Axtarış: 
Səhifələr : # « 1 2 3 4 » #
Şəbəkəli marketinq - ticarət ya fırıldaq?
Şəkinin Orta Zəyzid kəndində şəxsi təsərrüfatla məşğul olan Nərgiz Həziyeva varlanmaq fikrinə düşüb. Onu bu fikrə “QuestNet” şirkətinin təklifi vadar edib. Nərgiz Həziyevaya təklif olunub ki, 500-600 manatlıq məhsul alsın, sonra bu məhsulu internet vasitəsilə digər şəxslərə reklam edib onları da bu işə cəlb etsin. Bunun müqabilində ona şirkət tərəfindən hər ay 250 dollar mükafat veriləcək. Şəbəkə inkişaf etdikcə isə Nərgiz xalanın gəliri 3000 dollara qədər artmalıymış.

Buna görə də Nərgiz Həziyeva təsərrüfatında olan inəklərini dəyər-dəyməzinə sataraq şirkətin təklif etdiyi məhsullardan birini - biodiski alır. Amma Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyatı onu bu arzusuna çatmağa qoymur. DİN-in məlumatına görə, idarə əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib. Bakıda və ayrı-ayrı rayonlarda “QuestNet” adı altında fəaliyyət göstərən cinayətkar şəbəkə işə götürəcəkləri barədə yalan vədlər verməklə əsasən gəncləri zərgərlik məmulatlarının satışına cəlb edib. Dəstə üzvləri on minlərlə vətəndaşa çəkisi 3 qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən 10 dəfə baha - 800-1500 dollara sataraq külli miqdarda qazanc götürüb. Şirkətin 4 əməkdaşı - Valeh Ağayev, Arif Babayev, Yalçın Səmədov və Bəhrəm Bəhrəmli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib, 6 nəfər - Zaur Babayev, Natiq Şiriyev, Amil Şirinov, Vüqar Məmmədov, Yaşar Ağayev və Elşad Əliyev şübhəli şəxs qismində saxlanılıb. Təqsirləndirilən şəxslər CM 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə ittiham olunub.
Oxumaq
18.06.11   Şərhlərin sayı : 1
 
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı. Və yaxud nümunəvi diaspor fəaliyyəti
“Facebook sosial şəbəkəsində RAGT səhifəsinin yaradıcısı kimi onu deyə bilərəm ki, bu təşkilat nəinki Rusiyada yaşayan soydaşlarımızın, eyni zamanda digər ölkələrdə yaşayan Azərbaycan gənclərinin qarşısında geniş imkanlar açır”

Müasir dünyada siyasəti müəyyənləşdirən və ona yön verən əsas faktorlardan biri də adına şərti olaraq “təzyiq qrupları” deyilən qüvvələrdir. Təzyiq qrupları, xüsusilə, son yüz il ərzində siyasət arenasında elə aktiv mövqe qazanıb ki, başda Artur Bentli kimi məşhur Amerika politoloqu olmaqla, bir çox mütəfəkkirin diqqətini cəlb edib və siyasətşünaslıqla “qrup nəzəriyyəsi” adlanan cərəyanın yaranmasına səbəb olub.

Ən güclü təzyiq qruplarından biri də lobbilərdir. İngiliscə “dəhliz” mənasını verən lobbilər, əsasən, beynəlxalq siyasətdən yararlanaraq öz mövcudluğunu qorumaq istəyən millətlər tərəfindən qurulur. Dünyada ən çox üç lobbi məşhurdur – yəhudi, yunan və erməni lobbiləri. Xüsusilə sonuncuların antitürk siyasətinin ağır nəticələrini bilavasitə dadan Azərbaycan xalqı lobbiçiliyin nə demək olduğunu yaxşı anlayır, mənfur qonşularımıza qarşı mübarizədə eyni silahdan istifadə etməyə can atır. Bilindiyi kimi Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Beynəlxaq Diaspora Mərkəzi də məhz bu zərurətdən yaranıb və diaspora fəaliyyətinin vahid bir mərkəzdən idarə olunmasını qarşısına məqsəd qoyub. Etiraf edək ki, lobbiçiliyin formalaşması üçün həqiqətən də belə bir mərkəzə ehtiyacı var.

Maddi mənfəət prinsipinə söykənən digər təzyiq qruplarından fərqli olaraq, lobbiçilik fəaliyyətinin əsasında vətənpərvərlik hissləri, patriotizim, ali mənəvi keyfiyyətlər dayanır. Azərbaycan lobbisini yalnız o kəslər qura bilər ki, öz həyatlarının qayəsini, maddi – mənəvi sərvətlərini vətənin yüksəlişinə həsr etsin, bu yolda heç nələrini əsirgəməsinlər. Bu fədakarlıq üçünsə, ilk növbədə, ideoloji zəmin olmalıdır.

Diasporanin iqtisadi maraqlarının Ana Yurda bağlanması üçün, ilk növbədə, Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyən korrupsiya, rüşvətxorluq kimi ictimai bəlalar ortadan qaldırılmalıdır. Məlum olduğu kimi artıq Prezident İlham Əliyev bu bəlanın aradan qaldırılması üçün bir sıra göstərişlər verib, konkret addımlar atıb. Biz bu gün də bu qətiyyətli mövqenin məntiqi nəticəsini həyatımızın hər anında hiss edirik.

Diaspora fəaliyyəti dövlət siyasətinin bir istiqamətidir.
Oxumaq
17.06.11   Şərhlərin sayı : 0
 
"Səhər-2" nə vaxt susacaq?
İran İslam Respublikasının “Səhər-2” kanalı hələ də Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirir. Kanal hər bir vəchlə Azərbaycan əleyhinə informasiya yayımlamağa çalışır. Əslində Azərbaycanın daxili işlərinə qarışan kanal indiyə qədər dünya media tarixində görünməmiş üsullara əl atır. Məsələn, hansısa xaricdə yaşayan azərbaycanlını guya ki, Bakıda yaşayırmış kimi təqdim edərək, canlı efirə qoşur. Necə ki, Məşhəddə yaşayan Südabə adlı xanımı efirə Lənkəran sakini kimi çıxarıb. Bundan əlavə, kanal canlı efirə qoşulmaq üçün müraciət edən insanlardan problemləri haqqında soruşur. Əgər zəng edən şəxs Azərbaycanın yaxşılığına doğru danışmaq istəyini bildirirsə, onunla əlaqə yaradılmır. Buna özüm şəxsən şahid olmuşam.

Antiazərbaycan siyasəti yürüdən “Səhər-2” kanalına qoşulmaq üçün dəfələrlə müraciət etsəm də, fikirlərimi öyrənəndən sonra, mənimlə telefon bağlantısı yaradılmadı. Buna görə, yalançı “Səhər-2” kanalına elə öz siyasəti ilə cavab vermək qərarına gəldim. Və, efirə qoşulmaq üçün yalandan başqa adla, guya mənim də böyük problemlərim olması ilə bağlı müraciət etdim. Elə həmin gün, 6 iyun 2010-cu ildə məni canlı efirə qoşdular. Efirə qoşulan anda “Səhər-2” kanalının əməkdaşları dərhal başladılar məni şirnikləndirməyə: “Siz bütün problemlərinizi deyin. Biz söz veririk ki, bütün problemlərinizi həll edəcəyik. Təki siz Azərbaycanı pisləyin”.


Oxumaq
08.06.11   Şərhlərin sayı : 0
 
Stressin nəticəsi ölümdür?
Bu gün dünyanın mübarizə apardığı problemlərdən biri də stressdir. Stress uşaqdan tutmuş böyüyə kimi hamıya asanlıqla təsir edə bilir. İnsanı insanlıqdan çıxaran hadisələrin baş verməsinin əsas səbəbi də elə stressdir. Kriminal hadisələr, qətllər, özünəqəsdlər, ailə münaqişələri, müxtəlif xəstəliklər - bunların hamısının kökündə stress durur. Statistikaya görə ən çox qadınlar stressdən əziyyət çəkirlər. Bəs stress, ümumiyyətlə nədir? İnsana necə təsir göstərir? Onunla mübarizə etmək üçün nələri bilməliyik? Qısa desək, stress insanın öz üzərində hiss etdiyi təzyiq və gərginlik vəziyyətidir. Bu mənada, stress gündəlik həyatın bir parçası sayıla bilər. Dünyada artan əhali sayı, sıxlıq, təbii fəlakətlər stressi alovlandıran amillərdən ən birincisidir.
Oxumaq
06.06.11   Şərhlərin sayı : 0
 
