Müəllif hüququ
© WWW :
QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Xəbərlər
» MTRŞ Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan edib
31.07.10 11:25
Milli Televiziya və Radio Şurası (MTRŞ) mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan edib.
Qurumun mətbuat xidmətindən
APA
-ya daxil olan məlumata görə, şuranın bu gün keçirilən iclasında ölkədə teleradio yayımı sahəsindəki mövcud vəziyyət müzakirə edilib.
Şura üzvləri teleradio verilişlərinin daha çox şou-biznes xarakterli olması, telekanalların ucuz reytinqə üstünlük verməsi, maarifçilik xarakterli verilişlərin azlığını xüsusi qeyd edib, Azərbaycan mədəniyyətinin, tarixinin, coğrafiyasının, milli mənəvi dəyərlərinin, dünya mədəniyyəti incilərinin təbliği ilə bağlı xüsusi sahə xarakterli telekanalın (mədəniyyət televiziya kanalının) açılmasının zəruriliyi qeyd ediblər.
MTRŞ “Televiziya v Radio yayımı haqqında” qanunun 15-ci maddəsinin tələblərini nəzərə alaraq, Azərbaycanda ixtisaslaşdırılmış televiziya kanalının - mədəniyyət telekanalının açılması ilə bağlı Bakı və Abşeron ərazisində 44-cü tezlik resursuna müsabiqə elan edib. Müsabiqəyə ərizə qəbulu avqustun 04-dən sentyabrın 15-dək aparılacaq.
URL / WWW
http://www.qhtxeber.az/news/a-3886.html