Şuranın dəstəyi ilə “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filmi hazırlanıb
 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün birinci qrant müsabiqəsinin qalib olmuş “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Xocalı soyqırımına həsr olunmuş “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filminin hazırlanması başa çatır.
 
Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyindən qhtxeber.az-a məlumat verilib. Məlumatda bildirilir ki,  təqdim olunan sənədli televiziya filmi Azərbaycan xalqına qarşı həyata keçirilmiş Xocalı soyqırımının bütün dünyaya tanıdılması və bu soyqırıma beynəlxalq təşkilatlar tərəfindən siyasi, hüququ qiymət verilməsi məqsədini daşıyır.
 
Qeyd edək ki, layihənin koordinatoru, “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimova, filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə İsmayıl Musayevdir.


10.08.2019 | 02:12