Şuranın dəstəyilə əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətləri göstərilib
“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasının maliyyə dəstəyilə “Sumqayıt şəhər və Saray qəsəbəsində əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətlərinin göstərilməsi” layihəni həyata keçirir.
 
Layihənin əsas məqsədi müxtəlif növ xəstəliklərdən (əqli, fiziki,davranış, ünsiyyət, nitq və s.) əziyyət çəkən əlilliyi olan uşaqların funksional bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə adoptasiyasının təmini üçün icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsidir.
 
Layihə bitdikdən sonra onun davamlılığını təmik etmək üçün bir çox işlər görülməkdədir.Təşkilata könülü mütəxəssislər cəlb olunmaqla müxtəlif sahələrdə (tibbi,psixoloji, tətbiqi incəsənət və s.) valideynlərə təlimlər keçməklə,onlara dəstək olurlar. Təlimlər Sumqayıt şəhər “Akvarium” əyləncə mərkəzi tərəfindən ayrılmış otaqlarda keçirilir.(sosialxəbər.az)
 
Sumqayıt şəhər 1 saylı poliklinikanın həkim terapevti Məmmədova Sənubər valideynlərə təlim keçib və uşaqlara ayrı-ayrılıqda baxış keçirib. Sonra uşaqlar əyləncə mərkəzində əylənərək, xoş və sevincli gün keçiriblər.
 
 


08.10.2019 | 18:14