Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Əsas xəbər » Şura QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsini elan edir
28.07.10 17:55

qhtxeber.az//  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan edib.

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə mərkəzi televiziyalar, gündəlik qəzetlər, informasiya agentlikləri iştirak edə bilərlər.

Televiziyalar üzrə: 

I mükafat – 1000 AZN

II mükafat –  800 AZN

III mükafat -  600 AZN

2 həvəsləndirici mükafat – hər biri 300 AZN

 

                Gündəlik qəzetlər üzrə:

                 I mükafat – 1000 AZN

                II mükafat – 800  AZN

                III mükafat - 500  AZN

                2 həvəsləndirici mükafat – hər biri 200 AZN

 

                İnformasiya agentlikləri üzrə:         

                 I mükafat – 1000 AZN

                II mükafat -  800 AZN

           III mükafat -  500 AZN

                2 həvəsləndirici mükafat – hər biri 200 AZN

 

Müsabiqənin əhatə dövrü  01 avqust – 01 dekabr 2010-cu ildir.

 Qalibləri müəyyən etmək üçün KİV-i mütəmadi izləyən xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. Qrupun təqdim etdiyi göstəricilər üzrə Şura müsabiqənin qaliblərini müəyyən edəcəkdir. Müsabiqə qaliblərinin müəyyənləşdirilməsində QHT fəaliyyətinin işıqlandırılması və təbliğ edilməsilə bağlı aşağıdakı meyarlar əsas götürüləcəkdir:

 

a)       Materialın QHT fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılmasına təsiri;

b)       QHT fəaliyyətinin obyektiv işıqlandırılması;

c)       QHT fəaliyyətinin işıqlandırılmasında davamlılıq amili;

d)       Materialın jurnalistika tələblərinə uyğunluğu;

e)       Materialın QHT-lərin ümumi inkişafına təsiri;

 Müsabiqənin nəticələri 15 dekabr 2010-cu ildən sonra açıqlanacaq, qaliblərə mükafatlar təntənəli mərasimdə təqdim ediləcəkdir. 

 Hazırladı: Turac Məmmədova

 

URL / WWW
http://www.qhtxeber.az/news/a-3829.html