Şuranın dəstəyilə Qusarda məişət zorakılığının qarşısının alınması məqsədilə maarifləndirmə işi aparılıb
qhtxeber.az  “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini Qusar rayonunda təşkil edib.
 
Qusar rayon İcra hakimiyyətinin nümayəndəsi Kamran Sədullayev tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib.
 
Tədbirdə layihənin eksperti Arzu Hüseyn layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Qusar Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
 
O, çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
 
Layihənin eksperti məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırmaqla tətbiq olunmasının, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
 
Sonra Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru, tədbirdə iştirak edən rayonun bir sıra fəal qadını çıxış edərək bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd ediblər. Ekspert tərəfindən iştirakçılarının çoxsaylı suallarıb.
 


07.10.2019 | 11:57