|
Təşkilatın 2000-dən artıq üzvü var, onların 60%-ni gənclər təşkil edir. 12 rayonda mərkəzlərimiz fəaliyyət göstərir. Sahibkar Qadınlar İctimai Birliyinin əsas fəaliyyəti, ölkəmizin iqtisadiyyatını daha da gücləndirmək məqsədi ilə qadın və qızlarımızın biliyini, zəkasını bu sahəyə yönəltməkdir. Bunun üçün sahibkar qadınlarla tez-tez görüşlər keçirərək, həmin problemlərin həllində daimi dəstək oluruq.
|