Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətərin paytaxtı Dohada keçirilmiş klublararası dünya çempionatının qalibi - qadınlardan ibarət “Rabitə” voleybol klubunun üzvlərini qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanın etimadnaməsini qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də ABŞ Atlantik Şurasının prezidenti Frederik Kempin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 10-da UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər.
Oktyabrın 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədi ilə qərara alıram:
2011-ci ildə tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Fəttah oğlu Zamanovun 100 illiyi tamam olur.