Axtarış: 
Səhifələr : 1 2 3 4 » #
Fərasət Qurbanov: QHT sektorunun inkişafında dövlət qədər özəl şirkətlər də maraqlı olmalıdır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanovun Gün.Az-a müsahibəsi:

Oxumaq
23.01.12   Şərhlərin sayı : 0
 
Leyla Əliyeva: Biz hamımız planetimiz üçün məsuliyyət hiss etməliyik
Yanvarın 17-də Londonda "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisinin açılışı olacaqdır. Bu ərəfədə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təsisçisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva bir sıra milli onlayn resurslarının nümayəndələri ilə görüşmüşdür. Yeni media nümayəndələri ilə bir neçə saatlıq söhbət maraqlı və açıq müsahibə götürməyə imkan vermişdir.
Oxumaq
13.01.12   Şərhlərin sayı : 0
 
Fuad Ələsgərov: İnsan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının hədəflərinə yönəlib
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müsahibəsi:
Oxumaq
29.12.11   Şərhlərin sayı : 0
 
İlham Əliyev: “Hər bir vətəndaş öz sahəsində, öz həyətində, öz küçəsində həyatı daha yaxşı və daha gözəl etməyə çalışır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana İTAR-TASS agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibə vermişdir.
Oxumaq
27.12.11   Şərhlərin sayı : 0
 
Əli Hüseynli: Bu cür sürətli iqtisadi inkişaf bəzən korrupsiya problemini ortaya çıxarır...
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynli lent.az-a müsahibə verib.

Oxumaq
26.12.11   Şərhlərin sayı : 0
 
Azay Quliyev: Əlavə vəsaitin ayrılması dövlətin QHT sektorunun rolunu yüksək qiymətləndirdiyini göstərdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Azadinform”un suallarını cavablandırıb.
Oxumaq
13.12.11   Şərhlərin sayı : 0
 
Aleksandr İvanov: "Heydər Əliyev xalq üçün yaranmışdı..."
“Müsbət keyfiyyətlərim varsa, onlar mənə Heydər Əliyevdən keçib”
Oxumaq
13.12.11   Şərhlərin sayı : 0
 
Elmar Məmmədyarov: Azərbaycanlı və erməni icmaları getsinlər, görüşsünlər, ünsiyyət yaratsınlar
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun APA-ya müsahibəsi:
Oxumaq
07.12.11   Şərhlərin sayı : 0
 
Fuad Ələsgərov: Korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov Trendə müsahibə verib. Dövlət rəsmisi "Transparency International" təşkilatının bu günlərdə açıqladığı hesabatını dəyərləndirib.

Oxumaq
06.12.11   Şərhlərin sayı : 0
 
Ramiz Mehdiyev: Son illərdə Azərbaycan bütün azərbaycanlıların Vətəninə çevrilmiş və universal dəyərlərin daşıyıcısı statusu qazanmışdır
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Bakinski raboçi" qəzetinə məxsusi müsahibəsi

- Ramiz müəllim, siz vaxtaşırı dərc olunan məqalə və kitablarınızda müasir dövrün aktual proseslərini təhlil edir, yaşanılan proseslərə iqtidarın münasibətini nümayiş etdirirsiniz. Sizin əsərləriniz cəmiyyətdə geniş əks-səda doğurur. Bilmək istərdik, hazırda hansı mövzu üzərində iş gedir və yaxın gələcəkdə nə gözləyək?

Oxumaq
22.11.11   Şərhlərin sayı : 0
 
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri: Ermənistan başqa şansının olmadığını görərək mövqeyindən geri çəkildi
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyevin APA-ya müsahibəsi
Oxumaq
27.10.11   Şərhlərin sayı : 0
 
Azay Quliyev: “ Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə israrlıdır və gec-tez bu baş verəcək”
Azərbaycanın Avrpopada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev modern.az saytına müsahibə verib.
Oxumaq
17.10.11   Şərhlərin sayı : 0
 
Fərasət Qurbanov: Yaranmış vəziyyəti nəzərə alaraq vətəndaş cəmiyyətinin inkişafına nail olmaq üçün növbəti ilin büdcəsi hazırlanarkən əlavə vəsaitə ehtiyacımız olacaq
Son vaxtlar bəzi Azərbaycan QHT-ləri xarici donorların fəaliyyətlərindən narazılıq etməyə başlayıblar. Narazılıqların əsas səbəbi xarici donorların Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına maraq göstərməmələri, keçirdikləri qrant müsabiqələrində ayrı-seçkiliyə yol vermələri, ayırdıqları qrantları daha çox öz ölkələrini təmsil edən QHT-lərə vermələridir. Bütün bunlar son nəticədə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovla söhbətimizdə də yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışdıq.
Oxumaq
15.09.11   Şərhlərin sayı : 0
 
General-leytenant Elçin Quliyev: “Azərbaycanın dövlət sərhədləri 24 saat, hər cür hava şəraitində etibarlı şəkildə qorunur”
Azərbaycan Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin APA-ya müsahibəsi

Oxumaq
19.08.11   Şərhlərin sayı : 0
 
Azay Quliyev: Kazan görüşü bir daha sübüt etdi ki, ermənilərlə bu dildə danışmaq nəticə verməyəcək
İyulun 6-dan 10-a qədər Serbiyada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yay sessiyası keçiriləcək. Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev sessiya öncəsi Modern.az saytına müsahibə verib.

- Azay müəllim, heç bir irəliləyiş əldə edilməyən Kazan görüşündən sonra ATƏT PA-nın yay sessiyası başlayacaq. Kazan görüşündən hər hansı nəticə gözləyirdinizmi?

- Səmimi deyim ki, bir çoxları kimi mən də Kazan görüşündən heç nə gözləmirdim. Ona görə ki, bunun üçün hər hansı simptomlar yox idi. Kazan görüşü o zaman müsbət nəticə verərdi ki, Ermənistanın mövqeyində dəyişiklik olsun. Ermənistan nəhayət ki, öz əsassız iddialarından vaz keçsin və konstruktiv bir mövqe sərgiləsin. Təssüflər olsun ki, nəinki Ermənistanın konstruktiv mövqe sərgiləməsinin şahidi olduq, hətta gördük ki, əvvəlki mərhələlərdə razılaşdırılmış bir çox məsələləri belə ermənilər inkar etdilər. Daha ağır şərtlər irəli sürürlər. Bu baxımdan Kazan görüşü iflasa uğradı. Düşünürəm ki, bu iflasın gələcəkdə müəyyən nəticələrini biz görəcəyik. Çünki artıq Rusiyanın təşəbbüsü ilə keçirilən bir neçə görüş nəticəsiz qalır. Ümumiyyətlə,  Minsk Qrupu həmsədr ölkələrinin burada siyasi mövqeləri kifayət qədər sərt və ədalətli deyildi. Kazan görüşü bir daha sübüt etdi ki, ermənilərlə bu dildə danışmaq nəticə verməyəcək. Ermənistanı sadəcə olaraq sözlə konstruktivliyə dəvət etmək kifayət deyil.
Ümumiyyətlə,  Qarabağ məsələsi 3 variantda  həll oluna bilər.
Birinci variant ən optimalı olan sülh variantıdır, yəni  Ermənistan bütün reallığı dərk edərək   Azərbaycanın işğal etdiyi ərazilərindən könüllü olaraq öz qoşunlarını geri çəkir və sonrakı tənzimləmə prosesinə rəvac verir.
İkinci vaiant ondan ibarətdir ki, Ermənistan könüllü şəkildə bunu etmir, beynəlxaq təşkilatlar, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirməyə görəvli olan qurumlar hərəkətə keçərək Ermənistana sanksiya tətbiq edir. Bu, iqtisadi, siyasi, nəhayət güc tətbiqi ola bilər. Bir suveren ölkənin ərazisini işğal edən digər ölkəni yerində oturtmaq üçün biz dəfələrlə şahidi olmuşuq ki, NATO və BMT, digər aidiyyatı qurumlar hərəkətə keçiblər. Çox uzağa getməyək, ötən əsrin 90-çı illərində İraqın Kuveyti işğal etməsi, yaxud onun ərazisinə daxil olmasının nəticəsi hamıya bəllidir. NATO dərhal qərar qəbul etdi və İraqı bombaladı. Liviyada son baş verənlər və s.
Üçünçü variant  isə Azərbaycanın hərb yolla öz torpaqlarını azad etməsidir. Torpaqların azad edilməsi BMT Nizamnaməsinin 51-maddəsini tətbiq edərək, özünü müdafiə hüququndan istifadə edərək işğalı aradan qaldıra bilər. Burada formula çox aydındır. İndi bu variantlardan hansının  tətbiqi  olunması ilk növbədə Ermənistandan, daha sonra Minsk qrupunun həmsədrlərindən və nəhayət Azərbaycandan asılıdır.

- Dəfələrlə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən Rusiya nəticəsizlikdən nüfuzunu itirmirmi?

- Bu, artıq Rusiyanın düşdüyü çətin bir durumdur. Rusiya son 2-3 ildə demək olar ki, təkbaşına belə bir təşəbbüs həyata keçirərək prezidentlərin görüşlərini təşkil edir. Bütün bu görüşlər uğursuzluqla nəticələnir. Çox böyük ehtimalla bunun belə olacağını ABŞ və Fransa əvvəlcədən bilirdi.  Sadəcə olaraq Rusiyanın belə bir işin altına girməsi, özü üçün müəyyən nəticələri verə biləcəyi görüntüsü yaratsa da, əslində mən hesab edirəm ki, Rusiya bu prosesdən daha çox zəifləyərək çıxdı. Çünki bundan sonra nəsə  bir irəliləyişə nail olunmasını mən hazırda mümkün görmürəm. Çünki Ermənistan işğalçılıq siyasətindən imtina etmir. Digər tərəfdən, hesab edirəm ki, Obamanın və Sarkozinin də tefon danışıqları və yaxud göndərdikləri məktublar çox ümumidir: “Siz gedin, dil tapın, siz danışıqlarda nəticə əldə edin”...
Məncə bu məsələdə belə telefon zəngləri Azərbaycana olmamalı idi. Məktublar da birbaşa Ermənistana ünvanlanmalı idi. Çünki Azərbaycan nəyə razılıq verməli idi, bunu başa düşmək mümkün deyil. Azərbaycan Ermənistanın ərazisini işğal etsəydi, onda bu zənglər bizə olmalı idi və deyilməli idi ki, “işğalçılıq siyasətindən əl çəkin”.
Bu məsələnin bir həlli var, Ermənistan Azərbaycan torpaqlardan çıxmalıdır. Bu, Sarkozinin, Obamanın və Medvedevin də qəbul etdiyi qətnamələrdə və üzv olduqları Beynəlxalq təşkilatların bütün sənədlərində də göstərilib. İkitərəfli münasibətlərdə də, əməkdaşlıq haqqında imzalanan sənədlərdə də bu açıq şəkildə var. Bu varsa, təzədən Azərbaycana niyə zəng edirsən, nə tələb edirsən, nə məktub yazırsan..? Azərbaycandan nə istəyirsən..?
Oxumaq
03.07.11   Şərhlərin sayı : 0
 
Əli Həsənov: “Kazan görüşü bir daha göstərdi ki, Ermənistanla daha sərt dildə danışmaq, ona daha sərt təzyiqlər göstərmək lazımdır”
Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi

Oxumaq
29.06.11   Şərhlərin sayı : 0
 
General Vahid Əliyev: Ordumuz hər birimizin ordusudur, ordu siyasətdən kənar qurulan strukturdur və ordudakı hadisələri işıqlandıran zaman daha məsuliyyətli olmaq lazımdır
Trend-in Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyevlə 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü ərəfəsində müsahibəsi

- Salam. Bizim son görüşümüzdən bir il keçib və Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə müsahibələr xoş ənənəyə çevrilib. İcazə verin, Sizi bayram münasibətilə təbrik edim və uğurlar arzulayım.

- Salam. Mən də öz növbəmdə Silahlı Qüvvələrin bütün veteranlarını, hərbi qulluqçuları, hərbi xidmətdə olanları və ümumiyyətlə, başda Ali Baş Komandan olmaqla Azərbaycan Silahlı Qüvvələrinin quruculuğuna və inkişafına töhfə verən və verməkdə olan hər bir kəsi təbrik etmək istəyirəm.

- Ötən il ərzində Azərbaycan Ordusunda hansı dəyişikliklər baş verib?

- 1991-ci ildə bərpa edilən və 1993-cü ildən ümummilli lider Heydər Əliyevin mərdliyi, nüfuzu, sarsılmaz iradəsi sayəsində inkişaf etməyə başlayan ordumuz bu gün Ali Baş Komandanın rəhbərliyi altında müasir tələblərə və qəbul edilən Hərbi Doktrinaya uyğun inkişaf edir. Bu həm silahlanmaya və hərbi hazırlığa, həm ordunun təchizatına, həm də onun mənəvi ruhuna aiddir. Təcrübədə bu, sizin müşahidə edə biləcəyiniz birgə təlimlərdə nümayiş etdirilir, bu il isə hamınız bunu paradda görəcəksiniz. Bütün bu illər ərzində biz elə silahlı qüvvəllər yaratmışıq ki, hər bir hərbi qulluqçu lazım olan anda nəyi necə etməyi dəqiq bilir. Bizim fəxr edəcəyimiz şeylər var, mən bizim Silahlı Qüvvələrimizi nəzərdə tuturam. Biz işğal olunmuş ərazilərimizin azad edilməsinə tam hazırıq, hər yeni gün isə silahlarımızı və hazırlığımızı daha da təkmilləşdiririk ki, hərbi əməliyyatlar aparılan zaman canlı qüvvədə itkilərimizi maksimal dərəcədə azaldaq.

Bizim Silahlı Qüvvələrimizin tərkib hissələri - Quru Qoşunlar, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, eləcə də Sərhəd Qoşunları, DİN-in Daxili Qoşunları, FHN-in Mülki Müdafiə Qoşunları kimi digər hərbi birləşmələr keyfiyyətcə yeni yüksək səviyyəyə çıxaraq ən azından regionumuzda heç nə ilə müqayisə edilməzdir.

- Silahlı Qüvvələrin quruculuğu işində hansı problemləri görürsünüz?

- Dövlət miqyasında Silahlı Qüvvələrin quruculuğu işində heç bir problem yoxdur. Biz ordunun artmaqda olan tələbatlarını ödəməyə qadirik. Yerlərdə problemlər olur. Orada həm obyektiv, həm də subyektiv faktorlar var və bu da Ali Baş Komandanın gündəlik nəzarəti altındadır. Nəyə operativ reaksiya verilməlidirsə, ona da operativ reaksiya verilir, bəzi şeylər isə vaxt tələb edir.

Prezidentin tapşırığı ilə mən Novruz bayramı günlərində bütün cəbhə bölgəsini gəzdim, ön cəbhədə oldum və təbii ki, digər məsələlərlə yanaşı, hərbi qulluqçuların problemləri ilə də maraqlandım. Məruzələrin ümumiliyinə görə, mən öz məruzəmi, Müdafiə Nazirliyi rəhbərliyinin məruzələrini, yerlərdəki məruzələri və digərlərini nəzərdə tuturam, indi Ali Baş Komandanın qərarı ilə bu problemlərin həlli ilə bağlı proqram hazırlanıb. Bizim məqsədimiz problemləri maksimum azaltmaqdır və biz təcrübədə bunu həyata keçirməyə qadirik. Ən ağrılı mövzu əlbəttə ki, hərbi qulluqçular arasında ölüm hallarıdır və bizim məqsədimiz şəxsi heyət arasında itkiləri sıfıra endirməkdir.

Lakin ümumilikdə mənim cəbhə bölgəsinə səfərimdən çıxardığım ümumi nəticə budur - sizin sakitliyiniz və qələbələrə inamınız bizim əsgərlərin, çavuşların, gizirlərin və zabitlərin etibarlı əllərindədir və mən bir daha Prezident və vətəndaşlarımızı buna əmin etmək istəyirəm.

İstərdim ki, KİV mövzusuna və ordudakı hadisələrin işıqlandırılmasına toxunum. Başa düşmək lazımdır ki, ordumuz hər birimizin ordusudur, ordu siyasətdən kənar qurulan strukturdur və ordudakı hadisələri işıqlandıran zaman daha məsuliyyətli olmaq lazımdır.

- Cənab general-leytenant, ön cəbhədən həyəcanlı xəbərlər gəlməkdə davam edir...

- Təəssüf ki, elədir. Və bu, bilavasitə onun nəticəsidir ki, təcavüzkar cəzalandırılmayıb... Bir neçə səbəbə görə cəzalandırılmayıb və bu, ona tərəflərin təmas xəttində təxribatları davam etdirməyə imkan verir.

- Snayperlərin ön cəbhədən geri çəkilməsi ilə bağlı xeyli səs-küy olub.

- Heç nədən xeyli səs-küy olub. Ümumiyyətlə, qeyd etməliyəm ki, riyakarlıq və saxtakarlıqda onların tayı-bərabəri yoxdur. Bu, təkcə snayperlərin geri çəkilməsi ilə bağlı təkliflərə deyil, həm də toxunmaq istədiyim digər amillərə aiddir.

Snayperlərin geri çəkilməsinə gəldikdə, zahirən bunu "gözəl", əslində isə Ermənistanın avantürist təklifini dəstəkləyənlərə hörmətlə yanaşaraq onlara bunu demək istərdim: Ermənistan tərəfi snayperləri geri çəkməyi, biz isə qoşunları geri çəkməyi təklif edirik. Hansı yaxşıdır? Hansı sülhpərvərdir? Hansı doğrudur? Nə üçün hörmətli cənablar hətta bu təkliflər arasında bərabərlik işarəsini belə, qoymurlar, açıq-aydın bu natamam təklifi, hətta onu natamam adlandırmağa da adamın dili gəlmir, dəstəkləyirlər, bizim təklifimizi isə unudurlar.

Necə yəni, gəlin, snayperləri geri çəkək? Tamamilə yoxlanılmamış, gülməli təklifdir. Elə təəssürat yaranır ki, bunu təklif edənlərin insanların nə səbəbdən öldürüləcəyi heç veclərinə də deyil. İnsanın bədənindən gülləni çıxarsaq, onu necə müəyyənləşdirmək olar ki, bunu snayper atıb və ya adi atıcı? Bəlkə bu naqafil güllədir? Nə üçün qumbaraatanlar, pulemyotçular və ya adi atıcılar geri çəkilməsin?

Bu "təklif" ətrafında bütün səs-küylər ona hesablanmışdı ki, səlahiyyətlərinə istənilən sülhpərvər təkliflərin dəstəklənməsinin daxil olduğu beynəlxalq təşkilatların rəhbərləri növbəti dəfə birağızdan "dünyaya sülh" şüarını deyəcəklər. Bəli, əlbəttə ki, dünyaya sülh! Kim buna müqavimət göstərə bilər?... Lakin nəzərə almaq lazımdır ki, birincisi, təcavüzkar tərəfdən "dünyaya sülh"ün səslənməsi Çikotilo kimi silsilə vəhşiliklər törədənlərin dilindən "mən qadınları sevirəm" səslənsəydi, ondan da artıq hörmətsizlik kimi çıxardı. İkincisi, Ermənistan tərəfi bu "təkliflə" əslində daha qeyri orijinalını demək istəyirdi - gəlin, Azərbaycan tərəfdən müasir atıcı silahları yığışdıraq. Bunu deməyin özü gülünc olduğuna görə, onlar daha "orijinalını" - gəlin, snayperləri yığışdıraq - fikirləşiblər.

Ermənistanın ön cəbhədən müasir silahları yığışdırmaq barədə təklifinə biz konkret olaraq "yox" deyirik. Çünki onlar təcavüzü dayandırmırlar, onlar cəzalandırılmadıqlarına görə təxribat törətməkdə davam edirlər və bundan sonra elə cavablar alacaqlar ki, bu vaxta qədər heç yuxularında da görməyiblər. Bizim Prezident çox dəqiq qeyd edib ki, Qarabağ problemi həll edilməyincə, Ermənistan qorxu içində yaşayacaq. Bu belədir. Diqqət yetirmisinizsə, "Avrovision"da bizim qələbəmizə onların birinci reaksiyalardan biri, əlbəttə ki, öz kinlərini saxlaya bilmədikdən sonra, o oldu ki, sevindilər - ən azı bir il müharibə olmayacaq... Necə deyərlər - şərhsiz.

Snayperlərin geri çəkilməsi ilə bağlı deyilənləri tamamlayaraq qədim Şərq atalar sözünü xatırlatmaq istərdim: halva-halva deməklə ağız şirin olmur. Odur ki, snayperlərin geri çəkilməsi "halva" deməkdir, bizim təcavüzkarın - işğalçının qoşunlarının geri çəkilməsi ilə bağlı təklifimiz isə nəhayət ki, "halvanı yemək" deməkdir.

Yaxud da digər nümunə: diqqət yetirin, diplomatlarımız müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsini qaldıran kimi Ermənistan tərəfi necə hay-küy salır. Bütün bunlar nə ilə bağlıdır? Onunla bağlıdır ki, onların mövqeyi iflasa uğrayır, onlar haqlı deyillər və hər dəfə onları buna görə "sancanda" onlara xoş olmur. Əgər haqlısansa, onda bunun harada müzakirə olunması sənin vecinə olmamalıdır, əksinə, sən bu müzakirələrdə maraqlı olacaqsan. Bununla bu məsələlərin beynəlxalq birliyin bütün səviyyələrində irəliləməsində bizim fəallığımız izah edilir. Çünki biz haqlıyıq, bizim itirəsi heç nəyimiz yoxdur və biz yaranan ədalətsiz vəziyyəti dinc yolla həll etmək istəyirik. Burada isə onlar hay-küy qaldıraraq, həmişə Minsk qrupuna istinad edirlər, guya ki, bu, onun işinə mane olur. Açıq-aydın demoqoqiya və boş boğazlıqdır. Nə üçün mane olur, nə ilə mane olur, axı, bu, ümumiyyətlə necə mane ola bilər? Bu, kömək edə bilər, mane ola bilməz... Lakin onlara vaxtı uzatmaq sərf edir, buna görə də danışıqların sürətləndirilməsi, onların ya tualetə qaçmaqla və oradan qayıtmamaqla, ya da digər sirklə başa çatır. "Onlar" deyəndə mən Ermənistan rəhbərliyini nəzərdə tuturam. Tam aydındır ki, onların məqsədi məsələnin həll edilməsi, Ermənistanın çiçəklənməsi deyil, onlara öz vəzifələrində maksimum müddət ərzində əyləşmək lazımdır. Ölkənin uçuruma getməsi, insanların dilənçilikdən, çıxılmaz vəziyyətə görə qaçması onların veclərinə deyil. Onlara əsas odur ki, yerlərində otursunlar, nəyin bahasına olursa-olsun, otursunlar. Onlar müharibəyə başlayıblar və hakimiyyətə müharibə dalğasında gəliblər, buna görə də əslində bu hakimiyyət müharibə hakimiyyətidir. Əvvəlcə onlar azərbaycanlıları öldürüblər, sonradan isə seçkilərdə öz vətəndaşlarını gülləbəran etməkdən də çəkinməyiblər.


Oxumaq
23.06.11   Şərhlərin sayı : 0
 
Ali Bilge Cankorel ilə səhər yeməyi
Layihə: Günel Mövludla “Travelers Coffee”də səhər yeməyi
Qonaq: Ali Bilge Cankorel
Qarşılayan: Günel Mövlud

İlk dəfədir ki, səhər yeməyində qonağım yerli başbilənlərdən, ünlülərdən, bərkgedənlərdən deyil, beynəlxalq çapda bir ictimai fiqurdur. Əcnəbi deməyə dilim gəlmir, çünki bir insanla hərəniz öz dilinizdə danışaraq, bir-birinizi başa düşürsünüzsə, ta bunun nə əcnəbisi? Yazıya belə qeyri-rəsmi giriş verməyimə aldanmayın, əslində qonağım olduqca rəsmi şəxsdir. O qədər rəsmi ki, dəvətdən və görüşdən bir neçə gün əvvəl yazarınızı artıq udqunma tutmuşdu.

Beləliklə, qonağım nə az, nə çox, düz ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Ali Bilge Cankoreldir.

Hörmətli böyükelçidən səhər yeməyinə razılaşmanı onun gənc və azad yazarlarla səmimi görüşü zamanı qopara bildim. Sözgəlişi razılaşdığını düşünsəm də, köməkçisi Rəşad bəyə telefon edən kimi, vaxtı təyin eləyib, dəqiq günü və saatı mənə bildirdi və özü bircə dəqiqə də olsun, gecikmədən kafeyə gəldi. Səhər yeməyinə qalstuklu gəlmişdi, amma davranışında qalstuk taxmayan adamların rahatlığı vardı.

Əyləşən kimi, birinci özü hal-əhval tutdu:

- Nasılsınız, Günel hanım?

- Çox sağ olun, hocam, yaxşı demək istərdim, amma yazarın yaxşı olması üçün hələ çox erkəndi.

Gülümsəyir və təəccüblə:

- Nədən əfəndim? Yazarlar bu saatda iyi olmazlarmı?

- Biz yazarlar insanlar yatanda yaşayır, insanlar yaşayanda yatırıq. Balzakdan bu yana vərdişimiz belədi.

- Eləmi? Maraqlıdır. Amma mənim elə bir lüksüm yoxdu. İllərdir ki, səhər saat yeddidə oyanıram. Bu səhər də eləcə. Sizinlə görüşə gəlməzdən öncə dalmatin köpəyim var, bir saat onu açıq havada gəzdirmişəm. Səhər yeməyindən sonra da bir mətbuat konfransı var.

- Nə gözəl, köpəyi də özünüz gəzdirirsiniz...

- Hər zaman yox. Vaxtım olanda mən gəzdirirəm. Başqa vaxtlar iş həyat yoldaşıma düşür.

Ofisiant yaxınlaşır və qonağım səhər yeməyi sifarişində xeyli əziyyət çəkir. Menyuda dominantlıq eləyən sosis, bekon, kolbasa kimi şeylərdən qaçır, bol kolorili şeyləri rədd edir və nəticədə sadə çayla pendirli sendviçin üzərində dayanır. Yazarınız blinçik və çay sifariş verir və qonağına yüngül iradını bildirir:

- Hocam, deyəsən səhər yeməyinə iştahsız gəlmisiniz. Niyə belə az...

- Əslində mən səhər yeməyi kültürünü sevən adamam. Amma bu gün bir nahara və bir də şam yeməyinə dəvətliyəm. Bir gündə bu qədər çox şey yeyə bilmərəm. Odur ki, səhər yeməyində bir az özümü saxlayım.

- Sizin işiniz də çox çətindir. Səhər erkən oyanmaq məcburiyyəti, dəvətlər, konfranslar...

- Maraqlıdır, burada olduğum müddətdə sizin gənclikdə bir tənbəllik müşahidə eləmişəm. Bizim ofisdə çalışan gənclərdə bir tez-tez xəstələnmək, tez-tez işdən izin istəmək vərdişi var. Onsuz da biz işçilərimizə tolerant davranırıq, ildə on gün həkim arayışı olmadan xəstəlik və digər səbəblərdən işə gəlməmə limiti var. Amma bu limit də onlara yetmir. Əlavə izin də istəyirlər. Onlara tez-tez öz təcrübəmdən danışıram. Mən 40 ildən çoxdur ki, rəsmi vəzifələrdə çalışıram. Bu qırx ildə xəstələnmə və başqa səbəblərdən dolayı izin aldığım günlərin sayı dördü keçməyib.

Heyrətdən gözlərim böyüyür. İki-üç ay hər gün saat səkkizdə oyanası olmuşam, həmin aylardan sonra hələ də özümə gələ bilmirəm. Qarşımda oturmuş, yaşı altmışı keçmiş adam isə nələr danışır...

- Mənə maraqlıdır, gənc, sağlam adam niyə xəstələnsin ki? Deməli ya axşam çox yeyib, ya da...

Gülümsəyirəm:

- Ya da çox içib :)

- İçki sıkıntısıdamı var? Maraqlıdır, bu problemlə mən heç üzləşmədim.
Yəqin mənim rastıma çıxmayıb. Doğrudanmı azərbaycanlılar çox içir?

- Qatı müsəlman olmayan qismi, hə. Ruslar bizə içməyi öyrətdilər, amma nə vaxt dayanmaq lazım olduğunu öyrətmədilər...

Gülümsəyir:

- Özləri bilirlərmi ki, sizlərə də öyrətsinlər. Amma mən narkotik problemini duymuşdum, içki məsələsi ilə elə də rastlaşmamışdım.

Ofisiant (bu arada həmin gün bizə xidmət eləyən gənc buradakı yeganə ofisiantdı ki, boyu iki metrə yaxın deyil) sifarişlərimizi gətirir. Qonağım həvəs və xoşgörü ilə boşqabına baxır, səliqə-sahmanla yeməyinə başlayır. Çayına şirin qatmaq istəyəndə həm gözləri, həm əlləri ilə diet şəkər axtarır, amma balaca stəkanın içindəki paketlərdən diet toz şəkər əvəzinə diş çöpləri çıxır. Səfir sadə şəkərlə yetinməli olur, mənsə onun səliqə-sahmanla yeməyə başladığına əmin olandan sonra söhbəti davam etdirirəm:

- Bu günlərdə gənc yazarlar olaraq Sizinlə görüşdük. Təəssüratlarınızı bilmirəm, amma məncə qarşınızda çaşqın, dəyişik bir gəncliyin olduğunun fərqinə vardınız...

- Fərqinə vardım da, bu çaşqınlığın, dəyişikliyin səbəbi nədir?

- Biz uşaqlığı sovet hakimiyyətinin süqutuna və yenidənqurmaya təsadüf eləmiş, yeniyetməliyi, gəncliyi isə məhv olmuş dəyərlərin yerinə gələcək təzələri gözləməklə keçmiş nəsilik. Qəfil məlum oldu ki, uşaqlıda bizə öyrədilən şeylər, təlqin olunan dəyərlər yanlış və boşmuş. Təzə dəyərlər nə idi, nədən ibarət idi? Bunu on beş ilə yaxın gözləməli olduq. Və bir baxdıq, gəncliyimiz geridə qalıb.

- Siz o dəyərlərin yerinə mütləq nəsə qoymalı idiniz? Əski Lenin yerinə bir Lenin mütləq lazım idimi? Bir də ki, nə deməkdir “gəncliyimiz geridə qaldı”? Sizin neçə yaşınız var?

- İyirmi doqquz...




Oxumaq
17.06.11   Şərhlərin sayı : 0
 
Avropa Parlamenti ilə daha çevik işləmək lazımdır
Azay Quliyev: Qətnamənin qəbulunda həm qərəz var, həm də məlumatsızlıq

Brüsseldə Avropa Parlamentinin nüfuzlu deputatlarının, media mənsublarının və beynəlxalq təşkilatların iştirakı ilə “Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər” mövzusunda dinləmələr keçirildi. Bu mühüm tədbirdə iştirak etmiş “Avronest” Parlament Assambleyasının üzvü, millət vəkili Azay Quliyevlə görüşüb təəssüratlarını bölüşməyi xahiş etdik.


Oxumaq
06.06.11   Şərhlərin sayı : 0
 
Əli bəy Hüseynzadənin qızı: “Atatürk millət vəkilliyi təklif etdi, atam qəbul etmədi”
Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı, rəssam Feyzavər Alpsarın APA-ya müsahibəsi.

- Atanızın yaxşı rəssam olduğunu bilirik. Onun “Bibiheybət məscidi” tablosu Azərbaycan peşəkar rəsm sənətinin ilk örnəkləri arasındadır. Qardaşınız Səlim Turan Türkiyənin önəmli rəssamlarından biri idi. Sənətə yəqin onların təsiri ilə başladınız.


Oxumaq
25.05.11   Şərhlərin sayı : 0
 
Səhifələr : 1 2 3 4 » #
Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo