Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Mətbuat nə yazır » Öz dairəsində QHT-lərlə əməkdaşlıq etməyən deputat(lar) qınandı
12.07.10 18:31

Bakı Xəbər qəzeti// Adətən seçki prosesində namizəd olan şəxslər əhalinin daha çox etimadını qazanmaq üçün genişmiqyaslı təbliğat kampaniyası aparır. Onların təbliğat-təşviqat kampaniyasında ictimai qurumlarla əməkdaşlıq geniş yer alır.Namizədlər seçki öncəsi təbliğat günlərində ətrafına böyük elektorat toplamaq üçün hər vasitəni işlək formaya gətirməyə çalışır. Xüsusilə də seçildikləri dairənin yerli nümayəndələrilə sadə vətəndaşlarla ərazidə fəaliyyət göstərən QHT-lərlə keçirdikləri mütəmadi görüşləri nəzərə alsaq yuxarıda deyilən fikirlərin heç də təsadüfi olmadığının şahidi olarıq. Əsl həqiqətdə millət vəkillərinin sonradan QHT-lərlə qeyri-aktiv əməkdaşlığının bir çox qaranlıq məqamları ictimaiyyəti düşündürür. Məsələyə münasibət bildirən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı burada millət vəkillərinin şəxsi təşəbbüsünü önə çəkdi. Onların seçki öncəsi göstərdiyi təşəbbüslə mandat qazandığı andan apardığı iş arasında böyük fərq müşahidə olunduğunu xüsusilə də bəzi deputatların seçildikdən sonra region QHT-ləri və seçicilərlə keçirilən görüşlərinin sayının azaldığını önə çəkən Bənənyarlı bu məsələdə hər şeyin millət vəkillərinin şəxsi təşəbbüs və iradəsindən asılı olduğunu vurğuladı. Digər ekspert Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu isə məsələyə fərqli yanaşdı. O millət vəkillərinin indiki və namizədlik dönəmindəki fəaliyyətləri arasında heç bir fərq görmədiyini qeyd edərək istər iqtidar istərsə də müxalifət düşərgəsindən seçilmiş deputatların region QHT-lərilə seçici elektoratı ilə daimi əməkdaşlığını təqdir etdiyini vurğuladı. "Bu istiqamətdə aparılan işlər artıq öz səmərəsini verir. Çox sevindirici haldır ki deputatlar və elektorat arasında münasibət artıq səmimiyyət halını alıb. Bu fikri regional QHT-lərin millət vəkillərilə qurduğu iş prosesinə də şamil etmək olar. Deputatlarımız istər namizədlik vaxtı istərsə də parlamentdə əyləşdiyi zaman seçicilərin ünvanlarına göndərdiyi şikayət ərizələrinə məktublara cavab verib. Şikayətçilərin problemlərilə yerində maraqlanıb həlli istiqamətində müəyyən addımlar atıblar. Sonda region QHT-lərinin millət vəkillərilə sıx əməkdaşlığının özlərinin xeyrinə olmasını xüsusi qeyd edən Novella xanım bu istiqamətdə birgə fəaliyyətinin gələcəkdə özlərinə daha çox xeyir gətirəcəyini bu üzdən QHT təşkilatlarının millət vəkillərilə yaxından əməkdaşlıq etməsinin vacibliyini vurğuladı.
URL / WWW
http://www.qhtxeber.az/news/a-3578.html