Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
Tarixdə bu gün
01 noyabr. İlin sonuna 60 gün qalır

1604. Şekspirin “Otello”su ilk dəfə Londonda səhnələşdirilib

1897. İtalyan futbol klubu Yuventus qurulub

1906. “Füyuzat” jurnalının ilk sayı çapdan çıxıb. H.Z.Tağıyevin sponsorluq etdiyi jurnalın baş redaktoru Əli bəy Hüseynzadə olub

1907. III Dövlət duması fəaliyyətə başlayıb

1920. İosif Stalin Bakıya gəlib

1922. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının varlığına son qoyulub. Sonuncu Osmanlı hökmdarı VI Mehmet taxtdan endirilib


Oxumaq
01.11.10   Şərhlərin sayı : 0
 
Tarixdə bu gün
29 oktyabr. İlin sonuna 63 gün qalır

1863. Qırmızı Xaç Cəmiyyəti təsis edilib

1888. İstanbulda Süveyş kanalı haqqında saziş imzalanıb

1923. Bibiheybətdə neftçıxarmada ilk dəfə olaraq dərinlik nasosu quyusu işə salınıb

1923. Türkiyə Respublikası elan edilib. Bu tarix Türkiyədə Cümhuriyyət bayramı kimi qeyd edilir

1924. Fransa SSRİ-ni tanıyıb

1926. Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakan anadan olub


1955. Sevastopolda sovet gəmisinin batması nəticəsində 609 nəfər həlak olub

1991. Azərbaycan Respublikasının Ali Soveti “dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə” ölkənin müstəqilliyinin tanınması barədə müraciət edib


Oxumaq
29.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 28 oktyabr
1636. Harvard Universiteti təsis edilib

1886. ABŞ-da Azadlıq heykəli təntənəli mərasimlə açılıb

1906. Bakı qradonaçalnikliyi təsis edilib

1914. “Kodak” firması rəngli fotoqrafiya üzərində işə başlayıb

1956. İran prezidenti Mahmud Əhmədinejad anadan olub

1958. Türk müğənnisi Ahmet Kaya anadan olub


Oxumaq
28.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 27 oktyabr
1449. Böyük alim və hökmdar Uluq bəy vəfat edib

1728. İngilis dəniz səyyahı Ceyms Kuk anadan olub

1782. İtalyan bəstəkar Paqanini anadan olub

1855. Rus seleksiyaçısı Miçurin anadan olub

1917. Bakı fəhlə və əsgər deputatları Sovetinin hakimiyyət məsələsinə həsr edilən fövqəladə iclası keçirilib

1924. Özbəkistan SSR yaradılıb

1932. Bəstəkar Asəf Zeynallı vəfat edib


Oxumaq
27.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 26 oktyabr
1795. Polşanın sonuncu (üçüncü) bölünməsi başa çatıb

1863. Cenevrədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti təsis edilib

1905. İsveçrə Norveçin müstəqilliyini tanıyıb

1911. Çin Respublikası elan olunub

1916. Fransız dövlət xadimi Fransua Mitteran anadan olub

1917. Bakıda “İsmailiyyə” binasında Türk Ədəmi mərkəziyyət Müsavat Partiyasının ilk qurultayı başlayıb

1919. İran şahı Məhəmməd Rza Pəhləvi anadan olub


Oxumaq
26.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 25 oktyabr
1647. İtalyan fizik Toriççeli vəfat edib

1833. Azərbaycan dövlət xadimi Abbas Mirzə Qacar vəfat edib

1881. İspan rəssamı Pablo Pikasso anadan olub

1882. Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbovun təsis etdiyi "Rus-tatar" məktəbi fəaliyyətə başlayıb

1912. Kino rəssamı Bədurə Əfqanlı anadan olub

1913. “Arşın mal alan” operettasının ilk tamaşası “Tağıyev teatrı”nda keçirilib

1921. Aktrisa Nəcibə Məlikova anadan olub

1930. Rəssam Elmira Şahtaxtinskaya anadan olub


Oxumaq
25.10.10   Şərhlərin sayı : 0
 
Tarixdə bu gün
22 oktyabr. İlin sonuna 70 gün qalır

1688. Görkəmli sərkərdə və dövlət başçısı Nadir şah Əfşar anadan olub

1871. Şeyxülislam Axund Ağa Əlizadə anadan olub

1919. Hüseyn Cavidin oğlu Ərtoğrul anadan olub. Ərtoğrul Cavid bir sıra musiqi əsərlərinin müəllifi olub

1938. Amerikan mühəndis Çarlston surətçıxaran aparatı icad edib

1940. Rejissor Mailə Muradxanlı anadan olub

1943. Fransız aktrisası Katerin Denev anadan olub

1953. Laos müstəqillik əldə edib

1960. Məhəmməd Əli professional rinqdə ilk qələbəsini qazanıb


Oxumaq
22.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 21 oktyabr.
1520. Səyyah Magellan Cənubi Amerikanı Antarktidadan ayıran boğazı kəşf edib. Sonradan bu yer onun şərəfinə Magellan boğazı adlandırılıb

1603. Şah Abbas Təbrizi Osmanlı qoşunundan təmizləyib

1805. İspaniya və Fransa arasında Trafalqar döyüşü baş verib

1833. Alfred Nobel anadan olub

1879. Tomas Edison ilk közərmə lampasını sınaqdan çıxarıb

1915. İlk transatlantik telefon rabitəsi Virciniya və Paris arasında qurulub


Oxumaq
21.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 20 oktyabr
1819. Babilik cərəyanının ideoloqu Seyid Əli Məhəmməd anadan olub

1905. Qalatasaray futbol klubu təsis edilib

1911. Amundsenin ekspedisiyası Şimal Qütbünə yola düşüb

1913. Şair Əhməd Cəmil anadan olub

1921. Fransız qoşunu Anadoludan çəkilib. Fransa və Türkiyə arasında Ankara sazişi imzalanıb

1922. Görkəmli müğənni Şövkət Ələkbərova anadan olub

1922. Azərbaycan SSR Mərkəzi İcraiyyə komitəsi latın əlifbasının əski əlifba ilə eyni hüquqa malik olması barədə dekret verib


Oxumaq
20.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 19 oktyabr
1834. Qacar dövlətinin ikinci hökmdarı Fətəli şah (Xanbaba xan) Hüseynqulu xan oğlu Qacar vəfat edib

1862. Kinonun yaradıcısı hesab olunan Oqüst Lümyer anadan olub

1910. Kinorejissor Hüseyn Hüseynzadə anadan olub

1925. İtaliya Somalinin işğalını başa çatdırıb

1938. Aktyor Abbas Mirzə Şərifzadə “casusluq fəaliyyətinə görə” ölüm hökmünə məhkum edilib

1944. Amerika ordusu yaponları Filippindən qovub


Oxumaq
19.10.10   Şərhlərin sayı : 0
 
Günün tarix 18 oktyabr
1867. ABŞ Rusiyadan 7,2 milyon dollara aldığı Alyaskada hakimiyyətini bərqərar edib

1907. Haaqa sülh konfransı başa çatıb

1908. Belçika Konqonu işğal edib

1912. Birinci Balkan müharibəsi başlayıb

1912. Osmanlı və İtaliya Lozan sazişini imzalanıb

1914. Hərb tarixində ilk dəfə sualtı qayıq vurulub

1918. Bakıda “Türk ocağı” cəmiyyəti təsis edilib


Oxumaq
18.10.10   Şərhlərin sayı : 0
 
Tarixdə bu gün
15 oktyabr. İlin sonuna 77 gün qalır

1584. Rus çarı İvan Qroznı vəfat edib

1608. İtalyan fizik Toriççeli anadan olub

1806. Bakı xanlığı Rusiyanın tabeliyinə keçib

1815. Fransız imperatoru Napoleon Müqəddəs Yelena adasına sürgün edilib

1836. Alman filosof Fridrix Nitsşe anadan olub

1915. Yazıçı Mirzə İbrahimov anadan olub


Oxumaq
15.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi14 oktyabr
1092. Böyük siyasətçi Nizamülmülk anadan olub

1743. Şirvanda üsyan başlayıb. Üsyançılar Ağsunu ələ keçirib

1890. Amerika prezidenti Eyzenhauer anadan olub

1924. Tacikistan SSR təsis edilib

1933. Şair Məmməd Araz anadan olub

1938. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, Fərəh Pəhləvi anadan olub

1964. Marin Lüter Kinq Nobel mükafatı alıb


Oxumaq
14.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 13 oktyabr
1734. Rus qoşunu Gəncə qalasını mühasirəyə alıb

1792. Ağ Evin təməli qoyulub

1827. Rus qoşunu Təbrizi işğal edib

1880. Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub

1905. Qalatasaray futbol klubu təsis edilib

1923. Zaqafqaziya Federasiyası ilə Türkiyə arasında Qars müqaviləsi bağlanıb. Müqavilə ilə Ermənistan SSR-in sərhədləri və Naxçıvan Muxtar Respublikasının statusu müəyyən edilib


Oxumaq
13.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 12 oktyabr
1492. Kolumb Amerikanı kəşf edib

1715. Rusiyada ilk elmlər akademiyası təsis edilib

1813. Gülüstan müqaviləsi imzalanıb. Azərbaycanda rus işğalının birinci mərhələsi başa çatıb

1929. Beynəlxalq aviasiya daşımalarını tənzimləyən Varşava sazişi imzalanıb

1935. İtalyan tenor Pavarotti anadan olub

1937. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi (1921) Eyyub Xanbudaqov ölüm cəzasına məhkum edilib

1937. Şair Əhməd Cavad (Cavad Məmmədəli oğlu Axundzadə) güllələnib


Oxumaq
12.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 11 oktyabr
1828. Varna döyüşündə ruslar Osmanlı qoşununu məğlub edərək şəhəri ələ keçirib

1887. Tomas Edison səsləri avtomatik sayan maşına patent alıb

1931. Keçmiş SSRİ-də fərdi ticarət tam ləğv edilib

1961. Semipalatinsk poliqonunda (Qazaxıstan) dünyada ilk dəfə yeraltı nüvə sınağı keçirilib

1974. Yuqoslaviyada etnik təmizləmənin yeni mərhələsi başlayıb

1983. Yazıçı Süleyman Rəhimov vəfat edib

1992. Eduard Şevardnadze Gürcüstan parlamentinin rəhbəri seçilib

1997. Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub


Oxumaq
11.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 8 oktyabr
8 oktyabr. İlin sonuna 84 gün qalır.

1818. Dünyada ilk dəfə ingilislər boks əlcəyindən istifadə edib

1873. İlk qadın həbsxanası ABŞ-da açılıb

1906. Lev Tolstoy Nobel mükafatından imtina edib

1912. Balkan müharibəsi başlayıb

1917. Aleksandra Kollontay (SSRİ) dünyada ilk qadın nazir olub

1937. Görkəmli ədəbiyyatçı Salman Mümtaz həbs edilib

1970. Rus yazıçısı, dissident Soljenitsın ədəbiyyat sahəsində Nobel mükafatı alıb

1993. Gürcüstan MDB-yə daxil olub


Oxumaq
08.10.10   Şərhlərin sayı : 0
 
Günün tarixi 7 oktyabr
1737. Hürdürdüyü 13 metri aşan dalğalar Hindistanda 100 min insanın həyatına son qoyub

1826. ABŞ-da ilk dəmir yolu işə düşüb

1885. Danimarkalı fizik Nils Bor anadan olub

1933. “Air France” şirkəti təsis olunub

1940. Almaniya Rumıniyanı işğal edib

1949. Almaniya Demokratik Respublikası elan edilib

1952. Rus siyasətçi Vladimir Putin anadan olub


Oxumaq
07.10.10   Şərhlərin sayı : 0
 
Günün tarix 6 oktyabr
1908. Krit adası Türkiyədən ayrılaraq Yunanıstana birləşdiyini elan edib

1918. Fransa Beyrutu işğal edib

1922. Rusiya KP MK yekun direktiv qəbul edib. Direktivdə deyilir: “Ukrayna, Belarus, Zaqafqaziya Respublikaları və RSFSR-in “Sovet Sosialist Respublikaları İttifaqı” halında birləşməsi zəruri hesab edilsin”

1923. Amerikan astronom Habbl Andromeda Qalaktikasını kəşf edib

1923. Türkiyədə İstiqlal müharibəsi sona çatıb

1927. İlk səsli film Nyu-Yorkda nümayiş etdirilib


Oxumaq
06.10.10   Şərhlərin sayı : 0
 
Günun tarixi 5 oktyabr
1502. Kolumb Kosta Rikanı kəşf edib

1713. Fransız filosof Deni Didro anadan olub

1864. Hindistanda qasırğa 60 000 nəfərin həyatına son qoyub

1896. Alman fizik Wilhelm Rentgen yeni elektromaqnit dalğalar kəşf edib. Bu dalğalar sonradan rentgen şüaları adlandırılıb

1908. Bolqarıstan müstəqilliyini elan edib

1910. Portuqaliyada respublika idarə sistemi bərqərar olub


Oxumaq
05.10.10   Şərhlərin sayı : 0
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


QHT çempionatı
 
Müzakirə
 
QHT TV
 
Köşə
Əkbər Həsənov

Bir qədər də dövlət rəmzlərinə hörmət barədə 


Etibar Əliyev «XXI Əsr» Təhsil Mərkəzinin sədri

Bir yəhudi ilə bir türkün Nobel nitqi



Ülkər Abdullayeva

Azərbaycanda kişilər qadınları necə məhv eləyir?


Jalə Tofiqqızı

Tarix yazan tarixi şəxsiyyət!


 
Arxiv
« May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
Online hüquq məsləhətxanası
 
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo