|
Səhifələr : # « 1 2 3 4 » #
|
|
|
Leyla Əliyeva: “Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycanın zəngin mədəniyyətilə tanış etmək üçün tədbirləri davam etdirəcək”
|
|
Xəbər verildiyi kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə mayın 17-də Moskvada, Dövlət Kreml sarayında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. AzərTAc-ın verdiyi xəbərə görə, mərasim çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Azərbaycan” kitabı təqdim edilib, Azərbaycan xalçalarının sərgisi keçirilib, “Azərbaycan gecəsi” adlı təntənəli mərasim olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın nüfuzlu “RİA-Novosti” agentliyinə Moskvada keçirilən tədbirlə bağlı müsahibə verib.
|
Oxumaq
23.05.11 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
SAM sədri: Tədqiqatlarimiz olur ki, qapalı xarakter daşıyır və mediaya, ictimaiyyətə ötürülmür
|
“Media forum” saytının suallarını Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor əvəzi Gülşən Paşayeva cavablandırır.
- Gülşən xanım, təşkilatınızın əsasnaməsində kifayət qədər ciddi, həm də maraqlı fəaliyyət sahələri qeyd olunub. Bunlardan hansılar sizin üçün əsas ağırlıq mərkəzi təşkil edir? Yoxsa bütün sahələri eyni dərəcədə əhatə edə bilirsiz?
|
Oxumaq
13.05.11 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
|
|
Şura sədri: Bu gün Qeyri-Hökumət Təşkilatlarının səsi və mövqeyi xaricdə daha çox qəbul olunur
|
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev modern.az saytının suallarını cavablandırıb.
- Azay müəllim, dövlət başçısı müstəqilliyimizin 20 illiyinin təntənəli keçirilməsi ilə bağlı göstərişlər verib. Rəhbəri olduğunuz Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının müstəqilliyin 20 illiyi ilə bağlı hansı layihələri var?
|
Oxumaq
04.05.11 Şərhlərin sayı : 0
|
| |
|
|
Àlternativ Siyasi və Strateji Araşdırmalar Mərkəzinin başqanı Dr. Mahmut Koçak: Ermənistan buna məcburdur
|
Ermənistan çətin vəziyyətdə olsa da, təcavüzkar siyasətindən əl çəkmir. Üstəlik Xankəndidə hava limanı da inşa edir. Doğrudur, Azərbaycanın çox sərt reaksiyası ilə üzləşdikdən sonra "ilk sərnişin mən olacağam" - deyən Sarkisyan rejimi bir qədər geriyə çəkilsə də, hər halda tikinti işləri dayandırılmayıb. Bəzi ekspertlərin fikrincə, bu addım ermənilərin əleyhinədir. Belə olan təqdirdə Ermənistanın bu addımları nəyə hesablanıb? Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bölgə dövlətləri, xüsusilə qardaş Türkiyənin rolu nədən ibarətdir? Türkiyə Xarici İşlər Komissiyasının üzvü, Àlternativ Siyasi və Strateji Araşdırmalar Mərkəzinin başqanı Dr. Mahmut Koçak "Həftə içi"nə müsahibəsində bu kimi məsələlərlə bağlı maraqlı açıqlamalar verib. - Hazırda Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi bölgədə hansı proseslərə gətirib-çıxara bilər və vəziyyətin belə davam eləməsi bu ölkə üçün nələr vəd edir? - Ermənistan işğalçılıq siyasətindən imtina etməsə Qafqazda sülhün, barışın yaranması çətin olacaq. Bu gün dünya yeni bir dönəmə qədəm qoyur, xüsusilə, soyuq savaşın sona çatmasından sonra dünyada insan hüquqları, sülh, demokratik dəyərlər ön plana çıxır və Ermənistan siyasətçiləri bunun fərqində olmalıdırlar. Keçmiş siyasətlə hansısa nəticəyə nail olmaq çətindir və açıq şəkildə demək lazımdır ki, Ermənistan cəmiyyəti yeni siyasi proseslərə keçməkdə çətinlik çəkir. Daha doğrusu cəmiyyətdə radikal millətçilik əhval-ruhiyyəsi normal siyasi-ictimai proseslərin inkişafına əngəl olur. Amma Ermənistanın indiki rəhbərliyi dəyişikliklərin önündə duruş gətirə bilməyəcək. Ermənistanı mütləq yenilənmə dalğası vuracaq. Qısacası, demək lazımdır ki, Ermənistan Qafqazda öz varlığını yenidən formalaşdırmaq məcburiyyətindədir. Yoxsa, bölgə ölkələrinə açılmadan özünü təcrid etməklə, avtoritar olaraq xalqını əzməsi, Ermənistan üçün baha başa gələcək. Ermənistan rəhbərliyi bölgə xalqları ilə normal ünsiyyət qurmalı və yaxından tanımalıdır. Ermənistan buna məcburdur. Tarix boyu nə Türkiyə, nə də Azərbaycan düşmənçilik siyasəti yanında dayanmayıb və bundan sonra da dayanmayacaq. Yaşadığımız dünya hamımıza bəs edir. - Ermənistan sanki dünyaya meydan oxuyur, məsələn bütün beynəlxalq qanunlara zidd olaraq Xankəndidə hava limanı da açmağa hazırlaşır... - Tamamilə haqlısınız. Amma Ermənistan gec-tez bu siyasətindən əl çəkməli olacaq. Çünki belə bir siyasət Ermənistanın xeyrinə deyil və bölgədə baş verən proseslər bu ölkənin ziyanına işləyir. Hava limanının inşası beynəlxalq hüquqa ziddir. Heç bir dövlət separatçı rejimi, müstəqil dövlət olaraq tanımayıb və qarşıda bu ehtimalın gerçəkləşməsi mümkünsüzdür. Necə ola bilər ki, indi ermənilər vəziyyətin belə çətin olduğu vaxtda buna getsinlər. Mən, bunu ağılsızlıq adlandırardım. Beynəlxalq güclər bunun qarşısının alınmasında gərəkli addımı atmalıdırlar. Yoxsa, bölgədə vəziyyət gərginləşəcək və Ermənistan üçün fəlakətlə nəticələnəcək durumun şahidi olacaqlar. İndi seçim Ermənistanındır. - Müharibənin başlamaması üçün bölgədə marağı olan dövlətlərin hərəkətə keçmələri mümkündürmü? - Böyük dövlətlər onsuz da proseslərin içərisindədirlər. Və bölgədə maraqlarının qorunub-saxlanılması və vəziyyətin müharibəyə gəlib çıxmaması üçün hadisələrə təsir etmək məcburiyyətindədirlər. Mən, problemin həllinin yaxınlaşdığı düşüncəsindəyəm. Afrikada və Orta Şərqdə başlayan dəyişim rüzgarı hansısa şəkildə Ermənistanı öz təsiri altına alacaq. Ola bilər ki, bir az gec olsun, amma mütləq Ermənistanı öz əhatəsi diarəsinə salacaq. Xalqın tələbi qarşısında belə rejimlər uzunmüddətli dayana bilməzlər. Önəmli olan xalqların xoşbəxtliyi və inkişafına nail olmaqdır. Bölgədə ən çox əziyyət çəkən və hər addımbaşı öz həyatında ağır çətinlikləri hiss edən- erməni xalqıdır. Ölkə siyasətinin rejimdən aslı olması və diasporun ölkənin daxili siyasi proseslərinə təsir etməsi mənfi nəticəyə səbəb olur. Bunun acı nəticəsini Ermənistanda yaşayan sadə xalq ödəyir və ölkə getdikcə sosial fəlakətə doğru istiqamət alıb.
|
Oxumaq
20.04.11 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
|
|
Son zamanlar bəzi müxalifət dairələri istənilən hadisədən maksimum şəkildə istifadə edərək, Azərbaycan hakimiyyəti əleyhinə bu və ya digər kampaniyalar aparır
|
Prezident Administrasiyası İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənovun müsahibəsi
- ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatın ədalətli və obyektiv saymaq olarmı? - ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatı hazırda tərəfimizdən öyrənilir. Missiya hesabatı nə dərəcədə obyektiv aparıb, hansı məsələlərə obyektiv toxunulub, hansı məsələlərdə yenə də "heç kimi incitməmək, günahlandırmamaq" mövqeyi tutulub, bununla bağlı Azərbaycan hakimiyyətinin mövqeyi formalaşdırılır, açıqlama veriləcək. Mənim şəxsi fikrimə qalsa, mən ATƏT həmsədrlərinin fəaliyyətinin, o cümlədən bu cür dəyərləndirmələrinin obyektivliyinə və prinsipiallığına şübhə edirəm. O anlamda şübhə edirəm ki, bunlar neçə illərdir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri "incitməmək", ortaq nöqtələr axtarmaq, işğalçı ilə işğala məruz qalan tərəf arasında balans tapmaq, tərəflərin mövqelərini yaxınlaşdırmaq və s. tipli siyasət aparırlar. Halbuki həmsədrlər institutu başlanğıcdan bu məsələyə prinsipial münasibət sərgiləməli, ortaya prinsipial mövqe qoymalı idi. Həmsədrlərin təmsil etdiyi ölkələr dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malikdir. Onlar bəri başdan məsələyə obyektiv və beynəlxalq hüquqa uyğun qiymət verməli, müəyyən qədər iradə göstərib, erməniləri işğalçılıq siyasətindən əl çəkməyə sövq etməli idilər. BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, Azərbaycanın torpaqları neçə illərdir, işğal altındadır. Baxın, Liviyada diktatora qarşı BMT-nin çıxardığı 1 qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, BMT-nin Ermənistanla bağlı 4 qətnaməsi ortada ola-ola, icrasına heç bir ciddi səy göstərilməyib. O cümlədən həmsədr ölkələr hansısa ciddi cəhd göstərməyib, erməniləri işğal altında olan torpaqlardan çıxmağa məcbur etməyib. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində həlak olanların sayı Liviyada üsyançılarla Qəddafi qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin sayından dəfələrlə çoxdur. Azərbaycanda Ermənistanın işğalından ziyan çəkən insanların sayı yenə də oradakından dəfələrlə çox - 1 milyondan artıqdır. Ermənilərin Xocalıda, Malıbəylidə, Daşaltıda və başqa yerlərdə törətdikləri qəddarlıqlar Qəddafinin törətdiyi qanlı hadisələrdən dəfələrlə faciəli və qanlıdır. Bütün bunlara qarşı belə biganə münasibət dünya siyasətinin, o cümlədən həmsədrlər ölkələrin ikili yanaşmasının, ikili siyasətinin nəticəsidir. Ona görə də ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hazırladığı hesabatın da tam prinsipial və obyektiv olacağına bəri başdan şübhəm var. - Müxalifət partiyaları və təşkilatlarının yaratdığı İctimai Palata aprelin 2-də mitinq keçirməyi planlaşdırır. Ərəb ölkələrində baş verən hadisələr fonunda 2 aprel gününü üsyanın başlanğıc günü kimi qələmə verənlər də var... - Ərəb ölkələrində baş verən hadisələrlə Azərbaycandakı mövcud vəziyyət arasında analogiya axtarmaq qətiyyən doğru deyil. Əlbəttə, Azərbaycanda bəzi qüvvələr, partiyalar, insanlar var ki, ölkədə vəziyyətin qarışmasını, gərginləşməsini, iqtidar-müxalifət qarşıdurmasının olmasını, buraya kənar qüvvələrin müdaxilə etməsini, Azərbaycanın bu gün yürütdüyü siyasətin pozulmasını və s. arzu edirlər. Ancaq bunun üçün ictimai əsas, ictimai dayaq yoxdur. Ona görə də mən bu analogiyanı qüsurla hesab edirəm. O ki qaldı müxalifətin mitinq cəhdlərinə, biz onların qanun çərçivəsində etdikləri bütün cəhdlərə normal reaksiya veririk. Onların mitinq keçirmə arzusunu da anlayırıq və deyirik ki, bu, onların hüququdur, keçirə bilərlər. Lakin mitinq qanuna müvafiq, münasib yerlərdə təşkil oluna bilər. Belə yerlər də Azərbaycan hakimiyyəti tərəfindən ayrılıb, bundan sonra da ayrılacaq. - Martın 25-də işdən evə gedərkən naməlum şəxslər tərəfindən döyülmüş "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həzi bunun jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir. Buna münasibətiniz necədir? - Bu məsələ ilə bağlı hazırda Daxili İşlər Nazirliyi araşdırma aparır. Məlum olduğu kimi, martın 28-də bununla bağlı Mətbuat Şurası ilə birlikdə xüsusi qrup yaradılıb, araşdırma gedir. Əgər belə hadisə olubsa və bu, məhz həmin şəxsin jurnalistlik fəaliyyətinə görə törədilibsə, mütləq şəkildə günahkar tapılacaq və cəzasını alacaq. Amma təəssüflər olsun ki, son zamanlar Azərbaycanda belə imitasiyalara, təsdiqini tapmayan hallara da rast gəlinib. Məlum olduğu kimi, Azərbaycanda son zamanlar bəzi müxalifət dairələri istənilən hadisədən maksimum şəkildə istifadə edərək, Azərbaycan hakimiyyəti əleyhinə bu və ya digər kampaniyalar aparır. Mətbuatla, jurnalistika ilə bağlı məsələlər də həddən artıq şişirdilərək bu şəkildə qələmə verilir. Dediyim kimi, son məsələ ilə bağlı araşdırma aparılır, nəticə bəlli olandan sonra münasibət açıqlayarıq. Azərbaycan hakimiyyətinin mövqeyini bir daha çatdırmaq istəyirəm ki, Azərbaycan hakimiyyəti azad mətbuatın qarantıdır, mətbuat, söz azadlığı, siyasi plüralizm Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas mahiyyətini təşkil edir. Azərbaycan prezidenti İlham Əliyev bütün prezidentliyi dövründə də bunu sübut edib ki, Azərbaycanda azad medianın, kütləvi informasiya vasitələrinin inkişafında maraqlıdır. Bunun üçün də dövlət tərəfindən bütün lazımi dəstək göstərilir. - Ölkədə aparılan antikorrupsiya tədbirləri ilə bağlı vəziyyət hazırda nə yerdədir? - Azərbaycanda antikorrupsiya tədbirləri kifayət qədər səmərəli aparılır və bunun faktiki nəticələri mövcuddur, bu nəticələr göz önündədir. Bütün sahələrdə yaxşılaşma müşahidə olunur. Bu tədbirlər o vaxta qədər davam etdiriləcək ki, millətimizə, dövlətimizə, bizim bugünkü siyasətimizə yad olan bütün neqativ hallar aradan qaldırılsın. Əminik ki, bu problemin həlli istiqamətində mühüm nəticələrə nail olacağıq. - Azərbaycan prezidenti Novruz şənliklərində iştirak etmək üçün İrana dəvət olunmuşdu. Bu səfərin gerçəkləşməməsi nə ilə əlaqədardır? - İran tərəfi Novruz şənliklərini qeyd etmək üçün cənab prezidenti İrana dəvət etmişdi. Ancaq məlum olduğu kimi, Azərbaycanın özündə də Novruz şənlikləri keçirilirdi və cənab prezidentin vaxt qrafiki həddən artıq gərgin idi. Ona görə də İrana səfər etməsi mümkün olmadı. Ümumiyyətlə, Azərbaycan prezidentinin İrana belə bir səfəri nəzərdə tutulmamışdı.
|
Oxumaq
30.03.11 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 » # |
|
|
Köşə
|

Həlli mümkün olmayan cazibəli ideya
|
 Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı
|
 Gəlin, vətəndaş olaq
|
Bir azdan sükut pozula bilər
|
|
|
Arxiv
|
|
«
| Fev.2012 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|