Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ermənistan ordusundakı qətliamın səbəbi məlum olub
30.07.10 12:33

Dünən erməni mətbuatı Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qanlı olayın baş verdiyi barədə məlumat yayıb. “Novosti-Armeniya” agentliyinin verdiyi məlumatda bildirilirdi ki, hərbi hissədə əsgərlər bir-birlərini güllələyiblər.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında hadisənin iyulun 28-də N saylı hərbi hissədə baş verdiyi, fakt üzrə cinayət işi qaldırıldığı, istintaq aparıldığı bildirilmişdi. Erməni mətbuatı hadisənin təfərrüatları barədə yeni məlumat yayıb. “ARMENIA Today” agentliyinin məlumatına görə, hadisə nəticəsində 6 nəfər ölüb. İnsidentin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda baş verdiyi qeyd olunur.

Məlumata görə, olay Ermənistan vətəndaşları olan hərbçilər arasında baş verib. Bir sıravi əsgər gizir, çavuş, leytenant da daxil olmaqla 5 hərbçini güllələyib, sonra isə intihar edib.

Hadisəyə səbəb kimi əsgərin təhqir olunması, alçaldılması göstərilir. Zabitlər əsgəri postda yatmış vəziyyətdə aşkarlayıblar və təhqir etməyə, alçaltmağa başlayıblar. Nəticədə əsgər avtomat silahla onları güllələyib.

URL / WWW
http://www.qhtxeber.az/news/a-3867.html