Müəllif hüququ
© WWW :
QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Cəmiyyət
» Azərbaycan ideyası İsveçdə uğur qazandı, bu nailiyyətdə Şuranın da əməyi var
10.06.10 04:47
qhtxeber.az/
/
2-5 iyun 2010-cu il tarixlərində İsveçin Leksand şəhərində “Dunyanı Yeniləşdirək V Qlobal Sammiti” keçirilib. Sammitə dünyanın 51 ölkəsini təmsil edən 100-dən çox ideya müzakirə olunub. Həmin sammitdə Azərbaycan da təmsil olunub.
Daha doğrusu, azərbaycanlı mütəxəssisin ideyası innovativ layihə kimi dünya miqyaslı müsabiqəyə qatılıb. Daha dəqiq desək, Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin sədri Kamran Mahmudovun müəllifi olduğu polimer tullantılardan hazırlanan portativ qab (tara) ideyası “Dunyanı Yeniləşdirək V Qlobal Sammitin” təşkilat komitəsi tərəfindən, “yaşıl iqtisadiyyat” kateqoriyası üzrə, dünyanın 100 ən yaxşı ideyası kimi qiymətləndirilib.
Qeyd edək ki, 4 nominasiya üzrə (sosial-ekoloji, innovasiyava və beynəlxalq model) dünyanın 100 ən yaxşı ideyası siyahısına daxil edilən layihə fərdi deyil, Azərbaycan Respublikası adından təqdim edilib.
Sammitin yekunları ilə bağlı layihənin rəhbəri, tanınmış ekoloq, Kamran Mahmudovla əlaqə saxladıq.
- Biz adı Azərbaycan dilinə tərcümədə “Dünyanı yeniləşdirək” olan Sammitdə iştirak etdik. Bu tədbirə çox ciddi hazırlaşmışdıq. Sammitdə layihəni viziual təqdim edə biləcək plakat, istehsal etdiyimiz portativ taraların nümunələri, digər əyani vasitələri də özümüzlə götürmüşdük. Orada mənimlə bərabər bu işdə əməyi olan, təşkilatın sədr müavini, Rövşən Nəsibovun da aktivliyini qeyd etməliyəm. Seyrçilərin çoxluğundan, müraciət edənlərin konkret təkliflərindən və ən əsası investorların təqdimatına əsaslanıb deyə bilərik ki, təqdimatımız və layihəmiz çox uğurlu alınıb. Qeyd edim ki, təqdimat masasına qeyd kitabı da əlavə etmişdik. 100 səhifəlik kitab 2 günün ərzində tam doldu. Burada Azərbaycan ideyası innovativ layihə kimi çox yüksək qiymətləndirilib. Bəziləri “fantastik ideyadır”, “inqalabi layihədir” ifadələrini işlətməkdən çəkinməyiblər.
-Layihənin mahiyyəti haqqında məlumat verə bilərsiniz? Bu ideya nəyi özündə ehtiva edir?
- Bildiyimiz kimi, bu gün dünyada meşələrin sürətlə qırılması və tullantıların idarə olunması ciddi, qlobal ekoloji problemlərdən biri sayılır. Eyni zamanda kənd təsərrüfatı və qida sektorunda çalışan insanlar istehsal etdikləri məhsulların saxlanması və daşınmasında yeşiklərə olan təlabatlarını lazımınca ödəyə bilmirlər. Azərbaycan dünyanın 138 ölkəsinə 2071 adda məhsul ixrac edir. Ölkəmiz, əsasən kənd təsərrüfatı, neft və neft məhsullarını sata bilir. Bu baxımdan Azərbaycan dünyada adıçəkilən sahələr üzrə ixtisaslaşan ölkə kimi də tanınıb.
Hazırda Azərbaycanın istehsal etdiyi 79615 tonluq təzə tərəvəz məhsullarının 63,5 min tonu Rusiyaya, 15 min tonu Ukraynaya, 1116 tonu Gürcüstana göndərilib. Kiçik riyazi hesablama ilə (bir taxta yeşik 15 kq meyvə tutur) yalnız Azərbaycanda məhsulların qablaşdırlması üçün 5,1 milyon ədəd taxta yeşikdən istifadə olunduğunu təxmin edə bilərik. Taxta yeşik isə süni yolla deyil, təbii, lakin ən ucuz yolla əldə olunur. Yəni, çoxillik ağacların kəsilməsi və emal edilməsi ilə. Mütəxəsislər hesablayıblar ki, 70-100 illik ağacadan (növündən asılı olaraq fərqlidir-müəl.) 80-100 ədəd taxta yeşik əldə olunur. Halbuki, Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu o deməkdir ki, meşə ağaclarından sənayə üçün istifadə nəinki qadağandır, böyük ekoloji terror, qəsddir. Onu da deyək ki, taxta qutular az qala birdəfəlik istifadəyə yararlıdır. Birincisi, iqlim şəraitinə görə ən azı Rusiya bazarlarında yandırılır, ikincisi isə həcmi böyük olduğu üçün geri daşınmır. Təklif olunan yığılıb-sökülə bilən polimer yeşik bu problemlərin həllində əhəmiyyətli dərəcədə rol oynaya bilər. İstehlak dövriyyəsinə çox istifadəli, sadə konstruksiyalı, yığılıb-sökülə bilən polimer yeşiklər əhalinin yeşiklərə olan təlabatının ödənilməsi, meşələrdən milyonlarla ağacın kəsilməsinin qarşısının təbii surətdə alınması, ətraf mühitin polimer tullantılardan təmizlənmə mexanizminin yaradılması, yeni iş yerlərinin açılması və iqtisadi mənfəətin əldə edilməsi ilə seçilir. Təklif olunan polimer yeşik digər yeşiklərdən sökülüb-yığılması, çox istifadəli olması, gigiyenik olması ( qayanr su ilə yuyula və sanitar dezinfeksiya oluna bilir), sökülmə zamanı öz ölçüsündən 4 dəfə az həcm tutması, fasiləsiz və ucuz xammal təchizatı ilə təmin olunması ilə seçilir. Bundan başqa uzuc başa gəldiyindən kütləvi istehsalı mümkündür və bazarda təlabat var. Nəhayət, polimer yeşik tökmə üsulu ilə, həm ilkin, həm də tullantı tozdoldurucu və plastifikator əsaslı, 100%-li təkrar emal olunmuş, termoplastik, polimer tullanatılardan hazırlanır.
Burada üçüncü problemi qeyd etməliyik. Bəllidir ki, məişət tullantıları, xüsusən polimer məişət tullantıları istifadədən sonra yararsız hala düşür və onun daşınması və məhv edilməsi zaman və xərc tələb edir. Tullantıların daşınması və məhv edilməsinə məsul şəxslər bu işi çox rahat, özlərinə sərf edən formada həll edirlər. Yəni yandırırlar. Artıq bu təkrarlamağa ehtiyac yoxdur ki, polimer qabların hazırlanması zamanı istifadə olunan kimyəvi maddələr yanarkən ətraf mühit üçün ən təhlükəli maddə olan dioksin yayılır. Çox gec parçalanır, qida, hava və ya su ilə insan oqranizminə daxil olur. Xlor tərkibli qaz, kanserogen maddədir, yəni xərçəngtörədicidir.
Bəs çıxış yolu nədir? Şəhərin, yaşayış massivinin havasının zəhərli maddələrlə zəhərlənməsinin qarşısının alınması üçün ideya rəhbəri polimer tullantıların təkrar emalını təklif edir. Bununla da daha bir təhlükə mümkün qədər aradan qalxmış olur. Bununla da həm ekoloji problem həllini tapır, həm də iqtisadi səmərə əldə olunur. Əgər polimer tullantıların təkrar istehsalından söhbət gedirsə, demək bunun üçün müəssisə açılır, müəssisə açılırsa yeni iş yerlərinə yaranır.
- Bu layihə hansı kriteriyalara görə Sammit iştirkaçılarının, investorların marağına səbəb oldu?
- Bu 100% polimer tullantıdan hazırlanan, ekoloji cəhətdən təmiz məhsuldur. Bilirsiniz, investorlar işlərinin sonunu görən insanlardılar. Onları texnologiya ilə yanaşı hüquqi baza da maraqlandırır. İlk baxışdan real görünmür. Amma bu layihəyə indiyə qədər olan maraq və dünyanın 45 ölkəsində patent alması məsələnin elmi əsaslanmış və ciddi innovativ ideya olduğunu bir daha təsdiqləyir. Fikirlərimizi əsaslandırmaq üçün bəzi faktları açıqlayaq.
Portativ qutu Ümumdünya Əqli Mülkiyyət hüququna malikdir (World Intellectual Property Organization ¹ WO 2006/116824 A2 Polymer box) və dünyanın 45 ölkəsində (o cümlədən Avropa Birliyi ölkələrinin daxil olduğu vahid Avropatent sistemində) dövlət patent qeydiyyatından keçib. Bu ixtira əsasında hazırlanmış layihə Dünya Bankının “Ekoloji İnnovasiyalar Üzrə İdeyaların İnkişafı 2005” Beynəlxalq müsabiqəsinin qalibi olub. Beynəlxalq münsiflər heyəti tərəfindən 30 layihə qalib elan olunmuş və qeyd edilən layihə Qlobal Ekoloji Fond tərəfindən, ətraf mühitin qorunmasında ən effektli vasitə kimi dəyərləndirilmişdir.Onlar
Bizdən soruşurdular ki, bu layihəni bizdə həyata keçirə bilərsinizmi? Biz isə cavabında “bu beynəlxalq layihədir biz bunu istənilən ölkədə həyata keçirə bilərik” deyirdik.
-Real təklif olurdu?
- Biz rəsmi dəvətlər aldıq, Afrika dövlətlərindən birinin rəsmisi, həmdə ki, ölkənin birinci xanımının bacısı bizi ölkəsinə dəvət etdi. Braziliyadan, Hindistan, Çindən, Qazaxıstandan çox israrlı təkliflər oldu. Moldova meri rəsmi dəvət göndərdi. Kolumbiya, Pakistan və Belarus nümayəndələri ilə yüksək danışıqlarımız baş tutdu.
- Bəs investorların rəyi nə oldu layihə ilə bağlı?
- İyunun ayının 4-nə qədər sərgi keçirildi. Artıq sonuncu gün “Biznes forum” baş tutdu. “Bizness-forum” investorlara ən yaxşı layihə haqda fikir bildirmək təklif olunurdu. Onu qeyd edim ki, təqdim olunan layihələri qiymətləndirən iş adamları bizim qeyd kitabımızda artıq öz fikirlərini bildirmişdilər. Yeri gəlmişkən onu da qeyd edim ki, Misir Ərəb Respublikası Senatının üzvü, İsgəndəriyyə kitabxanasının müdiri İsmayıl Seragəldin özü bizə yaxınlaşdı. Bildiyiniz kimi onun Azərbaycanla sıx əlaqələri var, bizim dostumuzdur. Çox sevindi ki, Azərbaycan da bu sərgidə iştirak edir və uğurlu layihə təqdim edib. O, bizi 2012-ci ildə Qahirədə keçiriləcək növbəti “YES” Sammitinə dəvət etdi.
- Sizin fikrinizlə, bu tədbirdən hansı nəticə əldə edildi?
- Sammit iştirakçıları, bizimlə maraqlananlar etiraf edirdilər ki, ağacların kəsilməsi problemi qlobal problemdir və bunun qarşısının alınması üçün ən yaxçşı ideya Azərbaycandan gəlir. İndi bütün dünya digər bir problem qarşısındadır: plastik tullantılarda necə yaxa qutarsın. Artıq bəzi ölkələrdə insanlara pulsuz paketlər paylanılır ki, insanlar plastik qablardan az istifadə etsinlər. Müəyyən qədər bunu qarşısını almağ çalışırlar. İndi dənizlərin, okeanların dibi bu plastik qablarla doludur. Təbiət polimer tullantılarda əziyyət çəkir.
Bu layihə təbiətin qorunmasında, iş yerlərinin açılmasında, iqtisadi mənfəətin əldə olunmasında böyük rol oynayır. Həm insanlar qazanır, həm də təbiət
-Orada olarkən QHT-lərlə kontakt yarada bildiniz?
-Beynəlxalq təşkilatlarada QHT-lər çox idi. “Yaşıllar partiyası”nın üzvü yaxınlaşdı və bizə belə bir layihəyə görə təşəkkür etdi. Başqa ölkələrdən olan QHT-ləri bildirirdilər ki, “biz bu həyacanı görürük və siz bu işdə düzgün istiqamət seçmisiniz”.
-Rəsmi olaraq elan etmək olarmı ki, bu layihə ən yaxşı layihədir?
-Bəli ən yaxşı layihə kimi sammitin diqqət mərkəzində oldu. Həmin sammitin internet səhifəsinə daxil olsanız orada Azərbaycan loqosunu görə bilərsiniz. Sammitdən sonra yaradılan dörd qrupdan üçündə təmsil olunuruq. Bunlar “Biznesin inqibasiyası”, yaşıl iqtisadiyyat və dünya üzrə istehlakçı təlabatının ödənilməsi qruplarıdır.
-Gələcək planlarınız necədir?
- Bu işi uğurla davam etdirmək üçün komandaya ehtiyacımız var. Artıq rəsmi dəvətlərimiz və konkret iş təkliflərimiz var. Bu layihəni başqa-başqa dövlətlərdə həyata keçirmək isyəyirik. Ən sonda bizi sevindirən o oldu ki, biz qalib kimi orada bayrağımızı qaldırdıq. Leksandda Azərbaycanın bayrağını dalğalandırdıq.
Yeri gəlmişkən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bizim səfərimizi Prezident Yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib. Bu nailiyyətdə Şuranın da böyük rolu var. Şuraya və Şura rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Şəxsən Azay Quliyev bu layihənin uğurla nəticələnəcəyinə əmin idi və o, zənnində yanılmadı.
URL / WWW
http://www.qhtxeber.az/news/a-3065.html