Masallıda gənc könüllülərə sertifikatlar təqdim edilib
qhtxeber.az  Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçən 2-ci qrup könüllülərlə görüş keçirilib. Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və aparatı, 2-ci qrup könüllülər iştirak ediblər. 
 
Görüşü rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov açıb, gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib.
 
qhtxeber.az-a daxil olan məlumata görə,İcra başçısı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışını gündəmə gətirib: “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev gənclərin potensialından daha səmərəli istifadə etməyi, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmağı, onlara peşə vərdişlərini aşılamağı, ölkədə könüllülük hərəkatının inkişafı və bu şəbəkənin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb olunmasını günümüzün ən aktual məsələləri olaraq dəyərləndirib”. 
 
İcra hakimiyyətinin başçısı R. Hüseynov bildirib ki, son illərdə ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyəti geniş vüsat alıb, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyəti artıq ənənəyə çevrilib: “Respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğurları ölkə başçısı Cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsidir”. Daha sonra gənclər öz təəssüratlarını bölüşüb, şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər. 
 
Sonda İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim edilib. 
 
Qeyd edək ki, fəaliyyətini başa çatdıran gənc könüllülər Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçən 2-ci qrupdur. Eyni gün Masallı Rayon İcra Hakimiyyətində 3-cü qrup könüllülərin işinə start verilib.
 
 


21.08.2019 | 11:28