Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
QHT təmsilçiləri hesab edirlər ki, cəmiyyəti siqaret qadağasına hazırlamaq lazımdır
“Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında Azərbaycan daha çox siqaret çəkən ölkələrin siyahısında 85-ci yerdə qərarlaşıb: “Hesabata görə, ölkəmizdə 3 milyon 200 min siqaret çəkən var. Bu isə o deməkdir ki, hər 3 nəfərimizdən biri siqaret çəkir”
Oxumaq
22.11.10   Şərhlərin sayı : 0
 
Günümüzün acı reallığı - qadın alveri
Savadsız qadınlar insan alverçilərinin "gəlir mənbəyinə" çevrilib
Bu gün məmləkətimizdə hər hansı bir qadının "Dubaya gedirəm" sözünü dilinə gətirməsi az qala günah hesab edilə bilər. Sözügedən ölkələrə ticarət və ya istirahət məqsədi ilə gedənlər də bu haqda ehtiyatla danışmağa başlayırlar.
Oxumaq
11.11.10   Şərhlərin sayı : 0
 
80-90 yaşlı adamlar uşaqları niyə övladlığa götürür?
Azərbaycanda, bir qayda olaraq, uşaqlar ahıl nənə və babaları tərəfindən övladlığa götürülür. Ali Məhkəmənin Plenumunda bu məsələ müzakirə edilərkən məlum olub ki, övladlığa götürənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir.
Oxumaq
25.10.10   Şərhlərin sayı : 0
 
Sobyanindən azərbaycanlı miqrantlara təhlükə gözlənilmir
Bu gün siyasi gündəmin diqqət çəkən mövzularından biri də Rusiya paytaxtının yeni meri ilə bağlıdır. Buna əsas səbəblərdən biri də merin Moskvada yaşayan miqrantlarla bağlı hansı siyasət həyata keçirəcəyinin konturları barədə indidən müəyyən açıqlamalar verməsidir. Qeyd edək ki, oktyabrın 21-də Moskva Duması Sergey Sobyanini Moskva meri vəzifəsində təsdiqləyib.
Oxumaq
25.10.10   Şərhlərin sayı : 0
 
“Asif, Vasif, Ağasif” filminin Asifi: Xristianlığı qəbul edəndə ailəm şoka düşdü
Ötən əsrin 80-ci illərinin sonuna qədər kinorejissorlarımız uşaq kinosu sahəsində çox məhsuldar, ən əsası isə keyfiyyətli fəaliyyət göstərirdilər. Nədənsə bu sahə hələ də keçid dövrünü keçib-qurtarmayıb. Maraqlı uşaq filmlərini xatırlayarkən, məhz elə sovet filmləri yada düşür. O silsilədən olan uşaq kinolarımızdan biri də "Asif, Vasif, Ağasif" filmidir. Üç qardaşdan bəhs edən bu filmi indi də gənc və orta yaşlı nəslin nümayəndələri uşaqlıq dövründə maraqla izlədiyi film kimi xatırlayır. Bəs görəsən, bu filmin qəhrəmanları indi hardadır? 

Oxumaq
12.10.10   Şərhlərin sayı : 0
 
Ailələrdə zorakılıq artıb
Son vaxtlar ailədaxili zorakılıq hallarının sayı nəzərəçarpacaq dərəcədə artıb. İş o yerə çatıb ki, əvvəllər biri-birini ən pis halda təhqir edən cütlüklər, indi soyuq silaha, bıçağa, baltaya əl atmaqdan belə çəkinmirlər. Demək olar ki, hər gün belə xəbərlər eşitməyə qulağımız bir növ adətkar olub. Əvvəllər ərin arvadı bıçaqlaması, arvadın ərinə balta vurması xəbəri insanları loru dildə desək, şoka salırdısa, indi belə xəbərlər adiləşib. Səbəb ailə-məişət zəminində baş verən bu cür münaqişələrin artmasıdır. Bəs görəsən, ailələrdə münaqişələrin belə kriminal həddə çatmasının səbəbi nədir? 
Oxumaq
05.10.10   Şərhlərin sayı : 0
 
