Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi simpoziumun açılış mərasimi keçirilib
qhtxeber.az  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan edilməsi çərçivəsində Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin təşəbbüsü, Türkiyənin Nevşehir Hacı Bektaş Vəli Universiteti və Azərbaycan Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi simpoziumun açılış mərasimi keçirilib. 
 
“I Təsəvvüf Araşıdrmaları Beynəlxalq Simpoziumu” mövzusunda 09-11 sentyabrda keçirilən tədbirdə Bakı Uşaq Teatrının da bir qrup nümayəndəsi iştirak edir. 
 
Açılış mərasiminin bədii hissəsində isə Cənubi Azərbaycandan musiqi qrupu və Bakı Uşaq Teatrının əməkdaşları çıxış edib. Arzu Soltan və  Cəlal Baba “ Arzular”, Nərminə Məhərrəmova və Qurban Əhmədov ““Fly to stay alive” kompozisiyaları  simpozium iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
 
Qeyd edək ki, simpozium öz işini sentyabrın 10-u və 11-də davam etdirir. Bakı Uşaq Teatrının əməkdaşları da həmin tədbirlərdə öz kompozisiyaları ilə çıxış edəcək.
 


10.09.2019 | 17:00