|
Vətəndaş cəmiyyətinin formalaşması hər şeydən əvvəl ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması və digər şərtlərlə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsində, dövləti idarəetməsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilmişdi. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən biri oldu.
|