Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Əsas xəbər » Şurada türkiyəli qonaqlarla görüş olub
23.07.10 20:27

qhtxeber.az///  İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Bakıda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının (TGF) nümayəndə heyətilə görüşüb.

Tədbirdə Türkiyə Qəzetçilər Federasiyasının nümayəndə heyətindən TGF-nin sədri Atilla Sertel, NTV-nin buro rəhbəri, TGF-nin baş katibi Merih Ak, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai və Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya içtirak ediblər.

Şuranın ofisində keçirilən görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, antiazərbaycan və antitürkiyə mahiyyətli erməni təbliğatının dünyaya yaydığı yalan və böhtanlara qarşı birgə maarifləndirici təşviqat tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Bu ilin aprel ayında Türkiyə Qəzetçilər Federasiyasının və Şuranın təşkilatçılığı ilə İzmir şəhərində keçirilən sərginin Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması baxımından əhəmiyyətli olduğunu vurğulayan A.Quliyev belə tədbirlərin davam etdirilməsini və Avropaya da çıxarılmasını vacibliyini bildirib.

TGF sədri Atilla Sertel ötən müddət ərzində sərginin Türkiyə şəhərlərində davam etdirildiyini və əlavə fotomateriallarla zənginləşdirildiyini bildirib.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və bu yöndə davam edən media-QHT əməkdaşlığının perspektivləri haqda geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə Şura təmsilçiləri Fərasət Qurbanov və Səfər Alışarlı, həmçinin Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı iştirak ediblər.

URL / WWW
http://www.qhtxeber.az/news/a-3748.html