Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
Gənclik və Azərbaycançılıq...
Son illər azərbaycançılıq ideyası daha geniş səviyyədə intişar tapmaqdadır. Bu əsla təsadüfi deyil. Ona görə ki, sözügedən ideya o qədər mükəmməl və humanist əsaslara söykənir ki, ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədəki bütün insanlar sıx birləşib. Prinsipcə burada təəccüblü heç nə yoxdur. Çünki ölkədə yaşayan bütün xalqlar azarbaycançılıq ideyasını birləşdirici, vəhdət yaradıcı bir ideya kimi qəbul edir.
Oxumaq
12.05.11   Şərhlərin sayı : 0
 
Əliməmməd Nuriyev: Korrupsiyaya qarşı mübarizənin ibrətamiz nəticələri var
Hər hansı dövlət qurumunda çalışan və ona etibar edilən səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə edən məmurlara qarşı bir müddət əvvəl başlayan antikorrupsiya tədbirləri davam etməkdədir. Vətəndaş-məmur münasibətlərində formalaşan korrupsiya sövdələşmələri, rüşvətxorluq halları əvvəllər nə qədər adi və laqeyd qarşılanırdısa, indi onların aradan qaldırılmasına cəhdlər bu gün cəmiyyət tərəfindən müsbət qəbul olunur. Hazırkı vəziyyətə aydınlıq gətirmək üçün Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevlə söhbətə başladıq:

“Hələlik bu, məmurlar tərəfindən tam şüurlu seçim deyil”
- Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsindən ötən müddətdə hansı dəyişiklikləri görürsünüz? Nəzərə çarpan nəticələr varmı?



Oxumaq
25.04.11   Şərhlərin sayı : 0
 
Şahin İsmayılov: Prezidentlə görüş gənclərə böyük bir motivasiya oldu


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov “Azadinform”un suallarını cavablandırıb..

-  Azərbaycan Prezidenti gənclərlə görüşdü. Bu görüş gənclər təşkilatı olaraq sizin hansı gözləntilərinizə cavab verdi?


- Ümumiyyətlə, prezidentlə görüş gənclərə böyük bir motivasiya oldu. Biz tələbə təşkilatıyıq və 39 tələbə gənclər təşkilatını özümüzdə birləşdiririk. Biz bu görüşdə tələbələr üçün aktual olan məsələləri qaldırdıq. Prezidentə çatdırdığımız məsələlərin ən vacibi universitetlərdə tələbə özünüidarəetmə birliklərinin formalaşması idi. Bu istəyimizə əsasən özünüidarəetmənin vacibliyi, asudə vaxtın səmərəliliyi daxildir. Cavab aldığımız gözləntilərimiz içərisində eyni zamanda, biz tələbələr üçün xüsusi güzəşt paketinin hazırlanması idi. Avropada tələbə kartı anlayışı var ki, bu özündə müəyyən güzəştləri birləşdirir. Tələbə kartının vahid bir sənəd kimi bütün Azərbaycan tələbələrini birləşdirməsi təklifini irəli sürdük. Görüş əsnasında, həmçinin tələbələr bizə bir sıra suallar vermişdilər ki, onu ölkə başçısına çatdırdıq. Bura əsasən təqaüdlərin artırılması məsələsi daxildir. Bu kimi bütün məsələlərlə bağlı sualları prezidentə ünvanlamışıq. Prezident öz qeydlərini apardı və bunları diqqət mərkəzinə aldı. Buna əsasən mən əminliklə deyə bilərəm ki, yaxın günlərdə tələbələrin təqaüdlərinin artırılması gözlənilir. Bundan başqa, görüşdə müxtəlif sahələri təmsil edən gənclər vardı. Onların da müxtəlif təklifləri oldu. Məsələn, Azərbaycanda gənclər mərkəzinin tikilməsi və s. Hazırda 200-dən çox gənclər təşkilatı var və həmin gənclər təşkilatlarının o qədər də imkanları yoxdur ki, müəyyən otellərdə tədbirlər keçirsinlər. Bu da ölkə başçısı tərəfindən qeydə alındı. Görüşdə eyni zamanda, ipoteka məsələsi də müzakirə olundu və ölkə başçısı buna xüsusi diqqət ayıracağını bildirdi. Ölkə başçısı bizi əmin etdi ki, bütün bu problemlər hazırlanması üçün sərəncam verdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında əhatəli formada öz əksini tapacaq.


