Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Baş Prokurorluq ermənilərin Azərbaycanda törətdiyi kütləvi qırğınlarla bağlı vətəndaşlara müraciət etdi
30.07.10 17:43

Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 1918-1920-ci illlərdə Azərbaycanın Bakı quberniyası, Quba, Şamaxı qəzaları və digər bölgələrində erməni-daşnak silahlı dəstələri tərəfindən yerli

dinc azərbaycanlıların işgəncələr verilməklə kütləvi surətdə qətlə yetirilməsi, əmlaklarının talan edilməsi, yandırılması, dağıdılması, əhali üzərində zorakılıqların törədilməsi və sair faktlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, hazırda həmin hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, 1918-1920-ci illlərdə erməni-daşnak silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı soyqırımın həyata keçirilməsi istintaq materiallarında öz əksini tapır və bununla əlaqədar iş üzrə sübut əhəmiyyəti ola biləcək yazılı sənədlərin, kitabların, elmi araşdırmaların, qəzet və jurnal məqalələrinin, məktubların, habelə foto, video, kino-foto və sair materialların istintaqa təqdim edilməsi istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına köməklik göstərə bilər.

Vətəndaşlardan, habelə hüquqi və fiziki şəxslərdən 1918-1920-ci illlərdə Azərbaycanın ərazisində erməni millətçi silahlı dəstələri tərəfindən törədilmiş qeyd olunan cinayətlərə dair hər hansı məlumatı özündə əks etdirən materialların istintaqa təqdim olunmasını və ya ifadə vermələri üçün istintaq idarəsinə müraciət etmələri xahiş olunur.

 

URL / WWW
http://www.qhtxeber.az/news/a-3884.html