Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
Əlil olanda nə olar?
Əlillərin cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində olan məsələdir. Biz də bunu nəzərə alıb tanıdığımız və təsadüfən rastlaşdığımız, müxtəlif səbəblərdən əlil olan bir neçə insanlarla danışdıq.
Oxumaq
19.07.11   Şərhlərin sayı : 0
 
Keçmiş vəhabinin şok etirafları: Zorla geri döndüm
Bir ara onlar Azərbaycanda çox məşhur idilər. İndii də geri qalmırlar. Amma Əbu-Bəkr məscidində məlum «TERROR AKTI»NDAN sonra onlar bir balaca qınlarına çəkilmiş kimi görünürlər. Bəli, Məhz qınlarına çəkilmiş kimi. Amma onların qınlarından sıyrılacağı gün isə uzaqda deyil. Çünki adamlar hələ də fəaliyyətlərini sürdürürlər və yerli hüquq-mühafizə orqanlarının ara-sıra onların saqqallarını qırxması da heç nəyi dəyişəcək gücdə deyil.
Bəli, onlar günbəgün təşkilatlanır, sıralarını genişləndirirlər. Elə bu günlərdə redaksiyamıza müraciət edən Bakı sakini Əhməd Xəlilov (ad şərtidir) da vəhabilərin qurduğu şəbəkə barədə şok məlumatlar verdi. Əhməd Xəlilov bir zamanlar vəhabi idi. Özünün dili ilə desək, artıq cəhənnəm yolundan geri dönüb. Bildirir ki, cəhənnəm yolundan geri dönmək mümkün olmasa da, vəhabilikdən birtəhər canını qurtara bilib.
Əhməd Xəlilov bildirir ki, onun «qardaşları» arasında adı Əbu Xəlil olub: «Onlarla təsadüfən tanış oldum. Keçən ilin yayında havalar isti olduğundan, istirahət yerlərinə gedə bilmədiyimdən elə arvad-uşağı evimizin yanındakı kiçik parka aparırdım. Demək olar ki, hər gün işdən gələn kimi onları götürüb parka gedirdim. Uşaqlar əylənir, biz də kölgəlikdə istirahət edirdik».




Oxumaq
13.07.11   Şərhlərin sayı : 0
 
“SÜNİ” KÖRPƏ, YOXSA GENEFONDUN MƏHVİ?
Ölkəmizdə “sınaq şüşəsində uşaq” texnologiyası ilə dünyaya gələnlərin sayı 3 mini ötüb, bu yolla körpə sifariş vermək isə ən azı 4 min manata başa gəlir...



Neçə ildir ailə həyatı quran Xəyalə analıq sevincini yaşaya bilməyib. Ailədə yaranan söz-söhbətlər, münaqişə və narazılıqlar boşanmaya qədər uzanıb. Uzunmüddətli müalicələrin isə nəticəsi olmayıb. Bir gün Xəyalə təsadüfən süni mayalanmanın uğurlu nəticəsi barədə eşidib. Həyat yoldaşı ilə birlikdə mütəxəssislərə müraciət edib.


Nəhayət, İranlı mütəxəssislərin səyi nəticəsində Xəyalə əkiz oğlan uşağı dünyaya gətirib. Bu gün də yaxınları onun süni mayalanma yoluyla ana olduğundan xəbərsizdir. Xəyalə deyir ki, “süni” uşaq onlara 5 min manata başa gəlib. Hazırda uşaqlarının bir yaşı var və onlar sağlamdır. Donor qismində kimin götürülməsinə gəlincə, Xəyalə deyir ki, həkimlər bunu sirr saxlayıb:
“Həkimlər dedi ki, yoldaşımdan sperma götürmək mümkün deyil. Əvvəlcə dedilər ki, donor qaynım olsun. Ancaq biz buna razı olmadıq”. Lakin söhbət kişi sonsuzluğundan getdiyi üçün qadının yumurta hüceyrəsi yad kişinin sperma hüceyrəsi ilə mayalandırılıb...
Bu gün Xəyalə kimi təbii yolla övlad sahibi ola bilməyənlər son çarə kimi “sınaq şüşəsində uşaq” sifariş verirlər. Əvvəllər ailələr bu cür problemlə qarşılaşdıqda yaxın qohumlardan, yaxud uşaq evlərindən körpələri övladlığa götürürdülər. Ancaq indi “Sınaq şüşəsində uşaq” texnologiyası və ya süni mayalanma tətbiq etməklə övlad sahibi olmaq mümkündür. Yəni hər iki tərəfin cinsi hüceyrələrindən istifadə etməklə, laborator şəraitdə yaranmış embrion yenidən qadının bətninə yerləşdirilir.
Süni mayalandırma üsulu ilə ilk dəfə 1978-ci ildə Böyük Britaniyada Liuza Braun dünyaya gəlib. Keçmiş SSRİ-də bu üsuldan 1986-cı ildə istifadə olunub. Azərbaycanda süni mayalanma üzrə aparıcı mütəxəssis, endoskopik cərrah Ersadık Turanın sözlərinə görə, ölkədə ilk belə hadisə 2004-cü ildə baş verib: “Dünya miqyasında süni mayalanma ilə doğulan insanların sayı 1 milyondan çoxdur. Şəxsən mən Azərbaycanda həyata keçirdiyim süni mayalanma nəticəsində doğulan 1000-dən çox uşaq saymışam. Ancaq sonralar sayını itirdim”.

“Süni” körpələr başqalarından fərqlənmir, ancaq...

Süni mayalanma üzrə mütəxəssis Aybəniz Nağıyevanın sözlərinə görə, cəmiyyətdə həmin körpələrin təbii yolla dünyaya gələn körpələrdən fərqli olduğu, əqli cəhətdən normal yolla dünyaya gələn körpələrdən geri qaldığı haqqında yanlış təəssürat var: “Ancaq süni mayalanma üsulu ilə doğulan körpələr təbii yolla dünyaya gələn körpələrdən heç nə ilə fərqlənmir. Belə uşaqlar tamamilə normal uşaqlardır. Başqalarından fərqi yoxdur. Sadəcə, bəzən süni mayalanma nəticəsində doğulan körpələrdə bir qədər fiziki zəiflik müşahidə oluna bilər. Bu da ananın hamiləlik dövründə qəbul etdiyi dərman preparatları ilə əlaqəli olur”.
Mütəxəssisin toxunduğu digər məsələ bəzən donorun atadan deyil, başqa kişidən götürülməsi məsələsi oldu: “Hazırda sonsuzluqdan əziyyət çəkən ailələrin sayı çoxdur. Bəzən isə problem kişidə olduqda həkimlər donor kimi başqasının hüceyrəsini götürür. Çox zaman bunu ailələrə bildirmirlər də. Bu zaman genefondun pozulması mümkündür...”
Deyilənə görə, bu metodla dünyaya gələn uşaqların çoxu əkizlərdir. Tibb mütəxəssisləri bunu təbii sayır. Bəzən bu yolla hətta uşağın cinsini də sifariş vermək olur. Ersadıq Turan bunu belə izah edir: “Çünki yumurtalığa çox embrion qoyuruq ki, qadın hamilə qalsın. Buna görə də uşaqlar çox vaxt əkiz doğulur. Doğulan əkizlər də sağlam və normal olurlar. Doğulanlar tək yumurta əkizi olmurlar”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə deyir ki, süni mayalandırma zamanı ikidən çox embrionun yerləşdirilməsinə qadağa qoyula bilər: “Təbii ki, ilk növbədə bu, valideynlərin arzusu ilə olur və çox vaxt onlar problemin birdəfəlik həll olunması üçün iki övlad istəyirlər. Lakin 3-4 övladın olması həm ana üçün əziyyət olur, həm də uşaqların ana bətnində və gələcək inkişafında böyük problemlər törədir. Süni mayalanma zamanı ikidən çox embrionun yerləşdirilməməsi Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrindən biridir”.
Xidmətin qiymətinə gəlincə, sorğu apardığımız bir neçə özəl klinikalarda süni mayalanma xidmətinin sonsuz ailələrə 3000-4500 manata başa gəldiyi məlum oldu. Özəl klinikaların birinin həkimi belə dedi: “Süni mayalanma xidmətinin qiyməti, dərman xaric - 2060 AZN-dir. Müalicə ərzində istifadə olunan dərmanların miqdarı isə qadının yaşından və orqanizmindən asılı olaraq 1000-2000 AZN arası dəyişir. Təxminən 4-5 min AZN təşkil edir”.



