Axtarış: 
Səhifələr : 1
Avropa ölkələrində QHT-lərin maliyyələşmə mexanizmləri (III yazı)
Avropa ölkələrində QHT-lərin maliyyələşməsinə dövlətin ayırdığı vəsait müxtəlif rəqəmlərlə ifadə olunur: Qərbi Avropa ölkələrində dövlətin payı QHT-lərin aldığı illik maliyyə vəsaitinin 20%-70%-ni, Mərkəzi və Şərqi Avropa ölkələrində isə 20%-30%-ni təşkil edir. Bundan başqa, Avropa Komissiyası hər il QHT-lərin layihələrinə 1 milyard avroya yaxın vəsait xərcləyir. Bu vəsait inkişaf sahələrinə, insan hüquqları və demokratiya sahəsinə, humanitar yardımlara, sosial sahəyə, təhsilə və ekologiya sahəsinə ayrılır. Avropa və bütün dünyada yüzlərlə QHT Avropa Birliyindən maliyyə vəsaiti şəklində qrant alır. Beləliklə, Avropa Komissiyası vətəndaşların QHT-lərə ayırdığı vəsaitlərə əlavə maliyyə yardımı etməklə qeyri-hökumət sektoruna ictimai dəstəyin vacibliyini qeyd edir.
QHT-lərə dövlət tərəfindən maliyyə dəstəyi əsasən 2 formada həyata keçirilir:
1. Maliyyə vəsaiti birbaşa dövlət büdcəsindən ayrılır – bu halda vəsait birbaşa Dövlət Xəzinədarlığından deyil, müxtəlif dövlət strukturları – nazirliklər, fondlar və s. vasitəsilə QHT-nin hesabına köçürülür;
2. İkinci halda maliyyə vəsaiti birbaşa hesaba köçürülmür, lakin QHT-lərə öz nizamnamə məqsədlərini həyata keçirmək üçün müxtəlif güzəştlər verilir (məsələn, vergi güzəştləri nəzərdə tutulduğu halda, dövlət büdcəsinə daxil olmayan vəsait dolayı yolla dəstək hesab edilir).
Dövlət tərəfindən QHT-lərin maliyyələşməsi zamanı hansı meyarlar nəzərə alınır? Əsas meyar qeyri-hökumət təşkilatının fəaliyyətinin “ictimai faydalı” olması hesab olunur. Dövlət dəstəyinə həm ictimai vəkilliklə məşğul olan, həm də xidmət sahəsində fəaliyyət göstərən QHT-lər iddia edə bilərlər.
İctimai faydalılıq baxımından QHT-lər 2 yerə bölünür:
- ictimai-faydalı təşkilatlar;
- qarşılıqlı yardım təşkilatları.
Maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edilərkən QHT-nin dövlət siyasətinin həyata keçirilməsinə yardım edib-etməməsi nəzərə alınır.

Dövlət tərəfindən göstərilən birbaşa dəstək formaları

Subsidiyalar – konkret layıhələrlə bağlı olmayan maliyyə dəstəyidir. Bu yardımlar QHT-lərin təşkilati və texniki xərclərinin qarşılanması üçün istifadə edilə bilər. Subsidiyalar həm də dövlət tərəfindən vətəndaş cəmiyyətinin və onun vacibliyini qiymətləndirilməsinin göstəricisi sayılır. Bu maliyyələşmə forması Mərkəzi və Şərqi Avropa ölkələri üçün tipikdir. Nazirliklər tərəfindən ayrılan subsidiyalar əsasən həmin nazirliyin xətti ilə fəaliyyət göstərən QHT-lərə ayrılır. Məsələn, Rumıniyanın Gənclər və İdman Nazirliyi gənclər və idman sahəsində fəaliyyət göstərən təşkilatlara vəsait ayırmaq hüququna malikdir. Macarıstan Parlamenti İctimai Təşkilatlarla İş üzrə Komissiyanın təqdimatı ilə subsidiya alacaq QHT-ləri müəyyən edir. Slovakiya Parlamenti xüsusi qanun qəbul etmişdir: həmin qanuna əsasən QHT-lərə subsidiyaların verilməsi funksiyasını nazirliklər həyata keçirir. Bolqarıstan və Macarıstan Parlamentləri illik büdcə vasitəsilə də subsidiya ayıra bilərlər. Subsidiya formasında ayrılan vəsait başqa mənbələrdən də daxil ola bilər – Çexiya Respublikasında özəlləşdirmə fondunu, Xorvatiyada isə lotereya yığımlarını misal kimi göstərmək olar. Rumıniya,Bolqarıstan, Macarıstan və Xorvatiyada subsidiyaların ayrılması qərarı əsasən mərkəzi hakimiyyət tərəfindən verilsə də, vəsaitin ayrılması və bölünməsi nazirliklərə həvalə olunub.
Qrantlar – dövlətin müəyyən məqsədlərini həyata keçirmək üçün QHT-lərə ayrılan maliyyə vəsaitidir. Qrantlar əsasən dövlətin və hökumətin proqram məqsədərinə cavab verən və ictimai əhəmiyyət daşıyan konkret layıhələrin həyata keçirilməsi üçün verilir. Lakin bəzi istisnalar da mövcuddur: məsələn, Macarıstanda Milli Vətəndaş Fondu QHT sektoruna təşkilatın texniki xərclərini qarşılamaq üçün qrantlar ayırır. Danimarkada ictimai təşkilatlara “baza qrantları” ayrılır ki, bu vəsait konkret layihələrin icrasına deyil, təşkilatların fəaliyyət məqsədlərinə xərclənir. Məqsəd ictimai təşkilatların müstəqilliyinin, onların sərbəst fəaliyyət göstərmələrinin stimullaşdırılmasıdır. Bundan başqa, Danimarkada sosial sahədə çalışan QHT-lərə “layihə qrantları” da ayrılır ki, bu vəsait konkret layihəyə və ya tədbirə xərclənir.
Subsidiyalardan fərqli olaraq, qrant yardımı inzibati qərarlarla deyil, açıq müsabiqə yolu ilə verilir. Bəzi ölkələrdə QHT-lər (Almaniya, İngiltərə, Xorvatiya) sosial xidmətlərin, bəzilərində isə (İsveç, Danimarka) dövlətin beynəlxalq yardım sahəsində öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün maliyyələşdirilir. Qeyri-hökumət təşkilatlarının qrantlar vasitəsilə maliyyələşdirilməsi həm də dövlətin üçüncü sektorun vacib əhəmiyyətini tanımasının ifadəsidir.
Qrantlar həm büdcədən, həm də digər mənbələrdən ayrıla bilər. Məsələn, Danimarkada “baza qrantları” həm büdcə vəsaitləri, həm də “Danimarka futbol totalizatorları və lotereyaları” fondundan maliyyələşir. “Layihə qrantları” isə dövlət büdcəsindən ayrılır. Macarıstanda QHT-lərin dəstəklənməsi üçün bir neçə mərkəzi fond mövcuddur. Həmin fondlar müxtəlif vergi mexanizmləri vasitəsilə formalaşır: Məşğulluq Fondu – işəgötürənlərin və işədüzələnlərin üzvlük haqları ilə; Ekologiya Fondu – yanacağa qoyulmuş vergi və ətraf mühitə zərər vuran müəssisələrin ödədiyi cərimələr hesabına; Milli Fond isə 1%-lik vergi ayırmaları hesabına toplanan vəsaitdən qrantlar ayırır.
Qrant vəsaitləri ya birbaşa dövlət orqanları vasitəsilə, ya da onların adından fəaliyyət göstərən agentliklər vasitəsilə bölünür. İngiltərədə bu funksiya müxtəlif dövlət qurumlarının yerli orqanlarına həvalə olunub (məsələn, təhsil, səhiyyə, məşğulluq). Macarıstanda bu funksiyanı ictimai fondlar, Xorvatiyada isə Vahid Dövlət Fondu yerinə yetirir. Polşada xidmətlərin göstərilməsi və tenderlərin keçirilməsinə yerli idarəetmə orqanları məsuldurlar. Danimarkada sosial sahədə çalışan ictimai təşkilatlara “baza qrantlarının” ayrılması Sosial Məsələlər Nazirliyinə həvalə olunub. Avropa Birliyinin qrant vəsaitləri üzv dövlətlərin mərkəzi və yerli dövlət orqanları və ya Avropa Komissiyası və xüsusi fondlar vasitəsilə ayrılır. Avropa Birliyinin maliyyələşdirdiyi bütün layihələr Avropa Birliyinin ümumi siyasətinin dəstəklənməsi istiqamətində olmalıdır.
Qrant vəsaitləri adətən müsabiqə yolu ilə seçim edildikdən sonra verilir. Əsas seçim meyarları bunlardır: təşkilatın əvvəlki fəaliyyəti, əməkdaşlıq tarixçəsi, layihə almaq üçün verilmiş ərizənin texniki səviyyəsi, təşkilatın işçilərinin peşəkarlığı, təşkilatın etibarlılığı, idarəetmə və maliyyə sahəsində səriştə, başqa donorlardan əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinin mümkünlüyü, layihənin icra müddəti və s.
Ərizələrin seçim mərhələsi şəffaf xarakter daşımalıdır. Qrant müsabiqələri elan olunarkən müəyyən prosedurlar gözlənilməlidir. Avropa Birliyinin qrantları haqqında bütün məlumatlar fəaliyyət sahələrinə bölünərək internetdə yerləşdirilir. Qalib təşkilatların adlarının dərc edilməsi, qərardan şikayət hüququnun verilməsi qərarların ədalətli və şəffaf olması baxımından vacib əhəmiyyət daşıyır.
Qrantlar birdəfəlik, qısamüddətli və uzunmüddətli ola bilər. Adətən birdəfəlik və qısamüddətli maliyyələşmələrə üstünlük veilir. Qrant maliyyələşməsi donorla qrant alan QHT arasında müqavilə əsasında həyata keçirilir.
Müsabiqə yolu ilə dövlət satınalmaları – QHT-lərin əhaliyə göstərdikləri xidmətlərin və istehsal etdikləri malların dövlət tərəfindən satın alınmasıdır. QHT-lər əsasən əhaliyə sosial xidmətlərin göstərilməsi üçün dövlətdən maliyyə dəstəyi alırlar. Almaniyada məhz QHT-lər əhaliyə sosial xidmətlər göstərirlər. Xorvatiyada yerli idarəetmə orqanları fiziki və hüquqi şəxslərlə əhaliyə kommunal xidmətlərin göstərilməsi üçün müqavilə bağlaya bilərlər. Polşada “İctimai-faydalı fəaliyyət” haqqında qanunun qəbul edilməsi ilə QHT-lərə əhaliyə xidmət sahəsində dövlət strukturları ilə rəqabət aparmaq imkanı yaradılmışdır. İsveçdə ictimai təşkilatlar sosial xidmətlərin göstərilməsi üçün elan edilmiş tenderlərdə iştirak etmək hüququna malikdirlər (təhsil, uşaqlara baxmaq, evdə kömək və s.). Lakin Slovakiyada qəbul edilmiş “Dövlət satınalmaları haqqında” qanuna əsasən QHT-lər tenderlərdə iştirak edə bilməzlər.


Oxumaq
18.07.11   Şərhlərin sayı : 0
 
DÖVLƏT–QHT münasibətləri: Avropa təcrübəsi (II yazı)
 QHT və müxtəlif dövlət strukturları arasında əməkdaşlığın prinsipləri

QHT-lər və hökumət orqanları arasında əməkdaşlıq dedikdə konkret vəzifələr yerinə yetirən mərkəzi və yerli idarəetmə strukturları nəzərdə tutulur. Avropa ölkələrində qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının vahid sektor kimi qəbul edilməsi yeni təfəkkürdür və bəzi dövlətlərdə bu prinsip hələ də özünü tam təsdiq etməmişdir. Lakin buna baxmayaraq, ayrı-ayrı sahələrdə yaranmış bəzi prinsiplər hamı tərəfindən qəbul edilmiş, QHT sektoru və ümumilikdə vətəndaş cəmiyyəti tərəfindən tanınmışdır. 
Ümumiyyətlə, əməkdaşlıq prinsiplərinin müxtəlif elementləri aşağıda sadalanan məsələlərin həll edilməsi baxımından vacibdir:
• qht-lərin qeydiyyatı və fəaliyyətinə nəzarət;
• qərarların qəbul edilməsində qht-lərin iştirakı;
• qht-lərin maliyyələşdirilməsi;
• dövlət orqanları və qht-lər arasında qarşılıqlı informasiya mübadiləsi.

Digər tərəfdən bu prinsiplərin hər hansı hakimiyyət orqanının dövlət idarəetmə strukturunda tutduğu mövqe baxımından təhlil edilməsi zəruridir:
• Parlament;
• Hökumət;
• Nazirliklər;
• Şuralar, birgə komitələr;
• Xüsusiləşdirilmiş strukturlar;
• Yerli idarəetmə orqanları.

QHT və dövlət strukturları arasında əməkdaşlıq prinsiplərini struktur baxımından təhlil etmək istəyirəm:

1. PARLAMENT

Parlamentdə əməkdaşlığın geniş yayılmış formalarından biri QHT məsələləri ilə məşğul olan xüsusiləşdirilmiş komitələrdir. Məsələn, Macarıstanda 1990-cı illərin əvvəllərindən parlamentdə vətəndaş cəmiyyəti təşkilatlarına dəstək göstərən Komitə fəaliyyət göstərir. Sonradan bu Komitə üçüncü sektorun fəaliyyətini tənzimləmək üçün qanunvericilik aktlarının hazırlanması ilə məşğul olmağa başlamışdır. QHT-lərə qrant ayrılması funksiyası isə yeni yaradılmış Vətəndaş Cəmiyyətinin Milli Fonduna verilmişdir. 

Bundan başqa, Macarıstanda həmçinin Parlamentin Vətəndaş İdarəsi də fəaliyyət göstərir. Həmin İdarə bir çox vəzifələri icra edir: informasiya mərkəzi funksiyasını yerinə yetirir; QHT-lərlə əlaqə yaradaraq onlara fəaliyyət və ya maraq göstərdikləri hər hansı sahədə müzakirə olunacaq qanun layihələrini göndərir; QHT-lərin sorğularına cavab verir; QHT-lərin parlamentin müxtəlif komitələrində iştirakını təşkil edir və s. 
Almaniyada Ailə, ahıl vətəndaşlar, qadın və gənclər Komitəsinin alt Komitəsi 2003-cü ilin mayından fəaliyyətə başlamışdır. Alt Komitənin funksiyası vətəndaş cəmiyyətinə aid olan qanun layihələrini və təşəbbüsləri müzakirə etməkdən ibarətdir.

2. HÖKUMƏT

Xorvatiyada QHT-lərlə əməkdaşlıq sahəsində fəaliyyət göstərən Dövlət İdarəsi yaradılıb. Bu İdarə QHT sektoru ilə hökumət arasında əməkdaşlığın və inamın artırılması məqsədi ilə 1998-ci ildə təşkil edilmişdir. Əvvəllər bu orqan vətəndaş cəmiyyətinə aid olan qanunvericilik təşəbbüslərini koordinasiya edir, QHT-lərə qrant şəklində maliyyə dəstəyi göstərilməsi ilə məşğul olurdu. Sonradan bu İdarə hökumət nəzdində məsləhətçi orqana – Vətəndaş Cəmiyyəti Şurasına çevrildi.
Sloveniyada Avropa məsələləri ilə məşğul olan Dövlət İdarəsi nəzdində QHT-lərlə əməkdaşlıq edən Milli Koordinator təyin edilmişdir. Bu təyinat dövlətin nəzərdə tutduğu kompleks tədbirlərin tərkib hissəsi olaraq, QHT-lərlə daha sistemli iş aparılmasını təmin etmək məqsədi daşıyır. 
Macarıstanda 1998-ci ildə Baş Nazirin Aparatı yanında Vətəndaş Cəmiyyəti ilə əlaqələr Departamenti yaradılıb. Həmin Departament “Vətəndaş sektoru ilə münasibətlərin Dövlət Strategiyası”nı hazırlayaraq, qeyri-kommersiya təşkilatlarına dövlət dəstəyinin əsasını qoymuşdur. 2004-cü ildən bu departament yeni yaradılmış Bərabər İmkanlar üzrə Dövlət İdarəsinin tərkibinə qatılmışdır.

3. NAZİRLİKƏR

Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələrində əməkdaşlığın geniş yayılmış formalarından biri qht-lərin müxtəlif nazirliklərlə iş birliyidir. QHT-lər çalışırlar ki, onların fəaliyyət göstərdikləri sahədə qüvvədə olan qanunvericilik təşkilatın və onun üzvlərinin maraqlarını əks etdirsin. Bir çox hallarda bu əməkdaşlıq nazirliklər üçün də faydalı olur. Məsələn, QHT-lər nazirliklərə dövlət siyasətini həyata keçirməkdə yardımçı ola bilirlər. Bu iş birliyi davam etdikcə, eyni sahədə çalışan qht-lər və nazirliklər arasında konkret əməkdaşlıq formaları yaranır. 
Bəzi hallarda bir nazirlik faktiki olaraq QHT sektoruna aid bütün məsələləri həll edir. Misal olaraq, Slovakiyada qht-lərin qeydiyyatının Daxili İşlər Nazirliyi tərəfindən aparıldığını qeyd etmək olar. Polşada isə Əmək və Sosial Məsələlər Nazirliyi “İctimai-faydalı təşkilatlar və könüllülük” haqqında qanunun icrası üçün məsuldur və bu istiqamətdə fəaliyyət göstərir.

4. ŞURALAR, BİRGƏ KOMİTƏLƏR

Əməkdaşlığın geniş yayılmış formalarından biri də dövlət strukturlarının tərkibində rəsmi məsləhətçi şuraların yaradılmasıdır. Adətən belə şuralar və ya birgə komitələr nazirliklər səviyyəsində formalaşdırılır, lakin hökumət yanında da fəaliyyət göstərən şuralar var. Mərkəzi Avropa ölkələrindən Çexiya, Slovakiya və Xorvatiyanı misal olaraq göstərmək olar.
Slovakiyada 1999-cu ildə qht-lərlə işləyən Slovakiya Respublikasının Hökumət Şurası yaradılıb. Şura məsləhətçi orqan olaraq, QHT-lərin fəaliyyətini dəstəkləyir. 
Xorvatiyada 2002-ci ildə Vətəndaş Cəmiyyətinin İnkişafı ilə məşğul olan Şura yaradılıb. Şuranın tərkibinə 10 nazirlik nümayəndəsi və QHT-lər tərəfindən seçilmiş 14 nümayəndə daxildir.
Danimarkada Sosial Məsələlər Nazirliyi Xüsusi Komitə yaradıb. Bu Komitəyə dövlət hakimiyyət nümayəndələri və ictimai təşkilatların nümayəndələri daxildir. Komitənin məqsədi sosial məsələlərin həllində vətəndaşların, ictimai birliklərin və assosiasiyaların iştirakını təmin etməkdən ibarətdir. Komitə Sosial Məsələlər Nazirinin yanında məsləhətçi orqan funksiyasının yerinə yetirir.

5. XÜSUSİLƏŞDİRİLMİŞ STRUKTURLAR

Yuxarıda qeyd olunan dövlət və hökumət orqanları nəzdində işləyən strukturlardan fərqli olaraq, bəzi ölkələrdə xüsusiləşdirilmiş strukturlar da fəaliyyət göstərir. Buna misal olaraq, Böyük Britaniyada olan Xeyriyyəçilik Üzrə Komissiyanı göstərmək olar. Bu Komissiya İngiltərə və Uelsin xeyriyyəçiliklə məşğul olan təşkilatlarını qeydiyyata alır və onların fəaliyyətini tənzimləyir.
Belə xüsusi strukturlardan biri də Macarıstanda yaradılan Milli Vətəndaş Fondudur. Fondun fəaliyyət göstərməsi üçün ayrılan maliyyə vəsaiti vətəndaşlardan birbaşa asılıdır. Belə ki, qanuna görə hər bir vergi ödəyicisi il ərzində ödədiyi vergilərin 1%-nin QHT-lərə ayrılması barədə vergi orqanlarına göstəriş verə bilər. “Vətəndaş Fondu” haqqında qanuna əsasən hökumət Fondun hesabına daxil olmuş faktiki vergi ödəmələri hesabına maliyyə vəsaiti ayırmalıdır. Həmin məbləğ il ərzində fiziki şəxslərdən yığılmış mənfəət vergisinin 0,5%-dən az olmamalıdır. Beləliklə, vergi ödəyiciləri Fonda nə qədər çox vəsait ayırsalar, hökumət də ona uyğun olaraq maliyyə vəsaiti ayırmalıdır.

6. YERLİ İDARƏETMƏ ORQANLARI

Yerli idarəetmə orqanlarının QHT-lərlə münasibətləri adətən milli səviyyədə olan əməkdaşlığın forma və prinsiplərini əks etdirir. Bəzi hallarda bu Yerli Şuraların nəzdində fəaliyyət göstərən Komitə və ya Alt Komitələr olur. Bəzən isə bu funksiyanı Xüsusi Şöbə və ya ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı yerinə yetirir.

Samir Mehdi-zadə, “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri 

Oxumaq
25.04.11   Şərhlərin sayı : 0
 
DÖVLƏT–QHT münasibətləri: Avropa təcrübəsi
“RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadə maraqlı analitik yazı  təqdim edib. Məqalədə Avropa ölkələrində dövlət strukturları ilə qeyri-hökumət təşkilatları arasında qarşılıqlı münasibətlər təhlil edilmişdir.
Oxumaq
18.03.11   Şərhlərin sayı : 0
 
Avropa Siyasəti İnstitutu haqda qısa arayış
1959-cu ildə əsası qoyulandan etibarən Avropa Siyasəti İnstitutu Avropaya inteqrasiyanı tədqiq edən gəlir əldə etməyən təşkilatdır. Bu təşkilat Almaniya Federal Respublikasında ilk xarici və Avropa siyasəti tədqiqatı mərkəzlərindən biridir və elm, siyasət, idaəetmə və siyasi təhsil arasında mübadilə yaradılması üçün forum rolunu oynayır. 
Oxumaq
02.06.10   Şərhlərin sayı : 0
 
Dünyanın gələcək liderlərini birləşdirməyə yönəldilmiş beynəlxalq layihə
qhtxeber.az// “Seliger 2010” dünyanın gələcək liderlərini birləşdirməyə yönəldilmiş beynəlxalq layihədir. Beynəlxalq şəbəkənin yaradılması məqsədilə seçilmiş 3000 iştirakçının bu layihə vasitəsilə bir araya gəlməsi nəzərdə tutulur.
Oxumaq
12.05.10   Şərhlərin sayı : 0
 
Dünya QHT-ləri Assosiasiyası haqqında
yeni. Dünya QHT-ləri Assosiasiyası (VANQO) dünyada fəaliyyət göstərən QHT-ləri sülhün və qlobal rifahın inkişafı üçün birləşdirən beynəlxalq təşkilatdır. VANQO QHT-lərin birgə fəaliyyət göstərməsi, əməkdaşlıq etməsi, bəşəriyyətin əsas problemlərinin həllinə öz töhfələrini vermələri üçün mexanizmləri tətbiq etməyə və bu işdə onlara lazımı dəstəyi göstərməyə çalışır.
Oxumaq
24.04.10   Şərhlərin sayı : 3
 
Ïðèíöèïû è ìåõàíèçìû ïðÿìîãî ôèíàíñèðîâàíèÿ óñëóã, êîòîðûå îáÿçàíî îáåñïå÷èòü ãîñóäàðñòâî
Ó ãîñóäàðñòâ èìååòñÿ öåëûé ðÿä ïðèíöèïîâ è ìåõàíèçìîâ ôèíàíñèðîâàíèÿ ÍÏÎ, îêàçûâàþùèõ ãîñóäàðñòâåííûå óñëóãè. Âàæíûé âîïðîñ, òðåáóþùèé ðåøåíèÿ: õî÷åò ëè ãîñóäàðñòâî ñîçäàòü ðåæèì áëàãîïðèÿòñòâîâàíèÿ äëÿ ñåðâèñíûõ ÍÏÎ, êîíêóðèðóþùèõ ñ äðóãèìè îðãàíèçàöèÿìè?
Oxumaq
29.11.09   Şərhlərin sayı : 0
 
Avropa niyə yaşıldır?
Avropa səfərinin təəssüratları Avropada, sözün əsl mənasında, başqa ab-hava var. Elmi-texniki tərəqqinin inkişafı burada ətraf mühitin, o cümlədən atmosferin çirkləndirilməsi hesabına başa gəlməyib. Avropada hətta bir mövzuda, məsələn, atmosfer tərkibinin təbii balansının qorunması haqda azyaşlı uşaqlar belə saatlarla danışa bilər. Amma gördüklərimiz sadəcə danışıqlardan ibarət deyil, həm də yaşından, cinsindən, irqindən asılı olmayaraq bütün sosial təbəqələrin ekologiyaya eyni mövqedən yanaşmasından xəbər verirdi. “Bu mühitdə özümüz yaşayırıq, nə ediriksə özümüz üçün edirik” sözlərini indi bütün avropalılardan eşitmək mümkündür. Bu cür ictimai təfəkkürün formalaşmasında təkcə ayrı-ayrı şəxslər deyil, ictimai təşkilatlar da böyük rol oynayır.
Oxumaq
28.02.09   Şərhlərin sayı : 0
 
Səhifələr : 1
Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo