakı hadisələrə imkan verən və ya asanlaşdıran vasitələr təqdim etmişdir və bu köməyin genosid törədilməsi üçün istifadə olunacağını tam dərk etmişdir.  

Hüquqi baxımdan genosiddə iştirakçılıq və genosidin qarşısının alınması öhdəliyinin pozulması arasında fərqi müəyyən etmək çətindir. Məhkəmə hesab etmişdir ki, inandırıcı şəkildə sübut olunmuşdur ki, Yuqoslaviya Federativ Respublikasının rəhbərləri və ilk növbədə Miloşeviç Srebrenika regionunda Bosniya serbləri və müsəlmanları arasında hökm sürən xüsusi nifrət dolu iqlimi, nə də orada ehtimal oluna biləcək kütləvi qırğınları qətiyyən inkar etmirdilər. Ola bilsin, onlar genosidin törədilməsi ilə əlaqədar xüsusi niyyətin olması barədə bilməmişlər, lakin Srebrenikada ciddi genosid riskinin mövcudluğu aydın olmalı idi.  

Burada dəqiqləşdirmək lazımdır ki, hüquq məsələsi cavabdehin genosiddən yayınmaq üçün Sprıska Respublikası və VRS ilə sıx əlaqələrindən istifadə edib-etmədiyi halı bilmək deyil. Hüquq məsələsi cavabdehin genosidin qarşısını almaq üçün ixtiyarında olan bütün tədbirləri görüb-görməməsini bilməkdən ibarətdir.

Məhkəmə hesab etdi ki 

Digər öhdəlik genosidin cəzalandırılmasıdır. Genosid haqqında Konvensiyanın VI maddəsi tələb edir ki, genosiddə və ya III maddədə göstərilən əməllərin birində ittiham olunan şəxslər həmin əməlin törədildiyi dövlətin ərazisindəki səlahiyyətli məhkəmədə, yaxud beynəlxalq cinayət məhkəməsində mühakimə edilməlidir. Qeyd olunan halda genosid cavabdehin ərazisində yerləşməyən Srebrenikada baş vermişdir. Beləliklə, sonuncu Srebrenikada genosiddə iştirak etməkdə ittiham olunan şəxsləri öz məhkəmələri qarşısında təqib edə bilmədiyinə görə məsuliyyət daşıya bilməz. Deməli, vacib məsələ cavabdehin onun ərazisində yerləşən və TPIY tərəfindən Srebrenikada kütləvi qırğınlarla əlaqədar genosiddə ittiham olunan bütün şəxslərin həbsi və verilməsini həyata keçirərkən TPIY ilə əməkdaşlıq etmək öhdəliyinə riayət edib etməməsini bilməkdən ibarətdir.

Məhkəmənin bu cür yanaşmasını nəzərə alaraq,  

Belə ki, Məhkəmə çoxlu sayda və müvafiq informasiyanı qeyd etməyi yaddan çıxarmadı. Bu informasiya fikirləşməyə imkan verirdi ki, TPIY tərəfindən  

Beləliklə, Məhkəmədə beynəlxalq hüquqda ümumi öhdəlik kimi, yəni bütün dövlətlərin yerinə yetirməli olduğu öhdəlik kimi qiymətləndirilən  

Səadət Yusifova

hüquq elmləri namizədi 

URL / WWW
http://www.qhtxeber.az/news/a-299.html