|
QHT sədri mənzil fırıldağının qurbanı olmamağın yollarını göstərdi
|
|
Bakıda mənzil fırıldağının qurbanı olan minlərlə zərərçəkən vətəndaş var. «GEN» MMC, «Birlik» MMC, «Muray», «Fuad» LTD, «Kamran» və s. tikinti şirkətlərinin qurbanına çevrilmiş vətəndaşlar vəziyyətdən çıxmaq üçün müxtəlif yollardan istifadə etməyə çalışır. Onlar məhkəmələrə müraciət edir, müxtəlif dövlət qurumlarının qarşısında aksiyalar keçirirlər. Hamısının da dərdi eynidir. Tikinti şirkətləri onlardan evin pulunu alıb, amma mənzillərini təhvil vermir. Bəzi hallarda binalar ümumiyyətlə, tikilməyib, bəzi hallarda isə tikilmiş binalardakı mənzillər bir neçə nəfərə satılıb.
|
Oxumaq
01.02.12 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
Mədəniyyət yoldan başlanır
|
|
Deyirlər ki, mədəniyyət yoldan başlanır. Bu dəfə layihə çərçivəsində konkret olaraq yolda hərəkət edən sürücülərdən danışacağıq. Məlum olduğu kimi, Azərbaycan mədəniyyətinin bütün çalarları ilə dünyanın diqqətini cəlb etməkdədir. Ölkədə mədəniyyətin inkişafı ilə bağlı olaraq komrleks tədbirlər həyata keçirilir.
|
Oxumaq
18.01.12 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
“İdman ili”ndə çox böyük layihələr həyata keçiriləcək
|
|
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclasda 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarından və 2012-ci ildə qarşıda duran vəzifələrdən danışan dövlət başçısı Azərbaycanda idmanın inkişaf etdirilməsinə, bu istiqamətdə həyata keçirilən tədbirlərə də toxunub. O, 2012-ci ildə də sosial infrastrukturların, o cümlədən olimpiya komplekslərinin inşa ediləcəyini diqqətə çatdıraraq, hazırda müasir tələblərə cavab verəcək 10 olimpiya kompleksinin inşa edildiyini, daha 3 kompleksin tikintisi üçün isə hazırlıq işlərinin getdiyini vurğulayıb.
|
Oxumaq
18.01.12 Şərhlərin sayı : 0
|
| |
|
|
Gənclərimiz milli mənlik şüurunun hansı səviyyəsindədir?
|
|
Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunlar ümumilikdə dövlətin milli ideologiyasını təşkil edir. Bütövlükdə dövlətin malik olduğu ideologiyanın vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, ötürə biləsən.
|
Oxumaq
12.01.12 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
|
|
Uşaqları dünyaya gəlməmiş satırlar
|
|
YUNİSEF-in uşaqların öldürülməsi, atılması, uşaq zorakılığı ilə bağlı son hesabatında hər il dünyada 150 milyon uşağın əməyindən sağlamlığa ziyanlı işlərdə istismar edildiyi göstərilir. Hesabatda deyilir ki, dünyada 6-14 yaş arasında 165 milyon uşaq işləyir ki, onların 74,4 milyonu daha təhlükəli işlərlə məşğul olur.
|
Oxumaq
10.01.12 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
|
|
|
|
525-ci qəzet: Sənan Nəcəfov: Məqsədimiz hər hansı ayrı-seçkiliyə yol vermədən yaxşı ideyaları dəstəkləmək,vətəndaş cəmiyyəti institutlarının inkişafına kömək etməkdir
|
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının www.qhtxeber.az informasiya portalının fəaliyyətə başlamasından 2 il keçdi. Bu münasibətlə saytın redaktoru, layihə koordinatoru Sənan Nəcəfovla görüşüb, yaşca balaca olsa da internet mediada böyük addımlar atan bu saytın yaranması, fəaliyyəti, gələcək planlar barədə söhbətləşdik. Əvvəlcə müsahibimiz barədə məlumat verərək qeyd edək ki, Sənan Nəcəfov 1975-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturanı bitirib. 2006-2009-cu illərdə isə Çexiyada magistr təhsili alıb. Uzun müddət mətbuatda, xüsusən də “Paritet”, “Yeni Azərbaycan” və “Kaspi” qəzetlərində çalışıb. 2009-cu il dekabr ayından etibarən www.qhtxeber.az internet portalında jurnalist kimi fəaliyyətini davam etdirir.
|
Oxumaq
08.12.11 Şərhlərin sayı : 0
|
| |
|
|
Olaylar: Rafiq Əliyev indi niyə danışır?
|
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevlə Komitə arasında söz çəkişməsi davam edir. Birincinin ikincinin ünvanına səsləndirdiyi tənqidi fikirlərə cavab ləngiməyib.
|
Oxumaq
07.12.11 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
Soros Fondunda korrupsiya qalmaqalı
|
|
Fəaliyyəti daim şəffaflıq “nümunə”si kimi göstərilən Açıq Cəmiyyət İnstitutu – “Soros” Yardım Fondunun Azərbaycandakı fəaliyyətinin dayandırılması barədə mətbuatda informasiyalar yayılmaqdadır. Belə ki, “Soros” fondunda böyük korrupsiya faktları ortaya çıxıb. Fondun fəaliyyətinin dayandırılması ilə bağlı qərarın Nyu-Yorkdakı baş ofisdən verildiyi deyilir. İlkin mərhələdə 10 nəfər əməkdaş ixtisara düşəcək, gələn ilin martına kimi isə digər əməkdaşları ilə vidalaşacaq fond Azərbaycanda fəaliyyətinə son qoyacaq. Hətta təşkilatın Bakıda yerləşən beşmərtəbəli ofisinin də hərraca çıxarılması xəbərləri dolaşır.
|
Oxumaq
25.11.11 Şərhlərin sayı : 0
|
| |
|
|
Hələ də köhnə adları ilə yaşayan küçələr...
|
|
Azərbaycan müstəqillik əldə edəndən bu yana sovet dövrünün simvollarını əks etdirən bir sıra küçə və prospektlərin, yaşayış massivlərinin adı da dəyişdirilib. Bakının özündə sovet simvollarını təcəssüm etdirən çoxsaylı küçə və prospekt vardı. Hazırda onların böyük əksəriyyəti müstəqillik dövrünün, dövlətçiliyin rəmzləri, habelə tanınmış ölkə vətəndaşlarının adları ilə əvəz olunub. Amma maraqlıdır ki, hələ də əhali küçələrə, mikrorayonlara verilən yeni adlara uyuşmur.
|
Oxumaq
22.11.11 Şərhlərin sayı : 0
|
| |
|
|
|
|
|
|
|
|
|