Oxumaq
11.07.11   Şərhlərin sayı : 0
 
İnternetlə Kanadadan alınan viza, 15 il əvvəl ölmüş azərbaycanlının şəxsi hesabı və 9 milyon dollar
Daxili İşlər Nazirliyi (DİN) xeyli sayda Azərbaycan vətəndaşının internet vasitəsilə aldadılması faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, son dövrlər telekommunikasiya şəbəkələrindən istifadə edilməklə müxtəlif hüquqazidd əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunur.
Oxumaq
11.07.11   Şərhlərin sayı : 0
 
Evlənmirəm əl çəkin!
Toy və yas mərasimləri xalqın dünyagörüşünü, fəlsəfi baxışlarını, mədəniyyətini, dəyərlər toplusunu özündə ehtiva edir. Azərbaycan xalqının əsrlərlə qoruyub saxladığı bu mərasimlərlə bağlı özünəməxsus milli xüsusiyyətləri, zəngin dəyərləri var. Ancaq son illər bu mərasimlər öz mahiyyətini dəyişərək eybəcərləşdirilməkdədir. İndiki toylar yarış, özünü reklam, bahalı paltar, maşın nümayişi, müğənnilərin qazanc mənbəyinə çevirdiyi yarış meydanını xatırladır. Bu məclislər bir-birini təkrarlanması, oxşar xüsusiyyətləri, eyniliyi insanları yorub.


SİA-nın məlumatına görə, Azərbaycanda il ərzində təxminən 90 min toy mərasimi keçirilir. Ancaq bu gün toy etmək arzusunu reallaşdıra bilməyənlər də az deyil. Kimi toydakı bayalıqdan, kimi israfçılıqdan, kimi də toy etməyin günü-gündən bahalaşmasından şikayətlənir.


Oxumaq
07.07.11   Şərhlərin sayı : 0
 
Müharibələrin və münaqişələrin yatırılmasında QHT-lərin müstəsna rolu var
Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva Gün.Az-a müsahibə verib.

- Dünyada baş verən müharibələrdə əsas əziyyəti qadınlar və uşaqlar çəkir. Sizcə problemlər qeyri-hökumət təşkilatlarının səyi nəticəsində həll oluna bilərmi?

- Ümumiyyətlə, bütün müharibələrin yaratdığı problemlərin təsirləri qadınların üzərinə düşür. Həyat yoldaşını itirən qadınlar ailənin bütün sosial yüklərini çəkməli olur. Uşaqların problemi, təhsili, maddi sıxıntılar və sairə. Nəzərə alsaq ki, başsız qadın və atasız uşaqlar üçün bunun nə qədər ağır olduğunu təsəvvür etmək olar.
Bu problem Azərbaycanda mövcuddur. Evindən didərgin düşmüş və şəraitsiz evlərdə, çadırlarda əziyyət çəkən qadınlar və uşaqlardır. Bütün bunlar göstərir ki, müharibənin ən acı nəticəsi məhz qadınların taleyi ilə bağlıdır. Əslində QHT-lərin əsas missiyalarından biri insanlar arasında əmin-amanlığın və sülh təşəbbüsünün inkişaf etməsidir.
Bu sektorda milliyyətçilik anlayışı yoxdur, əsas prinsiplər insani dəyərlərin inkişafıdır. Əslində müharibələrin və münaqişələrin yatırılmasında, sülhün bağlanması və uzanmasında QHT-lərin müstəsna rolu var. Mən əminəm ki, QHT-lərin hər biri bu problemin həll olunmasında ən maraqlı tərəfdir.


Oxumaq
30.06.11   Şərhlərin sayı : 0
 
Əhməd Qəşəmoğlu: Sosioloji araşdırmalar üçün sifarişçi olmalıdır
“Sağlam Həyat Mədəniyyəti” Ictimai Birliyin rəhbəri Əhməd Qəşəmoğlunun Gün.Az-a müsahibə verib.

- Söhbətimizə ümumi xarakterli bir sualla başlayaq: Azərbaycanda sosiologiyanın indiki durumunu necə dəyərləndirmək olar?

- Açıq etiraf edək ki, hazırkı vəziyyətdə sualınıza birmənalı müsbət cavab vermək üçün əsas yoxdur. Təəssüf ki, vaxtilə kifayət qədər cəlbedici və maraqlı sahə olan sosiologiya elminə diqqət arzuedilən səviyyədə deyil. Ona görə də, bu sahədə dövrə və zamana uyğun inkişaf tempini saxlamaq mümkünsüz hala gəlib.

- Bəs problem nədədir və gözlədiyiniz diqqət niyə yoxdur?

- Səbəbini dəqiq deyə bilməsəm də, görünən budur ki, sosiologiya elmindən hələ də ehtiyat edənlər var. Mənim bütün fəaliyyətim bu sahə ilə bağlıdır. 30 ildən artıqdır ki, Azərbaycanda sosiologiya elminin lazımi şəkildə inkişaf etməsi üçün çalışıram. Amma nədənsə, bu istiqamətdə göstərdiyim təşəbbüslər nədənsə, müəyyən müqavimətlə qarşılaşır.

Əlbəttə ki, belə münasibət bizi qane edə bilməz. Təsəvvür edin, sovetlər dönəmində Azərbaycan sosiologiya elminin inkişafına görə keçmiş SSRİ-də aparıcı mövqelərdə qərarlaşırdı. Bizim mütəxəssislər digər respublikalarda bu sahənin inkişafına cəlb olunurdular.


Oxumaq
24.06.11   Şərhlərin sayı : 0
 
Sanatoriyalarda istirahət ucuz başa gəlmir
ƏLİ MƏSİMLİ: «KASIB ADAM ALDIĞI AZ MAAŞLA SANATORİYA HAQQINDA DÜŞÜNƏ BİLMİR»


SANATORİYALARIN ÖZ TƏYİNATLARI ÜZRƏ İŞLƏMƏSİ ZƏRURƏTİ YARANIB

Məzuniyyət dövründə insanların əksəriyyəti istirahətini sanatoriya, kurort və yə istirahət mərkəzlərində keçirmək, sağlamlığını bərpa etmək istəyir. Lakin bu istəyi onların heç də hamısı reallaşdıra bilmir. Çünki bu arzunu reallaşdırmaq üçün böyük məbləğdə vəsait tələb olunur. Həmkarlar İttifaqı Konfedersiyasının maliyyə şöbəsinin müdir müavini Elşən Süleymanovun sözlərinə görə, hazırda Azərbaycanda Həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir: «Bunlar «Bilgəh» kordioloji, «Abşeron» mədə-bağırsaq, «Günəşli» sinir sisitemi, «Qaranquş» böyrək xəstəlikləri, «Şıx» sümük əzələ sistemi sanatotiyaları, «Şəfa» müalicə pansionatıdır (ümumi xəstəliklər üzrə). Bundan başqa bölgələrdə «Naftalan», «Qalaltı» və «Ulusu» sanatoriyaları da fəaliyyət göstərir. İstirahət müəssisələrindən isə «Xəzər» turist bazası, «Şaxtaxt» istirahət evinə yollayışlar verilir».