- Qeyd olunan proqramda təhsillə bağlı məsələlərə xüsusi diqqət ayrılacağı vurğulanır. Sizi bu sahədə indiyədək narahat edən məsələlər hansı idi?



- Bilirsiniz, təhsil məsələləri həmişə aktual olub. Məsələn, burada indiyədək bizim üçün maraqlı olan Boloniya sisteminin daha da dərinləşdirilməsi öz əksini tapacaq. Eyni zamanda, xarici təhsilə inteqrasiyanın daha da genişlənməsində maraqlıyıq ki, bu da proqramda öz əksini tapacaq. Bundan başqa, təhsillə bağlı bəzi sosial məsələlər var ki, o da proqramda öz əksini tapacaq. Biz gənclərin bu proqramdan gözləntiləri böyükdür. Gözləntilərimizin əbəs yerə olmadığını bilirik. Yaxın zamanlarda şahid olacağıq ki, bütün istəklərimiz reallıqda öz əksini tapıb. Bu barədə biz Azərbaycan Prezidentinin bizə olan diqqətinə çox etibar edirik.


- Ölkə başçısı ilə görüşdə gənclərin evlə təmin olması məsələsi diqqətdə oldu. Yəqin bununla bağlı ipoteka kreditlərinin sadələşdirilməsi üçün sizin təşkilatın da hansısa təklifləri var...


- Azərbaycan Prezidenti ilə görüşdə ipoteka məsələsi müzakirə olunan aktual məsələlərdən biri idi. İpoteka qanununda fond tərəfindən verilən məbləğ 35 min manat götürülüb. Hazırda həmin məbləğə ev almaq nisbətən çətindir. Ona görə də görüşdə şərtlərin güzəştli olması məsələsi də gündəmə gətirildi. Bilirsiniz ki, hazırda dünyada işlək olan bir neçə model öyrənilir. Mən yuxarıda qeyd olunan dövlət proqramının işçi qrupunda varam və bunun üçün biz geniş təkliflər paketi hazırlayırıq. Bu, şərtlərin sadələşdirilməsindən ibarətdir. Hazır olan kimi biz bu barədə məlumat yayacağıq. Həmçinin tələbələr də öz təkliflərini verə bilərlər. Təbii ki, təkliflər dəyərləndirilərək ittifaq adından təklif paketində təqdim olunacaq.


- Bu günə qədər tələbələr daha çox sizə hansı sosial problemlərlə bağlı müraciət ediblər ?


- İndi tələbələrin ən yaralı problemi yataqxana problemidir. İstəyirik tezliklə yataqxana problemi həll olunsun. Tələbələr sosial cəhətdən zəif təbəqə sayılır və onlara ev kirayəsini ödəmək çox çətindir. Xüsusən rayondan gələn tələbələr üçün böyük problemdir. Təbii ki, tələbələrin iş tapması ilə bağlı problemləri də olur. Biz müəyyən şirkətlərlə danışırıq ki, tələbələr yarım gün həmin şirkətlərdə təcrübə keçsinlər. Artıq bir neçə şirkətlə müqavilələrimiz bağlanır. Onu da deyim ki, ölkə başçısı ilə görüşdə yataqxana məsələsi də çox ciddi şəkildə vurğulandı. Həmçinin ölkə başçısı yeni dövlət proqramı ilə gənclərin işlə təmin olunmasında yaranan problemlərin birdəfəlik həll olunacağını bildirdi.


- Bir çox universitetdə tələbə gənclər təşkilatları fəaliyyət göstərir. Onların fəaliyyəti sizi qane edir?


- Təbii ki, hamısından razıyıq desək, yanlış olar. Bunun obyektiv və subyektiv səbəbləri var. Ümumilikdə tələbə gənclər təşkilatları layihəsi çox uğurlu layihədir. Ümid edirəm ki, ölkə başçısı ilə görüşdən sonra bu layihə daha da aktiv fəaliyyətə keçəcək.

Oxumaq
25.04.11   Şərhlərin sayı : 0
 
Potensialımız imkan verir ki, Azərbaycan gənci Yaxın Şərqin düşünən beyin mərkəzinə çevrilsin
qhtxeber.az// Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və QHT sektorunu təmsil edən tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib. Görüşdə «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı ilə bağlı müzakirələr aparılıb, mövcud problemlərlə yanaşı, çıxış yolları da göstərilib. Prezidentin gənclərlə görüşündə maraqlı təkliflər səsləndirilib. Həmin görüşdə iştirak edən proqramın hazırlanması üzrə yaradılan İşçi Qrupun üzvü, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova simsar.az-a müsahibəsində prezidentlə keçirilən görüş və qarşıdakı 4 ildə gənclərlə bağlı nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Qhtxeber.az mövzunun aktuallığını nəzərə alaraq müsahibəni olduğu kimi oxucuların diqqətinə çatdırır.
Oxumaq
25.04.11   Şərhlərin sayı : 0
 
Gənclərə yönəlmiş tədbirlər
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalının “Olaylar”a müsahibəsi.

-Əkbər müəllim, bu günlərdə prezident İlham Əliyev Azərbaycan Gəncliyi 2011-2015-ci illər Dövlət Proqramının hazırlanması barədə sərəncam imzalayıb. Sizcə, prezidentin məlum sərəncamı dövlətin gənc nəslə olan diqqət və qayğısının göstəricisi deyilmi?
-Azərbaycan Gəncliyi 2011-2015-ci illər Dövlət Proqramının hazırlanması ilə bağlı prezident İlham Əliyevin imzalamış olduğu sərəncam heç şübhəsiz ki, böyük alqışa layiqdir. Biz yaradıcı gəncləri birləşdirən birlik olaraq bundan çoõ məmnunuq. Bu sahə ilə bağlı imzalanan istənilən sənəd bizim üçün õüsusi diqqət ayrılacaq, öyrəniləcək bir sənəddir. Giriş hissəsində göstərildiyi kimi sənəd Azərbaycanda gənclər siyasəti, gənclərin vətənpərvərliyi, Azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında õalqımızın tariõi-mədəni irsinə, milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, eləcə də cəmiyyətin ictimai, sosial-iqtisadi və mədəni həyatında onların fəal iştirakı kimi məsələləri özündə ehtiva edir. Nəzərdə tutulan proqram da məhz bu ruhda hazırlanacaq. Fevralın 1-də Gənclər və İdman Nazirliyinin nəzdindəki İctimai Şuranın toplantısında da gənc ictimaiyyətin nümayəndələri olaraq nəzərdə tutulan Dövlət Proqramı ilə bağlı ilkin dinləmələr keçirdik, müzakirələr apardıq. Hətta ötən ilin sonunda da bu barədə gənclər təşkilatlarının nazirlikdə müəyyən məsləhətləşmələri olmuşdu. Prezidentin məlum sərəncamı və qısa müddət ərzində həmin proqramın hazırlanması ilə bağlı İşçi Qrupun yaradılmasının nəzərdə tutulması proseslərin sürətindən õəbər verir. Hesab edirəm ki, hazırlanacaq yeni Dövlət Proqramı Azərbaycanın ictimai-siyasi, mədəni həyatında, õüsusilə gənclik sferasında böyük bir canlanma yaradacaq. Bunu deməyə əsas verən bir sıra amillər var. Birincisi, öncəki proqramın təcrübəsi və əldə edilən nəticələr. İkincisi isə, proqramda nəzərdə tutulacaq məsələlərin dairəsinin genişliyi. Üçüncüsü, Azərbaycanda əhalinin böyük bir hissəsini gənc yaşında olan insanlar təşkil edir. Həmçinin ölkədə illərlə formalaşmış gənclər təşkilatları mövcuddur. Onların fəaliyətinin genişlənməsi, gənclərə yönəlik proqramların dəstəklənməsi, bu istiqamətdəki layihələrin daha geniş bir formada özünü göstərməsi bütövlükdə bizim ümumõalq maraqlarımıza õidmət edir. Hər bir müəssisəsədə, evdə gənc var və gənclərə yönəlmiş tədbirlər bütövlükdə ictimaiyyətin, cəmiyyətin hər bir üzvünü maraqlandırmaqdadır.


Oxumaq
20.04.11   Şərhlərin sayı : 0
 
Mübariz Aşırlı: Layihəni uğurla yekunlaşdırıb, təkliflər hazırlayaraq cəmiyyətə çatdıra biləcəyik
"Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı “Xalq Cəbhəsi” qəzetinə müsahibə verib.
Oxumaq
20.04.11   Şərhlərin sayı : 0
 
Şeytanla ittifaqa hazırlaşan - virtual dovşanlar
Xalq Cəbhəsi qəzeti// Gerçək həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələr günümüzün əsas müzakirə mövzularından biridir. Bir müddət əvvəl internet vasitəsilə iş tapmaq, ailə qurmaq nə qədər qəribə təəsürat yaradırdısa da, indi artıq bu xəbərlər adiləşib. Son dövrlərdə sosial şəbəkənin daha bir xüsusiyyəti önə çıxıb ki, bu da kütləvi xəbərləşmə, təşkilatlanma və bir mərkəzdən idarə olunma hadisələrini özündə cəmləşdirir. Belə mülahizələr var ki, bu hadisələrin virtual qaydada həyata keçirilməsi bir dövlətin kəşfiyyat orqanlarının maraqlı olduğu digər dövlətdə proseslərə təsir göstərmək imkanlarını artırıb və asanlaşdırıb. 
Təsadüfi deyil ki, son ərəb inqilablarında sosial şəbəkələr içərisində populyarlığı ilə seçilən facebook şəbəkəsinin həlledici rolu vurğulanır. Bu şəbəkə hakimiyyət əleyhinə qalxan kütlələri səfərbər etmək, onlara ideya vermək, eləcə də təşkilatlandıraraq kütləvi xəbərləşməni həyata keçirmək işlərində mühüm yardımçı olub. "Facebook"un sözügedən prosesdə əhəmiyyəti təkcə bununla bitmir. Bu şəbəkə inqilablar olan ölkələrdə həm də mətbuat və informasiya agentliklərinin vəzifəsini yerinə yetirir. İnformasiyanı beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda, ölkə daxilində informasiya mübadiləsinin təşkili bu məsələlərdə xüsusi qeyd olunmalıdır. Əgər iddia olunduğu kimi inqilabi proseslərdə Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi və ya hər hansı başqa kəşfiyyat orqanının əli varsa, onların nümayəndələrinə maraqlı olduqları prosesi diqqətdə saxlamaq, yönəltmək, təxribatlar törətmək imkanları məhz "facebook" vasitəsilə yaradılır.
Yeri gəlmişkən, mart ayının ortalarında məlum oldu ki, ABŞ-ın "Facebook" və "Twitter"lə bağlı yeni planları vardır. Plan çərçivəsində Birləşmiş Ştatların təbliği və yeni "inqilablar" üçün xüsusi kompüter proqramı hazırlanıb. Pentaqonun inkişaf etdirdiyi kompüter proqramıyla "Facebook" və "Twitter" kimi sosial paylaşım saytlarında, elektron poçtla internetdə saxta kimliklər (virtual şəxslər) yaradılaraq ABŞ-ın təbliğatı aparılacaq. İngilis "Guardian" qəzetinin xəbərinə görə, proqram vasitəsiylə yaradılan virtual (sanal) şəxslər (kimlik) vasitəsiylə sosial paylaşım saytlarındakı dialoqlara, yazışmalara qatılaraq iştirakçılara təsir göstərmək məqsədi güdülür. Proqramı ABŞ Silahlı Qüvvələrinin Orta Asiya və Orta Şərqdəki əməliyyatlarına rəhbərlik edən mərkəzi komandanlığın (Centcom) tenderində qalib gələn bir Kaliforniya firması hazırlayıb. Kompüterdə "online şəxs yönətim servisi" proqramıyla bir amerikalı məmur (mütəxəssis) sosial paylaşım saytlarında və ya müxtəlif internet saytlarında yaradılan, dünyanın çeşidli yerlərindən izlənilən, müstəqil 10 sanal kimliyi (virtual şəxsi) nəzarətdə saxlaya biləcək. Mütəxəsislər Pentaqonun layihəsinin Çinin internetdəki ifadə azadlığını məhdudlaşdırma və nəzarət altına alma cəhdinə bənzədiyini bildirirlər. Proqramı tənqid atəşinə tutanların fikrincə, Birləşmiş Ştatların virtual ordusu bunun sayəsində internetdə müəyyən bir məsələ üzərində saxta ictimai rəy yaratmağı, öz məqsədlərinə uyğun olmayan xəbər və ya yorumlara qarşı təpkilər verilməsinə nail olacaq. Bu proqramla digər ölkələrin hökumətlərinin, özəl firmaların və qeyri-hökumət təşkilatlarının ABŞ-ın maraqlarına uyğun hərəkət etməsi təşkil olunacaq. Məlumatlara görə proqram "Facebook"da saxta kimlik yaradarkən bu virtual fərdin inandırıcı, bəyəniləcək bir profilə sahib olmasına imkan verəcək. Proqramdan eyni zamanda yararlanan 50 nəfər məmurun- görəvlinin saxta virtual şəxslər vasitəsiylə əməliyyat apardıqları zaman yapdıqları sırada ən inkişaf etmiş əks kompüter sistemlərilə belə heç bir şəkildə yaxalanması, üzə çıxarılması, təsirsiz hala gətirilməsi ehtimallarını aradan qaldırır. Radikal dini qrupların ABŞ əleyhinə təbliğatlarına qarşı mübarizəyə qarşı yönələn belə kompüter texnologiyası ilə amerikalı internet istifadəçilərinin fəaliyyətlərinə müdaxilə etmək qeyri-qanuni sayılır. Buna görə də yeni texnologiyadan daha çox ABŞ xaricindəki əməliyyatlarda istifadə olacaq. İngilis dilinin elə də çox istifadə olunmayacağı bu internet əməliyyatlarında daha çox ərəb, fars, urdu, puştu dillərində yazışmalar həyata keçiriləcək. 
Ümumiyyətlə, ərəb ölkələrində baş vermiş inqilablar zamanı "facebook" sosial şəbəkəsinin imkanlarından istifadə edilməsi heç kimə sirr deyil. Xəbərləşmə, komanda alma, təşkilatlanma və tədbirlərin təşkili, tədbirdn sonra video-görüntü paylaşımı, xəbərlərin həm regional, həm də beynəlxalq səviyyədə yayılması və digər çox böyük əhəmiyyətə malik proseslərin həyata keçirilməsi sosial şəbəkələrin inqilabi hərəkatlarda rolunu danılmaz edib.
Başqalarını təqlid edən, gah "qızılgül", gah "narıncı", gah da "yasəmən" inqilab edəcəyilə cəmiyyətə anonslar verən bizim ölkənin ənənəvi radikal müxalifətçiləri bu dəfə də öz xarakterlərinə uyğun davranış sərgiləyirlər. Ərəb inqilablarını imitasiya edən bu qüvvələr əsas ağırlığı "facebook" sosial şəbəkəsinin üzərinə salmaları bu baxımdan təbiidir. "Xilas" və "İctimai Palata" qruplarında öz təbliğatlarını quran bu qüvvələr virtual həyatda o qədər eyforiyaya qapılıblar ki, bəzi reallıqları görməməzliyə gəlirlər. Məntiq, informasiya və bilik baxımından kasadlıqlarını nümayiş etdirən "facebook aslanları" fərqli fikirlərə dözüm göstərmir, diskussiya, polemika əvəzinə təhqir və söyüşlərə əl atırlar. İqtidar düşərgəsinə simpatiyası olanları, ümumiyyətlə fərqli bir fikir söyləyənləri təhqir etməklə kifayətlənməyən bu profil sahibləri öz düşərgəsində Əli Kərimli və İsa Qəmbəri yüngülcə tənqid etmək istəyənlərə, məsələn, ALP sədri Əvəz Temirxana, MQP başqanı Vüqar Bəyturana elə söyüşlər yağdırırlar ki, bu zaman bir sual meydana çıxır: Əcəba bu qüvvələr möcüzə nəticəsində iqtidar olarsa, Azərbaycanda plüralizmə, demokratik prinsiplərə qarşı döyüş başlamayacaqmı? Digər tərəfdən, virtual polemikalarda fərqli fikirli insanlara uduzan bu "aslanlar" həmin qarşı və ya fərqli fikirli profilləri qrupdan çıxarırlar. Virtual aləmdə qrupdan çıxarma, real həyatda söz azadlığından məhrum etmə, azadlıqdan məhrum etmə, ölkədən çıxarma, ya da sui-qəsd nəticəsində susdurulmağa bərabər deyilmi?
Maraqlı olan başqa bir məsələ isə şiddətli polemikada bəzi "siyasətçilərin" ciddi siyasi səhvlərə yol verməsidir. Məsələn, Natiq Adilov adlı profil birmənalı şəkildə İrana xidmət edən qeyri-qanuni İslam Partiyası ilə radikal müxalifətin əməkdaşlığının milli maraqlara zidd addım sayılmasına belə cavab verir: "Bu siyasət elmi(?)dir, hakimiyyətə qarşı hətta şeytanla da ittifaqa girmək olar". Nəzərə alsaq ki, adı çəkilən gənc Əli Kərimlinin mətbuat xidmətinə rəhbərlik edir, onda hər şey aydın olar. ABŞ-a, Qərbə münasibətdə himayədar obrazının açıq təbliği bu qüvvələri milli və dövlətçilik maraqlarından çıxış edən şəbəkə istifadəçilərinin gözündə milli xəyanətkar kimi imic formalaşmasına şərait yaradır.. Azərbaycan dövlətini aşağılayan və özlərinin cılızlığını nümayiş etdiən bu qüvvələr gerçək həyatda partiyalarının bütövlüyünü qoruya bilmədikləri kim, virtual aləmdə də tez-tez münaqişələr yaşayır, bu da yeni qrupların yaranmasına səbəb olur. Təsadüfi deyil ki, "Xilas", "Ənənəvi müxalifət getsin", "Elçibəy", "M.Ə.Rəsulzadə", "Müxalifət partiyalarının birliyi", "Demokrat" və bu kimi digər qruplar daxili çaxnaşmaların, virtual mübarizənin nəticəsində meydana gəlib. 
Son onillərdə çoxlu kadr itkisinə uğraması ənənəvi radikal müxalifət nümayəndələrinin bu gün belə çıxılmaz durumda olması təbiidir. Amma məsələ təkcə kadr problemi deyil. Əsaslandırmaq üçün mövqenin də məntiqli olması vacib şərtdir. Sözügedən radikal müxalifət qüvvələri hakimiyyətə gələrlərsə, nativ olaraq, hansı addımları atacaqlarını açıq şəkildə ortaya qoya bilmir, bu gün isə tədbirlərinə xalqın qatılımını təmin edə bilmirlər. Aksiyalarda ancaq siyasi tərəfdarlarının iştirakı, xalqın ənənəvi radikal müxalifətə dəstək verməməsi onların ən ağrılı tərəfləridir.

Elnur


Oxumaq
11.04.11   Şərhlərin sayı : 0
 
SMS-lə falabaxma xidmətinin arxasındakı fırıldaq
Son vaxtlar fala baxma xidmətləri ilə bağlı elanların sayı çoxalıb. Baxmayaraq ki, əksər ölkələrdə cadugərlik, şamanizm, falçılıq, öncəgörmə və sehrbazlığın reklamına qadağanı nəzərdə tutan qanunlar qüvvədədir. Təəssüf ki, Azərbaycanda belə elanlara nə qadağa, nə də hansısa məhdudiyyət var. Müxtəlif ekstrasens və falçılar qəzetlərdə elanlar verir və bu yolla xeyli müştəri toplamağa nail olur. Bu qəzetlərin sözçüləri isə bildirir ki, elanların mətninə görə məsuliyyət daşımırlar.
Oxumaq
11.04.11   Şərhlərin sayı : 0
 
Sunamidən sonra bir yapon ailəsi
SUNAMİDƏN SONRA VƏZİYYƏT

Seiko Taira zəlzələ və sunamidən bu yana ailəsi ilə birlikdə ağır şəraitdə yaşayır. Oğlanları odun yığmağa gedib. Özü isə qızı ilə birlikdə bataqlıdan su çəkir. Nəvəsi isə gündə bir dəfə bələdiyyədən göndərilən yeməyi gözləyir.

Göndərilən yemək adambaşına bir neçə parça çörəkdən, bir neçə balıq konservindən və bir stəkan hazır əriştədən ibarətdir. Ancaq Seikonun dörd yaşlı nəvəsi bu gün gözlənilməz sürprizlə qarşılaşmışdı. Həmişə göndərilən ərzaq payının içində əlavə olaraq üç qutu qatıq da vardı. Uşaq «Ana, mən qatıq yeyə bilərəm» deyib anasına yalvarırdı. Anası isə deyirdi ki, «indi yesən, sabaha heç bir şeyin qalmayacaq»


Oxumaq
11.04.11   Şərhlərin sayı : 0
 
"Uşaqların xilası" gələcəyimizin xilasıdır
Azərbaycanda fəaliyyət göstərən çoxsaylı xarici beynəlxalq qurumdan biri də ABŞ-ın "Uşaqların xilası" təşkilatıdır. Müasir dövrümüzdə inkişaf etməkdə olan ölkələrin əksəriyyətində uşaqların acınacaqlı həyat tərzi yaşaması, onların cinayətə sövq edilməsi, insan alverinin qurbanlarına çevrilməsi və sair hallar sürətlə artmaqdadır.
Oxumaq
01.03.11   Şərhlərin sayı : 0
 
Qafqazın ortasında Çernobıl kabusu
Ermənistanda fəaliyyət göstərən Metsamor AES-dən sızıntılar qeydə alınıb. Türkiyə sərhədlərinin 16 kilometrliyində yerləşən həmin AES-də baş verən hadisə bir müddət gizlədilsə də, ermənilərin sirrinin üstü açılıb. "Milliyyət" qəzetinin yazdığına görə, Türkiyənin şimal-şərqində yerləşən 6 iri əyalətində radioaktivlik səviyyəsi 
Oxumaq
26.01.11   Şərhlərin sayı : 0
 
2010 - QHT-lər üçün necə keçdi?
2010-cu ili başa vurmaq üzrəyik. İl başa çatdıqda hər kəs özünə bir sual verir: «Bu il hansı yeniliklərlə yadda qaldı?» Biz də bu sualı məqsəd-məramı vətəndaş cəmiyyətini inkişaf etdirmək olan QHT-lərə ünvanladıq. Bu il QHT-lər üçün yadda qalan il oldumu? Milli QHT Forumunun prezidenti Rauf Zeyni 2010-cu ili QHT-lər üçün 


Oxumaq
05.01.11   Şərhlərin sayı : 0
 
Azay Quliyevin təklifini QHT-lər dəstəkləyir
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi təklifilə çıxış etmək niyyətindədir. Bu barədə məlumat verən Dəstək Şurasının sədri Azay Quliyevin sözlərinə görə, hazırda irəli sürüləcək təkliflərlə bağlı müzakirələr aparılır:
Oxumaq
16.12.10   Şərhlərin sayı : 3
 
Vahid məktəbli geyimi formasının tətbiq edilməsi Azərbaycanın təhsillə bağlı mentallığına tam uyğundur
İlkin AĞAYEV, Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri
Son dövrlərdə məktəbli qızların hicab taxması uğrunda bəzi insanlar tərəfindən süni şəkildə ajiotaj yaradılmasına cəhdlər edilir.
Oxumaq
15.12.10   Şərhlərin sayı : 0
 
Ermənistan QHT-ləri işğalçı siyasətə son qoyması üçün hökumətlərinə təsir etməlidirlər
“Ermənistanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın konkret çərçivəsi olmalıdır. Ermənistan QHT-ləri işğalçı siyasətə son qoyması üçün hökumətlərinə təsir etməlidirlər”. Bu açıqlamanı jurnalistlərə dünən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev verib. 
Oxumaq
10.12.10   Şərhlərin sayı : 0
 
Turqut Ərin kitabındakı fikirlərə Azərbaycanda narazılıqlar davam edir
"Əslində Turqut ərciklər və onlara bənzərlərin hədyanları heç cavaba layiq deyil. Çünki siyasət tullantısı olan bu qəbil biveclərə cüzi də olsa diqqət ayırmaq onların layiq olmadığı səviyyədir. Lakin indiki halda Turqut Ər, zənnimcə, bir vasitədir. Bu adın, bu cızma-qaraların arxasında Azərbaycan-Türkiyə əleyhinə olan qara məkrli siyasətlər və qüvvələr dayanır. 
Oxumaq
02.12.10   Şərhlərin sayı : 0
 
Hacı Zeynalabdin Tağıyevin nəticəsi Bakıda
Ötən həftə Milli Tarix Muzeyinin 90 illik yubileyinin qeyd olunduğu günlərdə Bakıya Hacı Zeynalabdin Tağıyevin qızı Leyla xanımın nəvəsi Əli bəy Nadir Safyurdlu gəldi. Həftənin cümə axşamı Əli bəy AzadlıqRadiosunun Bakı bürosuna da baş çəkdi və «Can Bakı» proqramına müsahibə verdi. Müsahibənin birinci hissəsini təqdim edirik:
Oxumaq
02.12.10   Şərhlərin sayı : 0
 
Bakı xəbər qəzeti: Bakıda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi mövzusunda beynəlxalq konfrans keçirilir
Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Oxumaq
28.11.10   Şərhlərin sayı : 0
 
Bizim yol qəzeti: QHT-lərin dövlət tərəfindən maliyyələşməsində Azərbaycan uğurlu təcrübə əldə edib
Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Oxumaq
28.11.10   Şərhlərin sayı : 0
 
Milli.az xəbər portalının Baş redaktoru hesab edir ki, qadınların cəmiyyətdə mövqeyinin məhdudlaşdırılmasında ən böyük və birbaşa rolu kişilər oynayırlar
Gender anlayışına ictimai münasibət ilk növbədə və daha qabarıq formada məhz mətbuatda, media orqanlarında öz əksini tapır. Media aləminin fəal nümayəndələri, üstün mövqe sahibləri sırasında xanımlar da az deyil və onların gender məsələsinə şəxsi baxışları xüsusi maraq doğurur. Odur ki, layihəmiz çərçivəsində bu mövzuya ayrıca diqqət yetirməyi qərara aldıq. 


Oxumaq
23.11.10   Şərhlərin sayı : 0
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo