Aynur Məmmədova: "Fiziki məhdudiyyətli insanları özünüzdən fərqli görməyin"
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İB-nin  “Həssas qrupdan olan şəxslərə psixoloji yardımın təşkili” layihəsi həyata keçrilib. 
 
Layihə Bakı şəhəri, Binəqədi rayonun Gənclər evində keçirilib. Layihə 3 ay, 6 mövzudan ibarət olub.
Mövzular:
1.Yeniyetmələrdə intihara meyl səbəbləri və bunun mübarizə yolları.
2.Depresiya meyilli insanlar və bunun səbəbləri.
3.Motivasiya.
4. Mən və cəmiyyət.
5.Ailə daxili münaqişələr və onların çıxış yolları.
6. Özünü təsdiq uğursuzluqdan uğura gedən yol. 
 
Tədbirlərdə tanınmış psixoloqlar, psixiatr, ilahiyyatçı, ekspertlər, QHT sədrləri, hüquqşünas, müəllimər qonaq kimi iştrak edərək çıxış ediblər. Ümumilikdə layihədə 500- ə yaxın həssas qrupdan olan insanlar iştrak edib, öz problemlərini psixoloqlarla bölüşüb sual verib, məsləhət alıblar. 
 
“Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İB-nin sədri Aynur Məmmədova qhtxeber.az-a bildirib ki, layihədə məqsəd özünə qapanmış, ağır psixoloji vəziyyətə düşən, intihar həddinə çatan yeniyetmələri maarifləndirmək onları belə psixoloji sarsıntılardan çəkindirməkdir: 
 
"Bildiyimiz kimi, hələ də cəmiyyət tərəfində əlilliyi olan şəxslər qəbul edilmir. Ən çox da intihara meyl, yeniyetməlik dövründə olan uşaqlardır. Çünki bu yaşda uşaqlar artıq keçid dövründə olduqları üçün öz yaşıdları arasında və yaxud  yaşadıqları ərazidə uşaqlarla oynadıqda, məktəbdə əlilliklərini görən və qarşı tərəfin ona baxışları, qulaqları eşidə-eşidə, "bunun əli yoxdur, kordur, kardır, dəli gəldi qaçın", deməkləri və bu kimi sözlər uşaqlarda çox ciddi psixoloji sarsıntı yaşamalarına səbəb olur, hətta intihara gətrib çıxarır. 
 
Bu səbəbdən layihəni Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirərək, həssas qrupdan olan insanların psixoloji vəziyyətdən çıxmasına dəstək olmağı düşündük. Cəmiyyətə bir mesaj olaraq bildirək ki, sizin və yaxud uşaqlarınızın fiziki məhdudiyyətli uşaqlarla, davranışı hansı hallara gətrib çıxara bilər". 
 
Layihə rəhbəri Aynur Məmmədova cəmiyyətə səslənib: "Əziz valdeyinlər, evdə övladlarınızı başa salın, onları öyrədin əgər küçədə və yaxud nəqliyyatda, hər bir yerdə fiziki məhdudiyyətli insan gördükdə onu özünüzdən fərqli görməyin, onlara yazıq kimi baxmayın, onlarla oynamaqdan çəkinməyin. Bir şeyi unutmayın, biz bərabərik, fərqliyik".


08.08.2019 | 21:20