Şura 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirib
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Leyla Xəzəri" rəsm qaleriyasında 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirib.
 
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev mərasimdə çıxış edərək xanımları təbrik edib: "8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə öncə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təbrik edirəm. Mehriban xanım uzun illərdir Azərbaycanı, onun zəngin mədəniyyətini beynəlxalq aləmdə təbliğ etmək üçün böyük miqyaslı, mühüm işlər görür. Onun fəaliyyəti yalnız xanımlarımız üçün deyil, cəmiyyətdə hər kəs üçün nümunədir. Xanımlar bizim bacımız, övladımız, iş yoldaşımızdır. Ən əsası Azərbaycan xanımı əsgər anasıdır. Biz kişilərin xanımların dəstəyinə hər zaman ehtiyacı vardır. Hər bir kişi adəti üzrə 8 mart Beynəlxalq Qadınlar gününü diqqətdə saxlayır və xanımları təbrik edir. Azərbaycan xanımları bütün diqqətə və hörmətə layiqdirlər. Onların istər ailədə, istərsə də cəmiyyətdə mühüm rolu var. Azərbaycan xanımlarına uzun ömür, can sağlığı arzulayıram". 
 
 
Daha sonra tədbirdə xatirə şəkilləri çəkilib. 
 
Qeyd edək ki, tədbirdə xanım QHT rəhbərləri, diplomatik korpusun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
 

 



06.03.2019 | 17:21