Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib 2-ci qrossmeyster balını topladı
30.07.10 14:34

Gürcüstan Respublikasının Poti şəhərində keçirilən “Nana Aleksandriya 2010 Kuboku” uğrunda 5-ci Beynəlxalq Şahmat Festivalına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) maliyyə dəstəyi ilə ezam olunan 3 qat respublika çempionu,  Beynəlxalq Usta Zaur Məmmədov, respublika və Avropa mükafatçısı Nərmin Məmmədova yüksək nəticələr əldə ediblər.

BŞGİBİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, festivalın “Open” turnirində iştirak edən Z.Məmmədov 57 idmançı arasında 6,5 xalla 3-4-cü yerləri bölüşdürüb.

Z.Məmmədov Ermənistan idmançısı, beynəlxalq qrossmeyster Kotanyan Tiqran üzərində qələbə qazanıb və əldə etdiyi nəticələrə əsasən 2-ci qrossmeyster balını toplayıb.

12 yaşadək idmançılar arasında keçirilən yarışda iştirak edən N.Məmmədova isə 6,5 xalla 3-cü yeri tutub.

Qeyd edək ki, 25 idmançının iştirakı ilə keçirilən yarışda Nərmin yeganə azərbaycanlı şahmatçı olub.

Hazırladı: Turac Məmmədova


URL / WWW
http://www.qhtxeber.az/news/a-3874.html