QHT-lərə Dövlət Dəstəyi Şurası Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı layihələri maliyyələşdirməyi əsas vəzifə hesab edir
Artıq bir ilə yaxındır ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqələr elan edir. Bu cür müsabiqələrdə onlarla qeyri hökumət təşkilatı iştirak edir. Qalib gələnlər, müsabiəqədən keçib layihəni həyata keçirmək üçün maliyyə əldə edənlər də olur, müsabiqədən kənarda qalanlar da.
Oxumaq
23.09.10   Şərhlərin sayı : 0
 
QHT nümayəndələri seçkiyə gedəcəkmi?
Artıq bir neçə gündür ki, müxtəlif partiyalar deputatlığa namizədlərinin siyahısını açıqlayırlar. Müstəqil olaraq millət vəkilliyinə öz namizədliyini irəli sürənlərin də bir qisminin adları bəllidir. Bəs, görəsən, Milli Məclisə budəfəki seçkilərə Qeyri Hökumət Təşkilatları (QHT) sektorundan kimlər öz namizədliyini irəli sürəcək?


Oxumaq
20.09.10   Şərhlərin sayı : 0
 
Bayraq zirvəsi...
Xalq Cəbhəsi qəzeti// Bakıda Bayraq Meydanının açılışı olub. 20 min kvadratmetr ərazini əhatə edən meydanda 162 metr hündürlükdə Azərbaycanın dövlət bayrağı dalğalanır. Uzunluğu 70, eni 35, çəkisi 350 kiloqram olan dövlət bayrağı 2450 kvadratmetr sahəni əhatə edir. Üçrəngli bayrağımızın başımız üzərində dalğalanması uğrunda yüzlərlə insanımız canını fəda edib, şəhid olub.

Oxumaq
03.09.10   Şərhlərin sayı : 0
 
Terrorçuluq maddəsi ilə axtarılan Cabir Mustafayev iki il əvvəl ölkəni tərk edib
Bu barədə APA-ya açıqlamasında C. Mustafayevin atası Cümşüd Mustafayev məlumat verib. Onun sözlərinə görə, oğlu Cabir 2008-ci ilin may ayında işləmək məqsədilə İrana gedib. Həmin gündən Cabirlə əlaqə yarada bilmədiklərini qeyd edən C. Mustafayev oğlunun son illər dinə meyl göstərdiyini deyib: “Oğlum ailəlidir, iki övladı var. Əvvəllər idmanla məşğul olurdu. Son illər saqqal saxlayıb, ibadət edirdi. Namaza başlayandan sonra idmanı atdı. Kimlərlə oturub-durduğundan da xəbərimiz yox idi. 
Oxumaq
02.09.10   Şərhlərin sayı : 0
 
Əlil uşaqların problemləri müzakirə olunub
Azərbaycan Media Mərkəzində “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Hər bir uşaq-bir istedad” adlı layihə çərçivəsində görülən işlərə, eyni zamanda İnklyüziya anlayışı, Müyəssərlik və Əlilliyi olan uşaqların (insanların) problemlərinin həlli yolları mövzusuna həsr olunmuş konfrans keçirilib.
Oxumaq
11.08.10   Şərhlərin sayı : 0
 
"Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz və gəncliyimiz"
Xalq cəbhəsi” qəzeti// Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması
Oxumaq
29.07.10   Şərhlərin sayı : 0
 
Öz dairəsində QHT-lərlə əməkdaşlıq etməyən deputat(lar) qınandı
Bakı Xəbər qəzeti// Adətən seçki prosesində namizəd olan şəxslər əhalinin daha çox etimadını qazanmaq üçün genişmiqyaslı təbliğat kampaniyası aparır. Onların təbliğat-təşviqat kampaniyasında ictimai qurumlarla əməkdaşlıq geniş yer alır.
Oxumaq
12.07.10   Şərhlərin sayı : 0
 
ETİMAD ƏSƏDOV: “ŞURA QHT-lərin İNKİŞAFINA XİDMƏT EDİR”
525-ci qəzet// Bir neçə gün əvvəl “Freedom House” təşkilatı “2010-cu ildə keçid dövründə olan dövlətlər” adlı hesabatını açıqlayıb. Hesabatın Azərbaycana dair hissəsində QHT-lərə də yer ayrılıb və iddia olunur ki, üçüncü sektorun dövlətdən asılılığı artıb. “QHT-lərə Dövlət Dəstəyi Şurası mülki vətəndaş cəmiyyəti qruplarına maliyyələşməni artırıb. Bu yolla da onların dövlətdən asılılığını artırıb”,-deyə vurğulanır.
Oxumaq
06.07.10   Şərhlərin sayı : 0
 
Aztəminatlı ailələri yoxsulluqdan qurtarmaq üçün..
Ayna qəzeti// Sosial yardımlar, şəffaflığın yoxluğu, təkrar sosial yardım alanların aztəminatlı ailə olduğuna şübhələr... Bu ötən müddətdə Ünvanlı Sosial Yardım (ÜSY) sistemi səmərəli fəaliyyət göstərən bir mexanizmə çevrilmədi. Bunun üçün bir sıra istiqamətlər üzrə problemlər qalır və onların həlli vacibdir.
Oxumaq
30.06.10   Şərhlərin sayı : 0
 
QHT-lər hökumətin maliyyə yükünü azalda bilər
Sağlamlıq imkanları məhdud, küçələrə düşən, qanunla ziddiyyəti olan, çətin şəraitdə, problemli ailələrdə yaşayan uşaqların sayında artım müşahidə edilir. Ehtiyacı olanların hamısı dövlət müəssisələrinin xidmətlərindən yararlanma iqtidarında deyillər. Əsasən ona görə ki, bu xidmətlər onların yaşadıqları yerlərin yaxınlığında, icmalarda təklif edilmir.
Oxumaq
17.06.10   Şərhlərin sayı : 0
 
QHT təmsilçiləri DİN idarə rəisinin insan alveri barədə son açıqlamalarına münasibət bildiriblər
Azərbaycan Daxili İşlər Nazirliyi İnsan alverilə mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev mətbuata açıqlamasında ölkədə insan alveri qurbanlarının daha çox zərif cinsin nümayəndələri olduğunu bildirib: "Azərbaycanda insan alverinin əsas qurbanları qızlar və qadınlardır. Onlar əsasən İran Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır".
Oxumaq
02.06.10   Şərhlərin sayı : 0
 
Müasir toy - mənəvi terror
Ekspress qəzeti// Azərbaycanda toy və yas mərasimlərinin keçirilməsindəki neqativ hallar, israfçılıq hamının diqqətini cəlb edir. Hətta əcnəbi qonaqlar da məclislərdəki israfçılıqdan gileylənirlər. Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) dünən keçirdiyi dəyirmi masada bu məsələyə toxunub. Qeyd edək ki, AAŞ "Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsini Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirir və layihə 4 ay müddətinə nəzərdə tutulub.
Oxumaq
02.06.10   Şərhlərin sayı : 0
 
Reabilitasiya mərkəzlərinin yeni modeli
Azərbaycanın neft gəlirlərinin artdığı hazırkı şəraitdə hökumətin qarşısında duran başlıca vəzifələrdən biri insan kapitalının inkişafına qoyuluşları, onların sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanlarını artırmaq olmalıdır. Sözsüz ki, ehtiyacı olanların, xüsusilə də həssas qrupların sosial-tibbi qayğısına
Oxumaq
25.05.10   Şərhlərin sayı : 0
 
QHT-lərin maliyyələşmə problemi
Xalq Cəbhəsi qəzeti: İqtisadi Tədqiqatlar Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Vətəndaş cəmiyyəti institutlarına effektiv ictimai əlaqələrin qurulması, hesabatlılığın təmin olunması sahəsində yardım" adlı layihəsi çərçivəsində ilk müzakirəni təşkil etdi. Tədbir QHT-lərin xarici və yerli donorlar, humanitar təşkilatlar, xarici ölkə səfirlikləri ilə əlaqələri sahəsində problemlərini müəyyənləşdirmək, onların həlli yolları ilə bağlı mümkün perspektivləri müzakirə etmək məqsədi daşıyıb.
Oxumaq
20.05.10   Şərhlərin sayı : 0
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo