Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 saylı qərarı ilə təsdiq edilmiş maliyyə hesabatları formalarından istifadə etməyi asanlaşdırmaq məqsədilə onları bir daha ayrıca səhifə olaraq saytlarımıza yerləşdirmişik. Bu formalar bütün QHT-lər tərəfindən 2009-cu ilin maliyyə dövriyyəsi rəqəmləri əsasında doldurularaq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Hesabatları şəxsən təqdim etmək məcburiyyəti yoxdur. Yaxşı olar ki, tərtib edilmiş hesabat formaları imzalanıb möhürlənərək bir konvertə qoyulsun və üzərinə “Uçot siyasəti şöbəsi” sözləri qeyd edilərək Maliyyə Nazirliyinin ümumi poçtuna verilsin. Regionlardan hesabatları Maliyyə Nazirliyinin ünvanına poçt vasitəsilə də göndərmək olar. Ünvan: AZ 1022, Bakı, Səməd Vurğun küçəsi - 83 Maliyyə hesabatlarının formasını saytdan götürüb dolduraraq electron poçtla aşağıdakı ünvanlara da göndərə bilərsiniz: shmaharramov@cssn.gov.az ; ememmedov@cssn.gov.az ; amirzayev@cssn.gov.az ; v.azimov@box.az ; kamaladdin@gmb.org.az ; vasifkerimov@mail.ru ; rahib_allahverdi@yahoo.com ; ilqar_baki@mail.ru ; : af_sabina@inbox.ru Maliyyə hesabatlarının forması buradaYÜKLƏ http://www.cssn.gov.az/az/MN-1.doc