SANATORİYALAR TƏDRİCƏN BOŞALDILMALIDIR

E.Süleymanov, bəzi sanatoriyaların məcburi köçkünlər tərəfindən məskunlaşdığından fəaliyyət göstərmədiyini söylədi: «Sanatoriyaların mövcud 12600 çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahəti üçün istifadə edilir. Bunun bir səbəbi sanatoriya və istirahət mərkəzlərində qaçqınların məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalması ilə bağlıdırsa, digər səbəbi onların texniki cəhətdən istismara yararsız olması ilə bağlılır. Hazırda sanatoriyaların 70 faizində 8500 nəfərə yaxın qaçqın və məcburi köçkün yaşayır». Qurum rəsmisi qeyd etdi ki, torpaqlarından didərgin düşmüş şəxslərə göstərilən kommunal, səhiyyə və digər xidmətlərin xərcləri əsasən Həmkarlar İttifaqları fondlarının hesabına ödənilir. Onun sözlərinə görə, Azərbaycan turizm ölkəsinə çevrildiyindən sanatoriyaların öz təyinatları üzrə işləməsi zərurəti yaranıb: «Həmin sanatoriyalar tədricən boşaldılmalıdır. Lakin sanatoriyalar boşaldılandan sonra onların təmiri üçün xeyli vəsait lazımdır. Bu sanatoriyalar müasir tələblərə uyğun yenidən qurulmalıdır». E.Süleymanov dedi ki, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sahə həmkarlar təşkilatlarının istirahət mərkəzləri yaranıb: «Artıq rabitə və dəmiryol işçilərinin həmkarlar təşkilatlarının sanatoriyaları tikilib. İndii isə təhsil işçiləri üçün 380 nəfərlik istirahət sanatoriyası tikilir, onun gələn il istifadəyə veriləcəyi gözlənilir». Müsahiblə söhbətdən məlum oldu ki, bu il Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının xətti ilə 20 mindən artıq şəxs sanatoriyalara gedəcək. Onlara yollayışlar həm ailəvi istirahətə getmək, həm müalicəvi, həm də turizm məqsədilə verilir. Qeyd edək ki, Konfederasiyanın xətti ilə kurort-sanatoriya müalicə müəssisələrinə yollayışın dəyərinin 15 faizi işçilər, yerdə qalan 85 faizini isə işəgötürən tərəfindən ödənilir.



Oxumaq
23.06.11   Şərhlərin sayı : 0
 
Milli Kulinariya Assosiasiyası ciddi xəbərdalıq edir! "Azərbaycanda yaxın 5-6 il ərzində çoxlu ölüm hadisələri olacaq"
Təxminən 1 il bundan əvvəl paytaxt Bakı restoranlarından birinə iş yoldaşımızın toyuna getmişdik. Çox məşhur restoranda gözləmədiyimiz bir mənzərə ilə üzləşdik. Salona daxil olar-olmaz burnumuza gələn iy yeməklərin heç də təzə olmamasından xəbər verirdi. Salat və s. yeməklə toyu bir təhər ötüşdürdük. Payız ayında masaya gətirilən buz kimi təamlar heç iştah açmırdı. Ancaq yeməklərin köhnə olduğunu zənn etməyən bir həmkarımız zəhərlənməd qurbanı oldu ki, bunu yalnız növbəti gün işə gələrkən bildik... Həmkarımız yalnız ertəsi gün işə çıxa bildi.

Rəsmi statistikaya baxaq: Bu ilin 5 ayı ərzində Azərbaycanda əhali arasında 258 qida zəhərlənməsi hadisəsi baş verib, 325 nəfər zərərçəkən olub. O cümlədən 17 botulizm hadisəsi baş verib, 35 nəfər zərərçəkən olub. Göründüyü kimi Bakıda yenə də yararsız qida məhsullarından zəhərlənmə geniş vüsət alıb. Artıq harada və nə yeyəcəyin haqda olduqca diqqətli olmalısan, yoxsa
həmin 325 nəfərin aqibəti səni də gözləmiş olacaq.

Görəsən, nə vaxtsa toy və ya hansısa restoranda yediyiniz qida məhsulunun mənşəyi, yəni haradan gətirilməsi, harada saxlanılması və ya onu hazırlayan aşpazın təmizkar olub-olmaması haqda heç olmasa düşünmüsünüzmü?

Məsələ ilə bağlı Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti, YUNESKO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov ANS PRESS-ə açıqlamasında Azərbaycanda restoran biznesində standartlara riayət olunmadığını bildirdi. Onun sözlərinə görə, Azərbaycan restoran və şadlıq saraylarında qida məhsulları ilə bağlı dövlətlərarası standartlara qol çəkib.



Oxumaq
22.06.11   Şərhlərin sayı : 0
 
Ünsiyyət, yoxsa tələ?
İnternetin Azərbaycanda geniş yayılması ilə bu xidmətdən istifadə edənlərin sayı sürətlə artır. Hazırda ölkəmizdə 4 milyondan artıq internet istifadəçisinin olduğu güman edilir. Bu, ilk baxışdan sevindirici hal kimi qəbul olunsa da, məsələni bir qədər dərindən araşdırdıqda vəziyyətin heç də göründüyü kimi ürəkaçan olmadığı aydın olar.
Belə ki, bu gün insanların böyük əksəriyyəti internetdən məlumat almaq, dost-tanışları ilə əlaqə saxlamaq və digər xeyirli məqsədlər üçün yararlanmaq əvəzinə, daha çox əyləncə vasitəsi kimi istifadə edir ki, tanışlıq saytlarının bu baxımdan xüsusi yeri var.


Oxumaq
20.06.11   Şərhlərin sayı : 0
 
Dəyərdən düşən dəyərlər
Hər bir millətin tarix boyunca inkişaf etmiş milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərləridir. Bəzən fərdlərə görə dəyişən milli dəyər anlayışı çox zaman ümumi rahatlıq və vətən naminə birgəlik nümayiş etdirməkdədir. Çünki bir milləti var edən və daima ayaqda saxlayan bu dəyərlərdir.

Milli dəyər anlayışı


Oxumaq
17.06.11   Şərhlərin sayı : 0
 
İnternatdan küçəyə: Gələcəyə isə qapı bağlıdır!
Azərbaycanda kimsəsizlər və küçə uşaqlarının son illərdə kəskin surətdə artdığına inanmaq üçün, heç də hər hansı rəsmi statistikaya ehtiyac yoxdur, çünki bu cəmiyyətdə hər şey bizim gözlərimizin önündə baş verir.
Bir jurnalist-bloqçu olaraq, Azərbaycanda hüquq müdafiəsi və qayğıya ən çox ehtiyacı olan küçə uşaqları ilə bağlı vəziyyəti araşdırmağa çalışdım və bu istiqamətdə iş görən bir neçə hüquq müdafiəçisi ilə həmsöhbət oldum.

Hara gedim, kimim var?!


Oxumaq
06.06.11   Şərhlərin sayı : 0
 
Sosial şəbəkə, yoxsa sosial bəla?
Sosial obyektlərdən ibarət qovşaqları birləşdirən, sosial struktur olan sosial şəbəkə internetdə interaktiv, çoxlu istifadəçisi olan saytdır. İlk sosial şəbəkənin yaranması XX əsrin 90-cı illərinin ortalarına təsadüf edən “classmates.com” olsa da daha sonra 1999-cu ildə “Livejournal”, 2003-cü ildə “MySpace” yaradılıb. Son illərdə isə böyük populyarlıq qazanan, 2004-cü ildə yaradılan “Facebook” və nəhayət, 2006-cı ildə Rusiyada yaradılan “odnoklassniki” və “V kontakte” oldu.
Oxumaq
06.06.11   Şərhlərin sayı : 0
 
Ev bizim, kürəkən sizin...
Əcnəbilərlə nikaha meyl edən azərbaycanlı qızlar nədə və niyə uduzur?
Əcnəbi kişilərlə nikah hər il artan sürətlə inkişaf edir


Günorta saatlarında Türkiyə telekanallarından birində yayımlanan izdivac verilişi... Azərbaycanlı qadın özünə ömür-gün yoldaşı tapmaq üçün danışır. 3 uşaqlı orta yaşlı qadın əri öldüyü üçün öz ölkəsində qala bilməməsindən, burada özünə uyğun birini taparsa, həyatına davam edəcəyindən bəhs edir. Studiyadakı həmcinsləri ona qarşı aqressiyalıdır. Onların fikrincə, vətənini atıb, ərə getmək üçün başqa ölkəyə - qardaş ölkə belə olsa - gəlmək doğru hərəkət deyil. Azərbaycan cəmiyyəti üçün uzun illər kişilərin qeyri-millətdən olanlarla ailə qurması adi hal kimi qarşılanırdı. Amma son 10 ilin təcrübəsi Azərbaycan qadınlarının da bu sayaq izdivaclara meyl etdiyini göstərir. Bəs bunun təhlükəsi, mənfi cəhətləri, eləcə də Azərbaycan cəmiyyəti üçün hər hansı problemləri varmı?


Oxumaq
03.06.11   Şərhlərin sayı : 0
 
Ofis xəstəliklərinin "qara siyahısı"
Azərbaycanda on minlərlə ofis işçisi iş saatı başlayandan sona qədər gözəgörünməz təhlükələrlə üz-üzədir... Milli.az xəbər portalı bildirir ki, dünyada Papua-Yeni Qvineya, Nepal və ya Svazilend təki ölkələr istisna olmaqla, bütün dövlətlərdə ofislərdə çalışanlar gərgin iş rejimində işləyir. Bu gərginlik, çalışanların işinin ağırlığı, çox olması və ya intensivliyi ilə bağlı deyil. Ofisdə olanların hamısı istisnasız şəkildə gözəgörünməz, bəzən də aşkar görünən təhlükələrlə üzbəüzdür. Lakin əksər hallarda, bu təhlükələr qulaqardına vurulur, nəzərə alınmır və əhəmiyyətsiz məsələlər sayılır. Nəticə isə müxtəlif xəstəliklər, orqanizmdəki fəsadlar, ən yaxşı halda isə iş vaxtı bitəndə yorğunluq və "boşluq" hissləri olur.
Oxumaq
03.06.11   Şərhlərin sayı : 0
 
Ekspertlərdən ibarət qrupun rəsmi açıqlaması: mobil telefonlar xərçəng xəstəliyi yaradır!
Dünyanın müxtəlif ölkələrində alimlərin indiyədək söylədikləri, amma iddia kimi qəbul edilən araşdırmaların nəticələri bu gün sübut olundu.
"The Daily Mail"ə istinadən bildirir ki, mobil telefonlar insan orqanizmində xərçəng xəstəliyi yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müxtəlif ölkələrdən olan ekspertlərdən ibarət qrupu onlarla elmi araşdırma və tədqiqatların nəticələrini təhlil edərək belə nəticəyə gəlib ki, mobil telefonlardan istifadənin beyin xərçəngi yaratma riski həddən ziyadədir.


Oxumaq
02.06.11   Şərhlərin sayı : 0
 
Kimin hüququ daha çoxdur: kişinin, yoxsa qadının?
Qərblilərin, avropalı və amerikalıların əksəriyyətinin nəzərində Şərq qadını, daha doğrusu, İslam ölkələrindəki xanımlar heç bir hüququ olmayan, döyülən, əzilən, ağır işgəncələrə məruz qalan yazıq, qorxaq, müti məxluqlardır. Ki, bu məxluqların həyatı və hüquqları onları adam yerinə qoymayan əri və ən başlıcası - Şəriət qaydaları ilə məhdudlaşdırılıb. Belədirmi?

Cavab verməyə çalışacağıq. Amma bizdən birbaşa, konkret və dəqiq cavab gözləməyin. Çünki dünyanın istənilən yerindəki qadınların həyatı təki, müsəlman qadınların arasında da yaşamları aydın, normal və rəvan olmayanları var. Onların həyatı asan və qayğısız deyil.

Bəribaşdan deyək ki, müsəlman qadını yalnız İslam yolunda olduğuna görə, zəif və zavallı saymaq, onun həyatını qara çalarlarla təsvir etməyə dəyməz.



Oxumaq
01.06.11   Şərhlərin sayı : 0
 
Kondisioner: rahatlıq, yoxsa xəstəlik mənbəyi?
Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artır. Sən demə, yay və qış aylarında vərdiş etdiyimiz kondisionerlərin orqanizmimizə ziyanı, xeyrindən az deyilmiş.

Bəs təbii sərinlik daha yaxşıdır, yoxsa texnikanın bu gözəl nailiyyəti olan kondisionerin havası? Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər?

Alimlər hesab edir ki, kondisionerlər otağın havasında olan vitaminləri məhv edir.


Oxumaq
01.06.11   Şərhlərin sayı : 0
 
Boşanmağın mədənisi olur?
“Məni döyürdü, təhqir edirdi, hər gün əzab verirdi. Bu işgəncələrə dözə bilmədim və ayrıldım”. Bu sözləri 5 il qeyri-rəsmi nikahda olduğu həyat yoldaşından ayrılan Aygün deyir. 2006-cı ildə rəsmi nikah olmadan ailə quran Aygün hazırda iki körpə uşağı ilə atası evinə sığınıb. Buna əsas səbəb kimi həyat yoldaşının içki və narkotikə qurşanmasını göstərir. Həyat yoldaşının heç bir işdə işləmədiyini, evdə olan-qalan əşyaları da sataraq içkiyə verdiyini deyən Aygün hər gün döyüldüyünü, müxtəlif təzyiqlərə məruz qaldığını, əsəbi və psixoloji gərginlik keçirdiyini deyir. “Çox əsəbi olmuşdum, hələ indiyə qədər müalicə alıram” - deyən Aygün bununla yanaşı uşaqlarına aliment də ala bilmir. “Uşaqlar nəinki atasının soyadını daşımırlar, hətta ata qayğısından da məhrumdurlar”. Rəsmi nikahın olmaması Aygün üçün çox problemlər yaradır.
Oxumaq
26.05.11   Şərhlərin sayı : 0
 
Övladımızın dost seçimi: yoldaşı necə seçməli?
Cəmiyyətdə var ola bilmək, bütün problemlərə sinə gərə bilmək, həyatımıza, yaşantımıza bir az da maraq qata, sevincimizi və kədərimizi bölüşə biləcəyimiz yaxınlara, ən çox da sadiq dostlara ehtiyacımız var. Bəzən valideynlərimizə deyə bilmədiklərimizi belə dostlarla bölüşürük. Dostluqlar isə asan yaranmır, daha dəqiq ifadə etsək, asan qazanılan dostluqların ömrü uzun olmur. Bizdə bir el məsəli var: “dostunu göstər, sənin kim olduğunu deyim”. Çünki çevrəndəki insanlar bir növ sənin pasportundur.
Oxumaq
25.05.11   Şərhlərin sayı : 0
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo