|
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də “Qafqaz Sport Hotel”in açılışında iştirak etmişdir. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi və turizm obyekti ilə yaxından tanış oldu. Məlumat verildi ki, beşulduzlu otelin tikintisinə 2010-ci ilin martında başlanılmışdır. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan oteldə 98 nömrə, o cümlədən kral dairəsi, 12 suit və əlillər üçün bir otaq vardır.
|