Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Tələbələr kompüter və lisenziyalı proqram təminatını güzəştli şərtlərlə ala biləcək
30.07.10 17:38

Azərbaycanda «Xalq Kompüteri» layihəsinin ikinci mərhələsi çərçivəsində son bir ay ərzində 200-ə yaxın kompüter satılıb. Layihənin işçi qrupundan APA-ya verilən məlumata görə, ötən ilin aprel ayında start verilən bu layihə çərçivəsində bu

günə kimi ümumilikdə 7,9 minə yaxın kompüter və lisenziyalı proqram təminatı satılıb.

Layihənin yeni mərhələsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, «Microsoft Azerbaijan», «HP» və «Bestcomp Group» şirkətlərinin iştirakı ilə reallaşdırılır. Bu mərhələdə «Xalq Kompüteri» layihəsinin əsas məqsədi təkcə orta məktəb müəllimləri deyil, digər sosial təbəqələrin də müasir kompüter və lisenziyalı proqram təminatını güzəştli şərtlərlə əldə etməsi üçün şərait yaratmaq, bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyəti dəstəkləməkdən ibarətdir.

«Xalq Kompüteri» layihəsinin ikinci mərhələsi çərçivəsində müəllimlərdən başqa orta məktəb şagirdləri və ali təhsil müəssisələrinin tələbələri də kompüter və lisenziyalı proqram təminatını almaq imkanı əldə ediblər. Birinci mərhələdə olduğu kimi, yenə də bütün avadanlıqlar 12 ay müddətinə faizsiz kreditlə veriləcək.

Layihə çərçivəsində kompüter alanlar əlavə olaraq kompüter və internet haqda materiallarla, güzəştli şərtlərlə antivirus proqramı və internet xidmətləri, həmçinin Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş elektron dərsliklərlə təmin olunurlar.

«Aztelekom» İstehsalat Birliyi hər kompüter alana internetə güzəştli goşulma imkanı təqdim edəcək. Kompüterlərin çatdırılmasını və aylıq ödəmələrin qəbulunu «Azərpoçt» həyata keçirəcək. Kompüter və lisenziyalı proqram təminatının təchizatını «HP» və «Microsoft» şirkətlərinin yerli tərəfdaşı – «BestComp Group» həyata keçirir.

Ekspertlərin rəyinə görə, Azərbaycan hökumətinin bu sosial yönümlü təşəbbüsü ölkədə əhaliyə düşən kompüterlərin sayını dünyanın orta göstəricilərinə çatdırmağa imkan verəcək.

Xatırladaq ki, layihənin ikinci mərhələsinin başlanması haqda razılaşma iyunun 30-da Azərbaycanda rəqəmli bərabərsizliyin aradan qaldırılması və müxtəlif əhali qruplarının informasiya ilə təmin olunması üçün dövlət və özəl təşəbbüslərin əməkdaşlığı məsələsinə həsr olunmuş İnnovasiyalar Günü çərçivəsində imzalanıb.

URL / WWW
http://www.qhtxeber.az/news/a-3883.html