Cehiz nədən ibarət olmalıdır?
“Qız beşikdə, cehiz eşikdə” atalar sözünü güman ki, çoxunuz eşitmisiniz. Aramızda elə valideynlər var ki, bu məsələyə sözün əsl mənasında tam əməl edir, hətta qız övladı doğulmamışdan öncə ona cehiz tutmağa başlayır. Elə valideynlər də var ki, bu işi son ana saxlayır, toydan bir neçə ay sonra bu məsələni həll edir.
Bu yazıda qız övladı olan valideynlərin həm ən böyük problemi, həm də unudulmaz zövqü olan cehiz adətimizdən bəhs edəcəyik...

Cehiz adətinin kökü


Oxumaq
03.06.11   Şərhlərin sayı : 0
 
Ağ ölümdən qurtulmağın yolları
Dünya siqaretə yox demək üçün bütün gücünü sərf edir. Bu gün bütün dünya elə bundan danışır. Siqaret! İnsanın sonuna çıxan “sülh çubuğu” kimi kovboy kinolarında təbliğ edilən zəhərli maddə. Milli.Az siqaretlə mübarizədən, siqareti tərgitməyin asan yollarından, siqareti tərgitməyə kömək edən qidalardan yazacaq. Əvvəlcə bu gündən başlayaq.
Oxumaq
31.05.11   Şərhlərin sayı : 0
 
Çox oturmaq ölüm riskini artırır
Gündə 6 saatdan artıq oturaq həyat tərzi vaxtından əvvəl ölüm riskini 40 faiz artırır. Yeni aparılan araşdırmalar oturaq işin yeni təhlükəsini üzə çıxarıb. Araşdırmaçılar müasir insanların həyat tərzinin tamamilə oturaq olmasından narahatdırlar.
Oxumaq
12.05.11   Şərhlərin sayı : 0
 
Azərbaycan turistlərə nə verir?
Bu yaxınlarda bir rəfiqəm Finlandiyaya 1 illik təcrübə keçməyə gedəcəkdi. Və biz onun xarici ölkədə Azərbaycanı tanıtması, təbliğ etməsi üçün milli suvenir aparmasına qərar verdik. Düşündük ki, bir azərbaycanlının xarici yoldaşlarına yadigar olaraq Azərbaycanı tərənnüm edən, xatırladan suvenir hədiyyə etməsindən yaxşı nə ola bilər ki? Belə demək olarsa, ehtiyat hədiyyə bazası toplamaq üçün üz tutduq suvenirlərin daha çox satıldığı İçəri Şəhərə. Təəssüf ki, gördüklərimiz bizi o qədər də sevindirmədi...
Oxumaq
06.05.11   Şərhlərin sayı : 0
 
Yasla toyun fərqi itir
Yas mərasimlərinin hazırkı formada keçirilməsi ictimaiyyətdə ciddi narazılıqlar doğurmaqdadır. Bir mənəviyyat məsələsi olan hüzn adətləri çağdaş dövrdə xeyli dərəcədə deformasiyaya uğrayıb. İstər keçirilmə tərzi, istərsə də maddiyyat baxımından yas yiyələri xeyli əziyyət çəkməli olurlar. Çünki yaslar kimlərinsə maraqlarına uyğun olaraq o qədər dəbdəbə və böyük xərclə keçirilməkdədir ki, yas sahibi yasın bir gününün yola verilməsi üçün kifayət qədər böyük xərcə, çox vaxt isə külli miqdarda borca düşməli olur. Bu sahədə dəfn və digər yas ayinlərinə görə xidmət haqlarının çox yüksək olmasından tutmuş, ifrat dəbdəbəli, israfçı yas süfrələrinə qədər çox ciddi problemlər var. Bir sıra məscidlərdə dəfn mərasimlərinin keçirilməsi üçün “yüksək” standartlar yaradılıb. Orada ölü yumaq üçün xidmət haqlarından(məsələn, 50 manat-İ.A.) tutmuş, adambaşı stula görə qiymətlər(12-15 manat-İ.A.) müəyyənləşdirilib. Həmçinin yas mərasiminin keçirilməsi üçün dəvət olunan ruhanilər ölü yiyələrindən konkret, yüksək məbləğlər tələb edirlər ki, bu da vəziyyəti xeyli ağırlaşdırır və yas mərasimindən varlanmaq istəyən qrupların biznes manevrlərini xeyli dərəcədə artırmış olur.  
Oxumaq
27.04.11   Şərhlərin sayı : 0
 
Ermənistanda ikinci Çernobıl təhlükəsi
Ermənistandakı Metsamor AES seysmik zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyidir. Azərbaycanın Baş naziri Artur Rasizadə bir çox ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə bu günlərdə Kiyevdə keçirilən nüvə enerjisindən təhlükəsiz və innovasiyalı edilməsinə dair sammitdə dünya ictimaiyyətini EAES-in bağlanmasına çağırmışdır.
Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (EAES) iki blokdan ibarətdir. Bu stansiyanın birinci bloku 1976-cı ildə, ikinci bloku 1980-ci ildə istismara verilmişdir. Stansiya İrəvan şəhərindən 28 kilometr, Türkiyə və İran ilə sərhəddən müvafiq olaraq 16, 60 kilometr, Azərbaycan-Gürcüstan sərhədindən təqribən 150 kilometr məsafədə yerləşir. Blokların hər birinin nüvə yanacağına illik tələbatı 42 ton, istismar müddəti 30 il olmaqla 8 ballıq zəlzələyə hesablanmışdı. 1988-ci il dekabr ayının 7-də Spitak şəhərində baş verən dağıdıcı zəlzələdən (EAES zəlzələnin mərkəzindən 75 kilometr məsafədə yerləşir) sonra, 1989-cu ilin əvvəllərində birinci, daha sonra ikinci blok dayandırılmışdı.
İqtisadi böhran məngənəsində sıxılan Ermənistan 1993-cü ilin aprel ayında ikinci blokun istismara verilməsi ilə əlaqədar qərar vermiş və 1995-ci ilin noyabr ayında həmin blok işə salınmışdır. EAES-i nüvə yanacağı ilə təmin etmək üçün, stansiya 2003-cü ildə 5 il müddətinə Rusiyanın "İnter RAO EES" şirkətinə idarə olunmağa verilmiş və 2008-ci ildə müqavilənin müddəti daha 5 il uzadılmışdır. İkinci blokun təkrar işə salınması üçün həmin dövrdə Avropa Birliyi dövlətlərinin EAES-in bağlanması ilə əlaqədar etdikləri cəhdləri uğursuzluqla nəticələnmişdir.
Ermənistan rəhbərliyi 2005-ci ildə qəbul etdiyi qərara görə, respublikada yeni AES-in tikilməsi müqabilində köhnə AES bağlanmalıdır. Hazırda respublikada istehsal olunan elektrik enerjisinin 40 faizi bu stansiyanın payına düşür. Ermənistan hökumətinin 2008-ci ilin dekabrında qəbul etdiyi qərara görə, yeni atom reaktorunun tikintisi ilə əlaqədar tender komissiyası yaradılmışdır. Ikinci blokun istismar müddəti 2016-cı ildə başa çatır. 2007-ci ildə Ermənistan hökuməti daha bir ambisiyalı proqramın həyata keçirilməsi üçün qərar verdi: 2020-ci ilə kimi energetik qurğuların gücünü 4000 mVt-a çatdırıb, 2000 mVt enerjini qonşu dövlətlərə - Gürcüstana, Türkiyəyə və İrana ixrac etmək. Halbuki dünyanın heç bir ölkəsi özünün istehsal etdiyi elektrik enerjisinin yarısını ixrac etmək iqtidarında deyil. Elektrik enerjisi daxili tələbatı ödədikdən sonra qalan hissəsi ixrac oluna bilər. Erməni iddiasının real görünməyən planına görə, Ermənistanda gücü 1100 mVt olan su elektrik stansiyaları inşa edilməli, Razdan İstilik Elektrik Stansiyasında gücü 440 mVt və İrəvan İES-də gücü 200 mVt olan enerji blokları tikilib istifadəyə verilməli və hətta gücü 200 mVt olan külək qurğularından ibarət stansiya quraşdırılmalıdır?!
2009-cu ilin oktyabr ayında Ermənistan parlamenti gücü 1060 mVt olan yeni AES-in tikintisi ilə əlaqədar qərar vermiş və bununla əlaqədar rus-erməni şirkəti "Metsamorenerqoatom" yaradılmışdır. Bu şirkət 2011-ci ildə dəyəri 5 milyard ABŞ dolları, istismar müddəti 60 il olan blokun tikintisinə başlamalıdır. Bundan əlavə, nüvə sahəsində Rusiya-Ermənistan əməkdaşlığının əsas layihələrindən biri də Ermənistanda uran yataqlarının birgə istismarıdır. Bu məqsədlə hələ 2008-ci ildə "Dağ-mədən" birgə müəssisəsi yaradılıb.
Sual olunur: nəyə görə 2007-ci ildə istismara verilən boru kəməri ilə İrandan qaz alan Ermənistan (kəmərin layihə gücü ildə 1,1 milyard kubmetrdir, yaxın gələcəkdə kəmərin gücünü iki dəfə artırmaq nəzərdə tutulub) köhnə AES-i bağlamaq əvəzinə, yenisini tikmək istəyir? Halbuki Ermənistan öz enerji təhlükəsizliyini təmin etmək məqsədilə yeni blokun tikilməsi üçün nəzərdə tutulan vəsaitin 25 faizindən istifadə etsə daha az müddətə, həm təhlükəsiz, həm də iqtisadi cəhətdən daha səmərəli olan İES-in tikintisini həyata keçirə bilər.
Məlum olduğu kimi, atom reaktorlarında zənginləşdirilmiş urandan istifadə olunur. Onun tərkibi 2 faizdən 4,4 faizə qədər uran 235-dən, qalan hissəsi uran 238-dən ibarətdir. AES-in istismarı zamanı yaranan işlənmiş (şüalanmış) nüvə tullantılarının tərkibi (İNT) 95 faiz-uran 238-dən (təkrar istifadəyə yararlı) və 5 faiz radioaktiv tullantılardan (RT) ibarətdir. RT-nin tərkibi 20 faiz plutonium 239-dan (atom bombası istehsal etmək üçün istifadə olunur), 2 faiz daha təhlükəli olan transuran elementlərindən (plutoniumun, neptuniumun, kürinin izotopları) və qalan hissəsi 30 radioaktiv elementin yüzlərlə izotopundan (stronsium 90, sezium 137, yod 129 və s.) ibarətdir.




Oxumaq
26.04.11   Şərhlərin sayı : 0
 
Qocalığımız üçün pulu necə yığaq: bizə özəl təqaüd fondları gərəkdirmi?
Azərbaycanda ildən-ilə inkişaf edən maliyyə bazarının dirçəlişi özəl sahələrin də inkişafına təkan verir. İndi ölkəmizdə özəl təqaüd fondlarının yaradılması və inkişafı barədə müzakirələr gedir. Maliyyə bazarı inkişaf etdikdən və əhalinin yüksək gəlirli işlə təmin edilməsindən sonra qeyri-dövlət təqaüd fondlarının yaradılması məsələsi də təbii olaraq aktuallaşmalıdır. Bəs Azərbaycanda əhalinin gəlir səviyyəsi buna imkan verirmi?

Özəl təqaüd fondu nədir?

Qeyri-dövlət təqaüd fondları sosial-sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurumdur. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Dünyanın inkişaf etmiş ölkələrində bir müddətdir tətbiq edilən özəl pensiya fondları yaxın gələcəkdə bizim ölkəmizdə də fəaliyyətə başlayacaq.

Qeyd edək ki, bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları var.
Bəzi ölkələrdə isə əksinə, bu sahədə çox ciddi problemlər yaranıb. Maliyyə böhranı həmin fondları xeyli zərərə məruz qoyub və problem yaranıb. Bu səbəbdən də mütəxəssislər özəl pensyiya fondlarının tətbiqinə ehtiyatlı yanaşmanın tərəfdarıdır.

Özəl pensiya fondu yaratmaq risklidir?

Mütəxəssislər deyir ki, bu məsələ, necə deyərlər, “eninə də, uzununa da” düşünülməlidir. Çünki bu bir qədər riskli ola bilər və hökumət bu riski önləmək üçün özəl təqaüd fondunun yerləşdirilməsi və qorunması qaydalarını müzakirə etməlidir. Özəl təqaüd fondlarının yaradılması zamanı qarşıda duran əsas və ən önəmli məsələlərdən biri məhz bu məsələdir.
Bu sahənin inkişaf etməsi üçün əhalinin onlara etibar etməsi vacibdir. Bu fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Qazaxıstanda, Rusiyada, Türkiyədə bu proses sürətlənib. Qazaxıstanda hazırda 16 özəl təqaüd fondu fəaliyyət göstərir.

Ekspertlər bildirir ki, özəl pensiya fondlarının yaradılmasında ehtiyatlı davranmaq lazımdır. Maliyyə böhranı nəticəsində dünyadakı özəl pensiya fondları böyük məbləğdə vəsaitlərini itiriblər. Təkcə Amerikanın özəl fondlarının itkiləri trilyon dollardan artıqdır. Qonşu Rusiya, Qazaxıstan və digər ölkələrdəki fondlar da ürəkaçan vəziyyətdə deyil.

Bu da Azərbaycanda özəl pensiya fondlarının yaradılması prosesinin indiyədək yubadılmasının nə dərəcədə doğru addım olduğunu göstərdi. Mütəxəssislər həmçinin hesab edir ki, maliyyə böhranı şəraitində özəl pensiya fonlarını yaratmaq, ora vəsait toplamaq və sonra bu vəsaiti yerləşdirmək çox çətin və risklidir.

Müvafiq dövlət proqramı təqdiqlənib

Azərbaycanda da özəl təqaüd fondlarının yaradılması uzaq gələcəyə aid məsələ deyil. Yaxın 2 il ərzində işə başlayacağı gözlənilən bu fondlara dövlət nəzarətinin həyata keçirilməsi qaydaları indi daha çox diqqət mərkəzindədir. Çünki bəzi ölkələrdə qaydaların düzgün tənzimlənməməsi özəl pensiya sistemində problemlər yaradıb. Xatırladaq ki, dünyada özəl pensiya fondları maliyyə nazirliyinin lisenziyası əsasında işə başlayır və birbaşa olaraq bu nazirlik də onun fəaliyyətinə nəzarət edir.

Qeyd edək ki, özəl pensiya fondlarının yaradılması ölkə prezidentinin təsdiqlədiyi “Sığorta-pensiya sisteminin inkişafı üzrə dövlət proqramı”nda əsas yerlərdən birini tutur. Bu fondlar əsasən vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.

Eyni zamanda bu fond pensiyanı verən qurum kimi tanınır. Daha aydın ifadə etsək, bu fondlara vətəndaşlar cavanlığında, çalışdığı dövrdə vəsait toplayır, yaşlılıq və təqaüd yaşında bu vəsaitdən yararlanır. Mütəxəssislər deyir ki, dünyada baş verən iqtisadi böhran bir çox ölkələrdə özəl pensiya fondlarına da təsirsiz ötüşmədiyindən, məsələnin maliyyə böhranı fonunda yenidən işlənməsinə ehtiyac var.

Özəl pensiya fonduna kim nəzarət etməlidir?
   
İqtisadçı-ekspert Nazim Məmmədov bildirir ki, özəl pensiya fondlarının da nəzərdə tutulduğu islahatlar 2015-ci ilə qədər olacaq pensiya islahatlarına daxildir: “Bu həm bizim Avropa məkanına daxil olmağımızla bağlı öhdəliklərimizdən irəli gəlir, həm də dünya təcrübəsində olan pensiya idarəetməsindən qaynaqlanır. Əslində, dövlətin nəzarətində olan pensiya fondu ilə yanaşı insanlara seçim verilməlidir ki, gələcək pensiyasını təmin etmək üçün əmək haqqından tutulan sığorta hissəsi və yığım hissəsi daha da mükəmməl idarə edilməli və əlavə gəlir gətirməlidir”.

İqtisadçı deyir ki, bunu da yaxşı təşkil edilmiş özəl fondlar və onların menecerləri həyata keçirməlidirlər: “Əsas fəlsəfə də bundan ibarətdir. İndiki durumda dövlət pensiya fondu hələ də dövlət büdcəsindən dotasiya almaqda davam edir və mən əmin deyiləm ki, bu sürətlə 2015-ci ilə qədər özü özünü maliyyələşdirməyə keçə bilsin. Özəl pensiya fondlarının fəaliyyətinə ictimai nəzarət reallaşdırılsın. Pensiyaçıların özlərinin də nəzarəti altında olduğu təqdirdə heç bir böyük narahatçılığın olmasına inanmıram”.

Bir çox ölkələrdə özəl fondlar dövlətiləşdirilir

Dövlət sosial müdafiə fondunun sədr müavini Elman Mehdiyevin sözlərinə görə, maliyyə böhranı şəraitində dünyada özəl pensiya fondlarının fəaliyyətinə münasibət heç də birmənalı deyil: “Özəl fondlar üzərində işini qurmuş bir çox dövlətlər artıq əks üsullara, yəni dövlətləşmə təsisatları vasitəsilə pensiya təminatına üstünlük verirlər. Bu onu deməyə əsas verir ki, özəl pensiya fondlarının yaradılması onların fəaliyyətinin təşkilinə kifayət qədər ehtiyatlı yanaşılmalıdır. Buna görə də, özəl pensiya fondlarının fəaliyyətini tənziməlyəcək qanunvericilik bazasının yaradılması 2012-13-cü illər ərzində nəzərdə tutulub”.

Ekspertlər deyir ki, hər bir halda təqaüdçülər tərəfindən özəl təaqüd fondunun güvənli və şəffaf fəaliyyəti tələb olunacaq. Təqaüdçünün min bir əziyyətlə topladığı vəsaitin hər hansı bir böhran zamanı və ya təsadüfi bir səbəbdən itirilməsi halında məbləğin geri ödənilməsi məsələsi isə hələlik açıq olaraq qalır. Bu fondların zəmanət və etibarlılığının nə dərəcədə olacağı hələlik aydın deyil.

Lalə Mehralı, Sağlam toplum İctimai Birliyinin sədri
Milli.Az

Oxumaq
25.04.11   Şərhlərin sayı : 0
 
Erməni hədəfləri və Gürcüstanın "liberalizmi": "Erməni Cavakx Respublikası" ideyası körüklənir
Axısqa bölgəsində (gürcülər bu regionu "Cavaxetiya", ermənilər isə "Cavakx" adlandırır) Gürcüstan Ana Yasasında təsbit olunan Acarıstan, Abxaziya və Güney Osetiya muxtar respubliklarının sırasına "Erməni Cavaxk Respublikası"nın da əlavə edilməsi təbliğatı genişlənməkdədir. Ermənilər bu yöndə onlara məxsus internet sosial şəbəkələrində yeni separatçı regionun bayrağı, gerbi, himni və digər atributlarını yerləşdiriblər. Əksər erməni təşkilatları hətta bu regionun Ermənistana birləşdirilməsi üçün "qanuni hüquqlarının" olmasını iddia etməkdədirlər.
Oxumaq
06.04.11   Şərhlərin sayı : 0
 
Ağdam Çörək Muzeyi
Maraqlıdır ki, hafizəmizdə hər bir şəhər, qəsəbə və ya kənd daha çox hansısa əlamətdar hadisə və ya məhsulu ilə yadda qalır. Lənkəran çayı ilə, Astara lumusu ilə, Cəlilabad üzümü ilə, Gədəbəy kartofu ilə, Sabirabad qarpızı ilə, İsmayıllı “Qızıl Əhməd”alması ilə, Quba alması ilə, Göyçay narı ilə, Şəki halvası və pitisi ilə, Zakatala fındığı ilə, Xaçmaz pomidoru ilə, Agdam isə şərabı ilə. Həmin illərdə “Ağdam” çaxırı Rusiyada ən ucuz və “bərkgedən” şərab sayılırdı. Ötən illərdə Rusiyanın ikinci preizdenti Vladimir Putinin “Ağdam” çaxırının erməni vətəndaşlarımızla birgə istehsalı barədə dedikləri siyasi məna daşısada, diqqətimizi çəkən xeyli müddət keçməsinə baxmayaraq Rusiya liderinin xatirində məhz “Ağdam” çaxırının qalması oldu. Fransa və Gürcüstanın, o cümlədən ölkəmizin tanınmış konyak və çaxır brendləri dünyada indi də məşhurdur.
Oxumaq
05.04.11   Şərhlərin sayı : 0
 
Bərəkətli Çörək Muzeyləri...
Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Bu gün dunyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə baglı əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni bugdanın eramızdan əvvəl 
Oxumaq
02.03.11   Şərhlərin sayı : 0
 
"Həyat sığortası": Azərbaycanda can neçəyədir?
Belə bir deyim var bizdə - "olacağa çarə yoxdur", yaxud da həmişə deyirik, heç kim bədbəxt hadisədən sığortalanmayıb. Doğrudur, ancaq bizim indi bəhs edəcəyimiz məsələ sığorta anlamında deyilməyib, bu, o deməkdir ki, bədbəxt hadisə hamının başına gələ bilər. Bunün üçün də hadisələrdən minimum zərərlə çıxmaq
Oxumaq
15.02.11   Şərhlərin sayı : 0
 
Sosial şəbəkələr Azərbaycanda ailə modelinə ciddi zərbə vurur
İnternet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Kompyuterdən istifadə edən insanların ayrı-ayrı sosial şəbəkələrdə “dövr etməsi”, dostluq və tanışlıqlar şəbəkəsi isə artıq gündəlik normaya çevrilməkdədir. Amma bəlkə heç birimiz təsəvvür eləmirik ki,
Oxumaq
09.02.11   Şərhlərin sayı : 0
 
İçdiyimiz suyun keyfiyyət normaları
Hələ uzaq keçmişdə Azərbaycanda içməli suyu quyulardan götürərdilər və o zaman suyun keyfiyyətinə də insanlar özləri cavabdeh idilər. Dövr dəyişdikcə, sudan istifadə texnologiyaları da təzələndi. Sənayeləşmə su quyularını ucu-bucağı görünməyən su boruları ilə əvəzlədi. Amma o dövrdə bir məsələ hamını narahat edirdi
Oxumaq
03.02.11   Şərhlərin sayı : 0
 
Sərnişinləri sığortalamaq kimlərin mənafeyini qoruyacaq?
Sərnişindaşımada icbari sığorta bir sıra üstünlüklər qazandıracaq... Milli.Az xəbər portalı bildirir ki, nəqliyyat vasitələrinin sahibləri sərnişinləri sığortalamalı olacaqlar. Bu barədə bənd Milli Məclisə tövsiyyə olunan “İcbari sığortalar haqqında” qanun layihəsində yer alıb. Qanunda daşınmaz əmlakın icbari sığortası
Oxumaq
31.01.11   Şərhlərin sayı : 0
 
Səhiyyənin maliyyələşdirilməsi islahatı və icma əsaslı ilkin səhiyyə xidməti modeli
qhtxeber.az// Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsi, bu sahənin idarə olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və icbari tibbi sığortanın tətbiqi səhiyyə sektorunda qarşıda duran əsas vəzifələrdəndir.
Oxumaq
27.01.11   Şərhlərin sayı : 0
 
Aran kəndlərinin su axtarışı...
“bp-Azərbaycan”ın tərəfdar olduğu şirkətlərlə birliklə neft kəmərinin keçdiyi ərazilərdə quraşdırdığı sutəmizləyici qurğular digər bölgələr üçün də nümunə ola bilər. Artıq ölkənin içməli su qıtlığının müşahidə olunduğu bölgələrdən bu qurğuların tikintisi, onun idarə edilməsi mexanizmlərinə maraq göstərilir. 
Oxumaq
11.11.10   Şərhlərin sayı : 0
 
Səhifələr : # « 1 2 3 4 » #
Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


QHT çempionatı
 
Müzakirə
 
QHT TV
 
Köşə
Əkbər Həsənov

Bir qədər də dövlət rəmzlərinə hörmət barədə 


Etibar Əliyev «XXI Əsr» Təhsil Mərkəzinin sədri

Bir yəhudi ilə bir türkün Nobel nitqi



Ülkər Abdullayeva

Azərbaycanda kişilər qadınları necə məhv eləyir?


Jalə Tofiqqızı

Tarix yazan tarixi şəxsiyyət!


 
Arxiv
« May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
Online hüquq məsləhətxanası
 
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo