Axtarış: 
Səhifələr : 1 2 3 4 5 » #
29 mart
1555. Amasiyada Səfəvi və Osmanlı dövlətləri arasında sülh müqaviləsi imzalanıb

1803. Rus qoşunları Car-Balakəni işğal edib

1848. Niaqara çayında “buz tıxacı” əmələ gəldiyi üçün Niaqara şəlaləsi 30 saatdan çox dayanıb

1882. Fransada dünyəvi, pulsuz və icbari təhsil sistemi tətbiq edilib

1919. Azərbaycan ordusu Əsgəran istiqamətində əks hücuma keçib. İlk hücum uğursuz olsa da aprelin əvvəlində ermənilər geri oturdulub.


Oxumaq
29.03.11   Şərhlərin sayı : 0
 
28 mart
1483. İtalyan rəssam Rafael Santi anadan olub

1854. Krım müharibəsinin gedişində Fransa və İngiltərə Rusiyaya qarşı müharibə elan edib

1886. Aktyor Sidqi Ruhulla anadan olub.

1592. Məşhur çex pedaqoq Yan Amos Komenski anadan olub

1797. ABŞ-da paltaryuyan maşın patentləşdirilib

1868. Sovet yazıçısı Maksim Qorki anadan olub


Oxumaq
28.03.11   Şərhlərin sayı : 0
 
Günün tarixi 17 mart
763. Abbasi xəlifəsi Harun ər Rəşid anadan olub

1406. Görkəmli islam alimi İbn Xaldun vəfat edib

1521. Fernand Magellan Filippin adalarını kəşf edib

1778. Fransa ABŞ-ın müstəqilliyini tanıyıb

1834. Alman avtomobil konstruktoru Qotlieb Daymler anadan olub

Oxumaq
17.03.11   Şərhlərin sayı : 0
 
16 mart
1787. Alman fizik Georq Om anadan olub. Elektrik müqaviməti vahidi onun şərəfinə “om” adlanır

1921. RSFSR və Türkiyə arasında “Dostluq və əməkdaşlıq haqqında saziş” imzalanıb. Tarixçilər bu hadisəni Moskva müqaviləsi adlandırır

1927. Sovet kosmonavtı Vladimir Komarov anadan olub

1935. Adolf Hitler Versal konqresinin qərarlarını tanımadığını bildirib və Almaniyada icbari hərbi xidməti bərpa edib

1936. İlk sovet minik avtomobili “QAZ M1” konveyerdən çıxıb

1940. Caz ustası Vaqif Mustafazadə anadan olub

1945. Sovet ordusu İkinci Dünya Müharibəsinin əsas döyüşlərindən olan “Vyana əməliyyatı”na başlayıb


Oxumaq
16.03.11   Şərhlərin sayı : 0
 
Günün tarixi 15 mart
Eradan əvvəl 44. Yuli Sezar qətlə yetirilib

1878. Maarif xadimi Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə anadan olub

1897. Aktyor Ağasadıq Gəraybəyli anadan olub

1906. “Rollce Roys” firması rəsmi qeydiyyata alınıb

1923. Azərbaycan Kommunist (bolşevik) partiyasının 12 martda başlayan V qurultayı başa çatıb

1927. SSRİ Elmlər Akademiyası “Qadınları öyrənən muzey” təsis edib

1930. Sovet İttifaqı Kommunist Partiyası “İqtisadi cəhətdən geri qalan rayonlarda kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında” qərar verib

1935. Sənaye və kənd təsərrüfatındakı nailiyyətlərə görə Azərbaycan SSR Lenin ordeni ilə təltif edilib

1938. Səudiyyə Ərəbistanında ilk dəfə neft tapılıb

1939. Faşist qoşunları Çexoslovakiyanı işğal edib


Oxumaq
15.03.11   Şərhlərin sayı : 0
 
Günün tarix 14 mart
1742. Ağaməhəmməd şah Qacar anadan olub

1879. Görkəmli fizik Albert Eynşteyn anadan olub

1883. Alman filosof Karl Marks vəfat edib

1905. “Çelsi” futbol klubunun əsası qoyulub

1917. Rusiyada müvəqqəti hökumət qurulub

1924. Azərbaycan SSR Xalq Maarif Komissarlığı “Qədim abidələrin qeydə alınması və onların mühafizəsi” haqqında qərar qəbul edib

1924. Azərbaycan Kommunist (bolşevik) partiyasının IX qurultayı başa çatıb


Oxumaq
14.03.11   Şərhlərin sayı : 0
 
11 mart
1812. İngiltərənin Nottingem əyalətində ludçular – texniki vasitələrin əleyhdarları üsyan qaldırıb

1905. Parisdə metro açılıb

1917. İngilis qoşunu Bağdadı tutub

1925. Görkəmli aktyor Bəşir Səfəroğlu anadan olub

1931. Keçmiş SSRİ ərazisinə “Bibliya” gətirilməsi və satılması qadağan edilib

1938. Azərbaycan aşıqlarının I qurultayı başlayıb

1941. ABŞ prezidenti Ruzvelt müttəfiqlərə hərbi yardımı nəzərdə tutan “Lendliz” qanununu imzalayıb


Oxumaq
11.03.11   Şərhlərin sayı : 0
 
10 mart
1735. Səfəvilərlə Rusiya arasında Gəncə müqaviləsi imzalanıb. Rus qoşunu Azərbaycana məxsus olan bütün Xəzəryanı əraziləri tərk edib

1880. Rus fizik Stoletov fotoeffekt hadisəsini izah edib

1906. Fransa tarixində ən böyük mədən faciəsi baş verib. Daş kömür şaxtasında partlayış 1200 insanın həyatına son qoyub

1910. Çində köləlik ləğv edilib

1912. Üzeyir Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasının ilk tamaşası keçirilib

1915. Xalq artistim balet ustası Qəmər Almaszadə anadan olub


Oxumaq
10.03.11   Şərhlərin sayı : 0
 
9 mart
1459. İtalyan səyyah Vespuççi Ameriqo anadan olub

1814. Ukrayna şairi Taras Şevçenko anadan olub. 30 iyun 2008-ci ildə şairin Bakıdakı heykəli Azərbaycan və Ukrayna prezidentlərinin iştirakı ilə açılıb

1858. ABŞ-da poçt qutuları patentləşdirilib

1890. Sovet siyasi xadimi Vyaçeslav Molotov anadan olub

1917. Müvəqqəti Hökumətin qərarı ilə Qafqaz canişinliyi ləğv edilib, və xüsusi Zaqafqaziya komitəsi təşkil edilib.

1918. Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürülüb

1929. Diktor, Azərbaycan xalq artisti Gültəkin Cabbarlı anadan olub


Oxumaq
09.03.11   Şərhlərin sayı : 0
 
7 mart
321. Roma imperatoru Konstantinin əmri ilə həftənin bazar günü istirahət günü kimi elan edilib

1792. Fransız həkim Antuan Lui yeni edam maşını (qilyotin) barədə Senatda məlumat verib

1876. Aleksandr Bell telefona patent alıb

1906. 24 yaşdan yuxarı bütün Finlandiya vətəndaşları səsvermə hüququ əldə edib

1920. Suriya Milli Konqresi ölkənin müstəqilliyini elan edib

1920. Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinin 20 fevral tarixli notasına cavab verib


Oxumaq
07.03.11   Şərhlərin sayı : 0
 
4 mart
1193. Misir hökmdarı Səlahəddin Əyyubi vəfat edib

1493. Xristofor Kolumb Amerika qitəsinə çatıb

1678. İtalyan bəstəkar Antonio Vivaldi anadan olub

1832. Fransız şərqşünas Fransua Şampalyon vəfat edib. O, Misirdə tapılan “Rozetta daşı”nı oxuması ilə məşhurlaşıb

1852. Rus yazıçı Qoqol vəfat edib

1857. İngiltərə Əfqanıstanın müstəqilliyini tanıyıb

1861. Avraam Linkoln ABŞ-ın 16-cı prezidenti seçilib


Oxumaq
04.03.11   Şərhlərin sayı : 0
 
Günün tarixi 2 mart
1824. Rus pedaqoq Konstantin Uşinski anadan olub

1931. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov anadan olub

1955. Misir və Suriya arasında müdafiə haqqında saziş imzalanıb

1959. Keçmiş SSRİ-də “könüllü” xalq drujinaları təşkil edilib

1960. Milli Qəhrəman Məzahir Rüstəmov anadan olub

1969. Səsdən sürətli sərnişin təyyarəsi “Concorde”un un ilk sınaq uçuşu keçirilib. Kommersiya uçuşu isə 7 il sonra baş tutub

1992. Qazaxıstan BMT-yə üzv olub

1992. Dnesteryanı ərazidə (Moldova) silahlı münaqişə başlayıb

1992. Azərbaycan BMT-yə üzv olub


Oxumaq
02.03.11   Şərhlərin sayı : 0
 
Günün tarixi 1 mart
1498. Səyyah Vasko da Qama Mozambikə yetişib

1810. İmperator I Aleksandr Abxaziyanın Rusiyaya birləşdirildiyini elan edib

1869. Rus kimyaçı Dmitri Mendeleyev dövri sistem haqqında məlumat verib

1905. Qafqazda müvəqqəti hərbi məhkəmə yaradılıb

1919. Sovet Rusiyasında məhkəmə tibbi ekspertiza institutu yaradılıb

1921. “İstiqlal marşı” ilk dəfə Türkiyə Böyük Millət Məclisində səsləndirilib

1925. Əhməd bəy Ağaoğlu “Anadolu Agentliyi” Səhmdar Cəmiyyətinin (AA) İdarə heyətinin sədri seçilib

1928. Bakıda “Vışka” qəzetinin ilk nüsxəsi çapdan çıxıb


Oxumaq
01.03.11   Şərhlərin sayı : 0
 
28 fevral
1525. Sonuncu astek imperatoru Kuohtemok ispanlar tərəfindən öldürülüb

1806. Fransız ordusu Barselonanı işğal edib

1825. Böyük Britaniya və Rusiya arasında Alyaskanın sərhədlərini müəyyən edən saziş imzalanıb

1838. Robert Nelson Aşağı Kanadanın (indiki Kvebek əyaləti) müstəqilliyini elan edib

1854. ABŞ-ın Respublikaçılar partiyası yaradılıb

1922. Misir Böyük Britaniyadan ayrılaraq öz müstəqilliyini elan edib

1935. Amerikan kimyaçısı Uolles Karozers neylonu kəşf edib


Oxumaq
28.02.11   Şərhlərin sayı : 0
 
25 fevral
1836. Amerikalı silah konstruktoru Samuel Kolt yeni model tapançanı patentləşdirib

1841. Fransız impressionist rəssam Pyer Oqüst Renuar anadan olub

1910. Seleksiyaçı alim, Azərbaycan SSR KP-nin Birinci katibi İmam Mustafayev anadan olub

1921. Gürcüstan SSR təşkil edilib

1952. Türk hökumətinin təşkil etdiyi komissiya Konstitusiyada 40 “antidemokratik” maddə aşkar edib

1953. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev anadan olub


Oxumaq
25.02.11   Şərhlərin sayı : 0
 
Günün tarixi 24 fevral
303. Roma imperatoru Diokletian xristianlığı qadağan edən fərman verib

1856. Rus fizik Nikolay Lobaçevski vəfat edib

1864. Böyük mühərrir Əli bəy Hüseynzadə anadan olub

1918. Estoniya müstəqilliyini elan edib

1942. “Amerikanın səsi” radiosu ilk dəfə efirə çıxıb

1955. İraq və Türkiyə arasında “Bağdad paktı” imzalanıb. Sonradan bura İran, Pakistan və Britaniya da qoşulub

1955. “Formula 1” pilotu Alen Prost (Fransa) anadan olub



Oxumaq
24.02.11   Şərhlərin sayı : 0
 
Günün tarixi 23 fevral
1855. Alman fizik Karl Fridrix Qauss vəfat edib

1893. Alman mühəndis Rudolf Dizel yeni mühərriki patentləşdirib. Sonrada bu ixtira onun şərəfinə “Dizel mühərriki” adlandırılıb

1903. Kuba Quantanamo adasını ABŞ-a əbədi icarəyə verib

1909. Şərqşünas Həmid Araslı anadan olub

1911. Musiqiçi Şəmsi Bədəlbəyli anadan olub

1918. Zaqafqaziya Seymi açılıb. Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökuməti təşkil edilib

1918. Sovet Rusiyasında ümumi səfərbərlik elan edilib. Bu tarix Sovet ordu və Donanmasının yaranma günü hesab edilir. Hazırda bu tarix Rusiya, Ukrayna, Belorusda
“Vətənin müdafiəçisi günü” kimi qeyd edilir.



Oxumaq
23.02.11   Şərhlərin sayı : 0
 
Günün tarixi 22 fevral
1512. Florensiyalı dəniz səyyahı Ameriqo Vespuççi vəfat edib

1671. Alman diplomatı və səyyah Adam Oleari vəfat edib. O, səfər qeydlərində Bakıdakı neft quyuları və Dədə Qorqud qəhrəmanlarının qəbirləri ilə bağlı məlumatlar verib

1788. Alman filosof Artur Şopenhauer anadan olub

1810. Polyak əsilli bəstəkar Frederix Şopen anadan olub. Bəzi mənbələr onun doğum tarixini 2 mart kimi göstərir


Oxumaq
22.02.11   Şərhlərin sayı : 0
 
Günün tarixi 21 fevral
1677. Filosof Benedikt Spinoza vəfat edib

1848. “Kommunist partiyasının manifesti” (Karl Marks, Fridrix Engels) nəşr edilib

1895. Məşhur sovet şərqşünası Yevgeni Belyayev anadan olub

1916. Birinci Dünya müharibəsinin ən qanlı əməliyyatlarından olan Verden vuruşması başlayıb. Bir ilə yaxın davam edən vuruşmalarda təqribən 300 000 insan həlak olub. Tarixçilər bu hadisəni “Verden cəhənnəmi” adlandırırlar

1920. SSRİ-də “QOELRO” planı qəbul edilib


Oxumaq
21.02.11   Şərhlərin sayı : 0
 
18 fevral. İlin sonuna 316 gün qalır
1405. Böyük sərkərdə Əmir Teymur vəfat edib

1451. Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb

1516. İngilis kraliçası Mariya Tüdor anadan olub

1546. Alman teoloq Martin Lüter vəfat edib

1564. İtalyan memar Mikelancelo vəfat edib

1745. İtalyan fizik Alessandro Volta anadan olub

1855. Rus imperatoru II Aleksandr taxta çıxıb

1895. Qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) anadan olub


Oxumaq
18.02.11   Şərhlərin sayı : 0
 
Səhifələr : 1 2 3 4 5 » #
Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo